CİNLƏNMƏK

f. Bərk hirslənmək, qızmaq, özündən çıxmaq, acığı tutmaq.
Əllaf elə cinlənmişdi ki, səsi bazarı tutmuşdu. Mir Cəlal.
[İlyas Adiləyə:] [Tərlan] tez-tez fınxırıb cilovunu gəmirir, alovlu qara gözlərini süzərək mənim altımdakı ata baxır, cinlənib acıqlanırdı ki, biz onun ayağına cidar olub, onu tutub saxlayırıq. Ə.Məmmədxanlı.

Синонимы

  • CİNLƏNMƏK cinlənmək bax hiddətlənmək
  • CİNLƏNMƏK hirslənmək — əsəbiləşmək — qəzəblənmək — azğınlaşmaq — dəliləşmək — qudurmaq — qızmaq

Антонимы

  • CİNLƏNMƏK CİNLƏNMƏK – SAKİTLƏŞMƏK Əvvəllər qız bu sözü eşidəndə cinlənərdi, onlardan heyfini alardı (S.Qədirzadə); Hirsi soyuyandan sonra sakitləşərdi
CİNLƏNMƏ
CİNLƏTMƏ

Значение слова в других словарях