CANIBƏY

bəy kimi, bəy ürəkli, bəy kimi olan.
CANI
CANIŞ
OBASTAN VİKİ
Canıbəy xan
Canıbəy xan — Özbək xanın 3-cü oğlu idi. Anası Taydulanın köməyi ilə taxta çıxmışdı. Tacqoyma mərasimi Saraycıq şəhərində baş tutmuşdu. == Hakimiyyəti == 1345-ci ildə Feodosiya şəhərini mühasirəyə alan xan ordusunda taun xəstəliyinin yayıldığını gördü və bundan istifadə etmək istədi. Ölmüş əsgərləri katapultla şəhərə tullayan xan Genuyalıların xəstələnməyinə səbəb oldu. Genuyalılar gəmilərə minərək İtaliyaya üzdülər və beləliklə Qara ölüm epidemiyası Avropanı ələ keçirməyə başladı. Həmin vaxt Azərbaycanda Məlik Əşrəf Sulduzun zülmündən cana doymuş sənətkarlar, kiçik feodal və ruhanilər Şirvanşahlar dövlətinə gəlirdilər. Belə qaçqınlardan biri də Qazi Məhiyyəddin Bərdən idi. O, Şirvanşah Kavusla razılığa gəldikdən sonra Qızıl Orda dövlətinə gedərək Canıbəylə görüşdü və Azərbaycandakı vəziyyəti ona bildirdi. 1357-ci ildə xan 100 minlik hərbi qüvvə ilə Təbrizə yaxınlaşdı və Məlik Əşrəfin 17-18 minlik hərbi qüvvəsini pərən-pərən saldı.
Canıbəy Gəray
Canıbəy Gəray (1568 – 1636, Rodos) — XVIII Krım xanı. Krım xanı I Dövlət Gərayın nəvəsi, nurəddin Mübarək Gərayın oğludur. Əmisi II Qazi Gərayın hakimiyyətə gəlişinin ardından atası bütün ailəsiylə birlikdə Şimali Qafqaza qaçdı və burada vəfat etdi. Atasının vəfatının ardından qardaşı Dövlət Gərayla birlikdə əmiləri Fateh Gəray və Səlamət Gərayın himayəsində böyüdüldü. 1609-cu ildə kalqay Mehmed Gəray və nurəddin olan qardaşı Şahin Gəray (II Səadət Gərayın oğlanları) ayaqlandılar və bu səbəblə vəzifədən alındılar. Onların yerinə Canıbəy Gəray kalqay, qardaşı Dövlət Gəray isə nurəddin təyin edildilər. Bu vəzifədə ikən Moskva knyazlığı üzərinə tərtiblənən səfərlərdə iştirak etdilər. 1610-cu ildə əmisi Səlamət Gərayın vəfatıyla Canıbəy taxta çıxdı. Kiçik qardaşı Dövlət Gərayı kalqay, mərhum əmisinin oğlu Əzəmət Gərayı isə nurəddin təyin etdi. Vəzifədə ikən Osmanlı sultanının ən yaxın dəstəkçilərindən biri olan Canıbəy Gəray Səfəvilər və Lehistan üzərinə tərtiblənən səfərlərə qatıldı.
Canıbəy xan Şamlı
Canıbəy xan Şamlı (fars. جانی بیگ خان شاملو‎; v. 1645) — I Səfi (1629–1642) və II Abbas (1642–1666) dövrlərində Səfəvilər dövlətində eşikağasıbaşı və qorçubaşı olmuşdur. Qızılbaşların Şamlı tayfasından olan Canıbəy xanın ilkin həyatı haqqında məlumat yoxdur. Adam Oleari onu "kəndli oğlu" adlandırır və əlavə edir ki, Canıbəy I Abbasın (1588–1629) dövründə şahın "təvazökar qulluqçusu" olub. Canıbəy xan 1645-ci il oktyabrın 15-də öz tərəfdarları və tayfasının digər üzvləri ilə birlikdə II Abbasın anasının təhriki ilə öldürülüb. == İstinadlar == === Ədəbiyyat === Matthee, Rudi. Jāni Beg Khan Bigdeli Šāmlu // Yarshater, Ehsan (redaktor). Encyclopædia Iranica, Volume XIV/5: Jamalzadeh, Mohammad-Ali II. Work–Japan IV. Iranians in Japan. London and New York: Routledge & Kegan Paul.
Canıbəyli (Kəleybər)
Canıbəyli (fars. جاني بيگلو‎‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 117 nəfər yaşayır (25 ailə). == Coğrafi yerləşməsi == Əhər şəhristanının Horand bölgəsinin Diglə kəndistanında, Horand qəsəbəsindən 26 km cənubdadır.
Xuraman Canıbəyova
Canibəyova Xuraman Əkbər qızı (26 avqust 1957) — alim. 1957-ci il 26 avqust – Hacıqabul (keçmiş Qazıməmməd) şəhərində anadan olmuşdur. 1973-cü il – şəhər 6 (indiki 3) saylı səkkizillik məktəbdə natamam orta təhsil almışdır. 1975-cü il – şəhər 5 (indiki 1) saylı orta ümumtəhsil məktəbi bitirmişdir. 1980 – Dövlət Pedaqoji İnstitutun kimya fakultəsində ali təhsil alaraq, kimya müəllimi ixtisası əldə etmişdir. 1980-1982-ci illər – orta məktəbdə kimya müəllimi vəzifəsində işləmişdir. 1982-1985-ci illər – Elmlər Akademiyasının Qeyri – Üzvi və Fiziki Kimya Elmi – Tədqiqat İnstitutunun aspiranturasında əyani təhsil almışdır. İnstitutun "Səth hadisələri və səthi-aktiv maddələr" laboratoriyasında "Səthi-aktiv maddələrin metal və lay süxurları səthində adsorbsiyanın tədqiqi"nə dair elmi-tədqiqat işləri aparmağa başlamış, aldığı tədqiqat nəticələri ilə respublika, ümumittifaq və beynəlxalq konfranslarda dəfələrlə çıxış etmiş, məqalələri dövri ədəbiyyatda – "Azərbaycan Neft Təsərrüfatı" jurnalında və elmi-tədqiqat toplularında dərc olunmuşdur. 1985-1995-ci illər - Elmlər Akademiyasının Qeyri – Üzvi və Fiziki Kimya Elmi – Tədqiqat İnstitutunda mühəndis, Kimya Texnologiyasının Nəzəri Problemləri Elmi – Tədqiqat İnstitutunda kiçik elmi işçi vəzifələrində işləmişdir. 1995-ci ildən – Neft hasilatının artırılması istiqamətində apardığı elmi tədqiqatlarını Neft-Qaz Sənayesi Elmi-Tədqiqat Layihə İnstitutunda davam etdirmişdir.