Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qoytı
Qoytı (çeçen. ГӀойтӀа ) kəndi Çeçenistan Respublikasının Urus-Martan rayonunda yerləşir. Qoytı kənd yaşayış məntəqəsinin inzibati mərkəzidir. == Coğrafiya == Kənd Qoyta çayının (Sunjanın sağ qolu) və Sənaye kanalının hər iki sahilində yerləşir. Qroznıdan 12 km cənubda, Qafqaz federal magistral yolundan 7 km cənubda və Urus-Martan şəhərindən 3 km şimal-şərqdə yerləşir. Ən yaxın yaşayış məntəqələri: cənub-qərbdə Urus-Martan, şimal-qərbdə Alxan-Yurt, şimal-şərqdə Qikalo, şərqdə Qədim Ataqi, cənubda Miçurina, Qoyskoye və Alxazurovo. == Tarixi == Kənd haqqında ilk məlumat 1785-ci ildə, Qafqaz müharibəsi tarixində, Şeyx Mənsurun Qoytı kəndindən bir qızla evləndiyi qeyd olunur. 1822-ci ildə Qoytı və Urus-Martan kəndləri polkovnik Qrekov tərəfindən dağıdıldı. 1918-19-cu illərdə Sovet hökumətini dəstəkləyən Taştamir Elderxanovun rəhbərliyi ilə Çeçenistan Xalq Şurası bu kənddə yerləşirdi. Qoytı Şurası, A.Şeripovun komandanlığı ilə Çeçenistan Qırmızı Ordusunu yaratdı.
Sovti (Miyanə)
Sovti (fars. سوتي‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 218 nəfər yaşayır (44 ailə).
Şoyçi Nişimura
Şoyçi Nişimura (30 noyabr 1911 - 22 mart 1998) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib, 1 qol vurub.
Xəbər saytı
Xəbər saytı, həmçinin internet-qəzet, onlayn qəzet və ya elektron qəzet — qəzetin onlayn versiyası. Bu, müstəqil nəşr və ya çap olunmuş dövri nəşrin onlayn versiyası ola bilər. İnternetə keçmək qəzetlər üçün daha çox imkanlar yaratmışdır. Məsələn, onlar son xəbərləri daha tez təqdim etmək üçün yayım jurnalistikası ilə rəqabət aparırlar. Təməli yaxşı qurulmuş qəzetlərin etibarlılığı, güclü marka reklamı və onların reklamçılar ilə yaxın əlaqələri qəzet sənayesində fəaliyyətlərini davam etdirmək şanslarını gücləndirir. Həmçinin çap prosesinin kənarlaşdırılması da xərcləri azaltmağa kömək edir. Xəbər müxbirləri bu sahədə video çəkməyi və internet xəbər səhifələrində lakonik şəkildə xəbər yazmağı öyrənirlər.Xəbər saytlarına çap qəzetlərində olduğu kimi böhtan, məxfilik və müəllif hüquqları ilə bağlı qanuni məhdudiyyətlər tətbiq edilir. Bu, Birləşmiş Krallıq kimi əksər ölkələrdə onlayn nəşrlərə də şamil edilir. Həmçinin, Birləşmiş Krallıqda Məlumatların qorunması haqqında qanun onlayn qəzetlərə və xəbər səhifələrinə şamil olunur. == Tarixi == "Yalnız onlayn" qəzet və ya jurnalın ilk nümunəsi 1974-cü ildə Brüs Parrello tərəfindən İllinoys Universitetində PLATO sistemində yaradılmış "(PLATO) News Report" onlayn qəzeti idi.
Koyçi
Koyçi — ad. Koyçi Tanaka — 2002-ci ildə kimya üzrə Nobel mükafatçısı. Koyçi Oita — keçmiş Yaponiya futbolçusu. Koyçi Haşiratani — keçmiş Yaponiya futbolçusu.
Leyti
Leyti — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd.Bakı-Quba yolunun 132 kilometrliyində, Gəndov kəndindən 6 km qərbdə Lətərsən dağının döşündə yerləşir. Şimaldan Pirəmsən, cənubdan Ləcədi kəndi ilə həmsərhəddir. Kənddə 1 ibtidai məktəb var. Kəndin tarixi çox qədimdir Bunu kəndin şimal və cənubunda yerləşən qəbiristanlıqlar sübut edir. Buradakı məzarlar üzərində ərəbcə yazılan yazıları oxumaq üçün xüsusi mütəxəssislər lazımdır. "Leyti" sözünün etimologiyası məlum deyil. == Əhalisi == Kəndin əhalisi 140 nəfər təşkil edir.
Röşti
Röşti (alm. Rösti‎, [ˈrøːʃti]) və ya rööşti - əsasən kartofdan hazırlanan məşhur İsveçrə yeməklərindən biridir. Başlanğıcda Bern Kantonunda yaşayan fermerlər tərəfindən hazırlanan bu səhər yeməyi hazırda bütün İsveçrə ərazisində, həmçinin qərb dünyasının bir çox restoranlarında yeyilir. İsveçrənin bir çox sakinləri Röştinin Milli yemək olduğunu hesab edir. Bu gün Röşti masaya qoyulduqda, tez-tez yanına "Spinat und Spiegelei" (ispanaq və qızardılmış yumurta), servelat və ya Fleischkäse kimi digər yeməklər də əlavə olunur. Həmçinin, hər hansı bir standart qarnir yeməyi əvəz etmək istəyən insanlar restoranlarda daha çox Röştini sifariş edirlər. Röşti kiçik dilimlərə bölünmüş və yağda qızardılmış kartofdan hazırlanır. Həmçinin, çiy və ya bişmiş kartof qarışığından da istifadə edilə bilər. Klassik röşti donuz ətindən hazırlanmış bekonla da zənginləşdirilə bilər (Emmentaler Röşti). Bern kantonunda artıq bişmiş kartoflara bir çay qaşığı qəhvə və süd əlavə olunur və daha sonra qızardılır.
Sayğı
Hörmət və ya Sayğı — şəxsiyyətə hörmətlə yanaşmaq, tənqidi şəxsin özü deyil onun fikrinə yönəltmək, etirazı mədəni şəkildə etmək, heç kimin fikrini "lağa" qoymamaq, hamının danışmaq hüququ olduğunu dərk etmək Yeri gəldikdə güzəştə getməyi bacarmaq, "özünə rəva bilmədiyini, başqalarına rəva bilmə" atalar sözünü unutmamaq.Hər kəsə hörmət edən, sayğı göstərən və eyni zamanda da özünə hörmət qazanmağa çalışan insan bacarmalıdır. "Buyurun", "bağışlayın", "zəhmət olmasa", "üzr istəyirəm", "minnətdaram" və s. kimi kəlmələri dildə vərdişə çevirmək bacarığı; fikrini əsaslandırmaq, əsassız fikirdən qaçmaq bacarığı; "Bu mənim şəxsi fikrimdir", "Bu onun şəxsi fikridir", "Hər kəsin öz fikrini söyləmək haqqı var" və s. kimi düşüncələrini normal qəbul etməklə ona dəstək vermək bacarığı.
Seydi
Seydi — Türkmənistan Respublikasının Lebap vilayətində etrap hüquqlu şəhər.
Şaxtı
Şaxtı — Rusiya Federasiyasında yerləşən şəhər. Rostov vilayətinə daxildir.
Akane Sayto
Akane Sayto (d. 12 yanvar 1993) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Aleksandra Kotti
Aleksandra Kotti (d. 13 noyabr 1988) — İtaliyanı təmsil edən su poloçusu. == Karyerası == Aleksandra Kotti, İtaliya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Birləşmiş Krallıq yığmasını 11:8 hesabı ilə məğlub edən İtaliya yığması, London Olimpiadasını yeddinci pillədə başa vurdu. Daha sonra Aleksandra Kotti, İtaliya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:12 hesabı ilə məğlub olan İtaliya yığması, Rio-de-Janeyro Olimpiadasının gümüş medalına sahib oldu.
Atom saatı
Atom saatı - zamanın ölçülməsi üçün istifadə edilən elektron cihaz. Bu saat Atom rezonansı əsasında işləyir. Atom saatının 3 mln il müddətinə xətası 1 saniyə ola bilər. Radionaviqasiyada, vaxtın astronomik ölçülməsində və fiziki hesablamalarda tezlik etalonu kimi istifadə olunur. Atomun 1 saniyə içərisindəki fırlanmasına bərabərdir və maxsimim soyuq şəraitdə laser vasitəsilə ölçülür. Hazırda atom qol saatı üzərində çalışırlar. Dünyanın vaxt ölçüsünün Big-Ben (İngiltərə) vasitəsilə ölçüldüyü düşünülsə də, əslində Amerikadakı atom saatı ilə ölkələrarası saat qurşağı fərqi ilə ölçülür.
Böyrək sisti
Böyrək sistlərinə tez-tez rast gəlinir. Morfoloji cəhətdən onlar müxtəlif olur. Böyrək sistlərinin əksəriyyəti anadangəlmə xarakter daşıyır. Bunlara misal olaraq seroz solitar sistlər, böyrək polisistozları, böy- rək exinokokku və s. göstərmək olar.Böyrəklərin sistoz xəstəlikləri zamanı USM-də böyrəklərin ölçüsünün böyüməsi və konturlarının nahamar olması aşkar olunur. Sist dəqiq və aydın kontura malik dairəvi və oval formada, homogen daxili struktura malik törəmə kimi görünür. Bəzən paraservikal sistlərə rast gəlinır. Sistin arxa divarı ön divara nisbətən daha aydın görünür ki, bu da onu sərt toxumadan fərqləndirən vacib əlamətdir. Böyrək sistlərini KT-nın köməkliyi ilə də aşkara çıxarmaq olar (0,3 sm və daha böyük ölçüdə). Sistin əsas xarakter əlaməti onun aşağı sıxlığa malik olması (9,2 vahid), kontrast maddələrə qarşı reaksiyanm baş verməməsi, dəqiq və hamar konturlara malik olmasıdır.
Böyük Keyti
Böyük Keyti — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 18 km məsafədə yerləşir. 1937-ci ilə qədər Leninakan rayonunun tabeliyində olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin digər adı Keyti, Kaytı olmuşdur. Toponim türk dilində «meşəsiz dağ yamacının gün düşən tərəfi» mənasında işlənən kət və fərqləndirici əlamət bildirən «böyük» sözlərindən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 26.IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Keti qoyulmuşdur.
Cəmilə Şeyxi
Cəmilə Şeyxi (farsca:جمیله شیخی) — əslən İran azərbaycanlılarından olan aktrisa və Atila Pesyaninin anasıdır. == Həyatı == 1930-cu ilin aprelin 30-da Təbriz şəhərində anadan olmuşdur. 2001-ci ilin may ayının 23-də Tehran şəhərində vəfat etmişdir. Məşhur İran teatr və film aktyoru Atila Pesyaninin anası, Sitarə Pesyaninin nənəsidir. == Karyerası == O səhnəyə ilk dəfə 1957-ci ildə çıxmışdır. Filmlərə çəkilməyə isə 1975-ci ildə çəkilən Gəmi qəzası filmi ilə başlamışdır. O İran filmoqrafiyasının yaradıcılarından və ən qocaman üzvlərindən hesab olunurdu. Cəmilə Şeyxi bir çox tanınmış kino rejissorlarla birgə çalışmışdır. Ən məşhur ekran işi isə 1991-ci ildə Bəhram Bayzayi tərəfindən çəkilən Səyahətçilər filmidir. Bu roluna görə Cəmilə Şeyxi Fəcr Beynəlxalq Film Festivalında ən yaxşı aktrisa mükafatına layiq görülmüşdür.
Françeska Konti
Françeska Konti (21 may 1972) — İtaliyanı təmsil edən su poloçusu. == Karyerası == Françeska Konti, İtaliya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Yunanıstan yığmasını 11:10 hesabı ilə məğlub edən İtaliya yığması, Afina Olimpiadasını qızıl medalına sahib oldu.
Frederik Soddi
Frederik Soddi (ing. Frederick Soddy; 2 sentyabr 1877, İstborn — 22 sentyabr 1956, Brayton) — Böyük Britaniya kimyaçısı, Kimya üzrə Nobel mükafatı laureatı (1921). == Həyatı == İngilis radiokimyaçısı, İstbornda (1877–1956) anadan olmuş, Soddi Frederik 1898-ci ildə Oksford Universitetini bitirmişdir. 1919–1936-cı illərdə Oksford Universitetində professor vəzifəsində çalışmışdır. Radioaktiv maddələrin kimyası və izotopların təbiəti və yaranması problemlərinin öyrənilməsi ilə əlaqədar həyata keçirdiyi mühüm tədqiqatlarına görə 1921-ci ildə alim Nobel mükafatı almışdır. Frederik Soddi 22 sentyabr 1956-cı ildə vəfat edib.
Günəş saatı
Qnomon (yun. Günəş saatı— Günəş saatı Günəş mövqeyinə görə vaxt ölçən bir vasitədir. Ortaq bir üfüqi günəş dizaynında, bir barın yuxarıdan yuxarı yerləşdiyi kölgə, yatay yerləşdirilən səthdə günün saatlarını göstərən bir kadrana düşür. Günəş göydən irəlilədikcə, çubuğun sonu saatın yaranmasına səbəb olan kölgə saatın müxtəlif saat xəttlərinə uyğun bir şəkildə hərəkət edir. Bu dizaynlarda çubuq Yerin dönmə oxuyla hizalanmalıdır. Buna görə, bu cür günəş saatı üçün doğru zamanda göstərmək üçün çubuğun maqnit şimalından çox coğrafi şimal göstərmək lazımdır. Ayrıca, çubuqların yatay düzlemle döşendiği açı, saatin coğrafi genişliğine bərabər olmalıdır. Buna baxmayaraq, bu iki xüsusiyyətə malik olmayan və müxtəlif prinsiplər üzrə işləyən günəş saatlar da hazırlana bilər. Bu saatlar bir sahənin ortasında bir bar qoyaraq və hər gün gölün düşdüyünü göstərmək üçün bir kompas (hər yerdə şimal göstəricisi) istifadə edərək edilə bilər. Lakin gecə kimi buludlu günlər, bu saatı faydasız edəcək Qədimdə insanlar günəşi ən etibarlı saat hesab edirdilər.Biz elə indi də bəzən vaxtı bildirmək üçün"səhər","günorta","axşam" və ya "günəş batandan sonra"deyirik.Qədim misirlilər günəş çıxandan batana qədər vaxtı 12-yə bölüb hər hissəsini,isə 1 saat kimi qəbul edirdilər.
Karlo Ponti
Karlo Ponti (it. Carlo Ponto) — İtaliya kinoprodüseri. == Həyatı == Karlo Ponti 1912-ci ildə Lombardiya vilayətinin Macent şəhərində anadan olmuşdur.Milan Universitetində Hüquq fakültəsini bitirmişdir.İlk film prodüseri kimi 1940-cı ildən karyerasına başlamışdır. 140-dan çox filmlərin prodüseri olmuşdur.Ən çox Federiko Fellini ilə filmlərdə çalışmışdır. == Şəxsi həyatı == 1946-cı ildə Ciliana Fyastri ilə evlənir.Lakin 1957-ci ildə arvadının xəbəri olmadan Meksikada Sofi Loren ilə evləndi.O zamanlar arvaddan ayrılmaq haqqında qanun İtaliyada yox idi.Bu səbəbdən onlar İtaliyaya geri dönərək evli olduqlarını inkar edirlər.Fransız vətəndaşlığını 1965-ci ildə qəbul etdikdən sonra Karlo Ponti ilk arvadından ayrılır.1966-cı ildə isə Karlo Ponti ilə Sofi Loren ailə həyatı qururlar.Onların iki övladı dünyaya gəlir. 1979-cu ildə qiymətli sənət əsərləri oğurladığından ona 22 milyard İtalyan lirəsi və 4 il həbs cəzası təyin etdilər. Lakin onun vətəndaşlığı Fransız vətəndaşlığı olduğundan, həmin cəzalardan qurtulmuşdur.
Kazuo Sayto
Kazuo Sayto (d. 27 iyul 1951) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 32 oyun keçirib.
Keyko Sayto
Keyko Sayto (d. 24 mart 1965) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Keyti Bouman
Keyti Bouman (ing. Katie Bouman, təq. 1988, West Lafayette[d], İndiana) — kompüter mühəndisi, Massaçusets Texnologiya İnstitutunun magistrı, Kaliforniya Universitetinin dosenti. Onun 3 il üzərində işlədiyi alqoritm sayəsində dünyanın 8 fərqli nöqtəsindəki teleskopların əldə etdiyi məlumatlar bir araya gətirilərək ilk dəfə olaraq Qara Dəliyin şəkili çəkilmişdir. == Həyatı == Keyti Bouman uşaqlığını ABŞ-də İndiana ştatının Vest Lafayette şəhərində keçirmişdir. O, 2011-ci ildə Miçiqan Universitetində elektrik mühəndisliyi təhsilini tamamladıqdan sonra Massaçusets Texnologiya İnstitutunda (MIT) elektrik mühəndisliyi və kompüter elmləri sahəsində magistr (2013) və doktor (2017) dərəcələrini almışdır. == Fəaliyyəti == Kayti Bouman ilk qara dəlik şəklinin çəkilməsinə səbəb olan alqoritmi hələ magistr təhsili aldığı zaman hazırlamağa başlamışdı. Daha sonra o, qara dəliyin fotosunu çəkmək üçün hazırlanmış beynəlxalq "Event Horizon Telescope" (EHT) qrupuna daxil olmuşdur. Boumanın yazdığı alqoritm sayəsində dünyanın fərqli bölgələrindəki səkkiz teleskopdan əldə edilən göstəricilər bir araya gətirilərək qara dəliyin görüntüsü ortaya çıxarılmışdır.
Keyti Perri
Ketrin Elizabet Hadson (ing. Katheryn Elizabeth Hudson; 25 oktyabr 1984, Santa-Barbara, Kaliforniya) — və ya səhnə adı Keti Perri (ing. Katy Perry) kimi tanınan ABŞ müğənnisi və bəstəkarı. Kiçik yaşlarından kilsələrdə çıxış edən Ketrin yeniyetməlik dövründə qospel ifaçısı olaraq musiqi karyerasına başlamaq qərarına gəlmişdir. Gənc müğənni Red Hill Records albom şirkəti ilə müqavilə imzalamış və 2001-ci ildə Katy Hudson adlı ilk qospel albomunu çıxartmış, lakin albom reklam cəhətdən müğənni üçün heçdə uğurlu olmamışdır. Red Hill Records-la əlaqələrini dayandırdıqdan sonra o, 2002-ci ildə beynəlxalq musiqi aləminə qatılmaq məqsədi ilə Los-Ancelesə köçmüşdür. O Los-Ancelesdə bir neçə tanınmış prodüserlərlə işləməyə başlamışdır. Növbəti dörd il boyunca müğənni iki albom şirkəti ilə anlaşmalar imzalamış və hər iki anlaşma ona həvəsində olduğu şöhrəti qazandıra bilməmişdir. "Keti Perri" səhnə adını götürdükdən sonra müğənni 2007-ci ilin aprel ayında Capitol Records albom şirkəti ilə növbəti anlaşma imzalamışdır. Keti Perri 2008-ci ildə One of the Boys adlandırdığı ikinci studio albomunda yer alan "I Kissed a Girl" və "Hot n Cold" sinqlları ilə dünyada şöhrət qazanmağa nail olmuşdur.
Keyti dağı
Ketidağ — Azərbaycan Respublikası Kəlbəcər rayonunun ərazisində dağ. Azərbaycanla Ermənistanın sərhədindədir. Yerli əhali tərəfindən Keyti dağı adlanır. Dağla bağlı xalq arasında bir cox əfsanə və rəvayətlər mövcuddur. Tədqiqatçıların ehtimalına görə, oronim türk dillərindəki kat (dağın meşəsiz, gündüŞən tərəfi, pilləvari, sıra) sözündən əmələ gəlmişdır.