COUNT

count1

n I 1. hesab, hesablama, sayma; haqq-hesab; to keep ~ hesab aparmaq; to take ~ of votes səsləri hesablamaq; 2. diqqət; to take no ~ of diqqət verməmək / yetirməmək; 3. hüq. ittihamın / iddianın bəndi;

◊ in the final ~ nəticədə, nəticə olaraq

n II qraf (qeyri-ingilis mənşəli)

count2

adj = countable

count3

v 1. hesablamaq, saymaq; to ~ to ten ona qədər saymaq; John’s only 4, but he can count to 20 Conun cəmi 4 yaşı var, lakin o, 20-yə qədər saya bilir; Count the apples in this box Bu qutudakı almaları say / sayın; 2. hesab etmək; saymaq; to ~ smb. as / for dead bir kəsi ölmüş bilmək / hesab etmək; 3. mənası olmaq; Money counts with him more than anything Onun üçün pul hər şey deməkdir; 4. hüq. işi izah / şərh / bəyan etmək; to ~ for a great deal (çox) böyük mənası / əhəmiyyəti olmaq; to ~ for little böyük mənası / əhəmiyyəti olmamaq; to ~ for nothing heç bir mənası / əhəmiyyəti olmamaq; to ~ on a friend to help dostun köməyinə bel bağlamaq / arxayın olmaq;

◊ to ~ heads / noses iştirak edənləri saymaq; to ~ one’s chickens before they are hatched ≅ çayı keçməmiş, hop demək, payız gəlməmiş cücələri saymaq

COUNSELLOR
COUNT DOWN
OBASTAN VİKİ
Counter-Strike
Counter-Strike (qısa. — CS; ingiliscədə tərcümədən "Əkszərbə") — GoldSource mühərrikində hazırlanmış, birinci üzdən şuter janrında olan komandalı kompüter oyunudur. Half-Life üçün mod kimi yaradılmışdır. Hal-hazırda bir neçə oyun seriyası mövcuddur — Counter-Strike 1.6 (mutipleyer), Counter Strike: Condition Zero (tək tapşırıqla multipleyer), Condition Zero: Deleted Scenes (sinqpleyer) və yeni mühərrik, Source-da hazırlanmış Counter-Strike: Source Oyun teroristler(Terrorists) və terrorla mübarizə qrupu (Counter-Terrorists) olmaq üzrə iki komanda/dəstə olaraq dövrələr halında oynanmaqdadır. Hər dövrə başında komanda/dəstələr əvvəlki dövrəki müvəffəqiyyətlərinə görə qazandıqları pul ilə özlərinə silah götürərlər. İqtisadiyyat sistemini bu şəkildə tətbiq edən ilk oyun olmuşdur. Qruplara xüsusi silahların da tapılmasına baxmayaraq ümumi istifadəyə açıq silahlar əksəriyyətdədir. Hər oyunçu 800 Dollar ilə başlar və hər dövr başına bu miqdar artar. Qazanan qrupun artım miqdarı daha çox olmaqla birlikdə, xüsusi bəzi vəziyyətlərdə adamın pulu da arta bilməkdədir (Məsələn rəqib oyunçunu öldürmək 300 Dollar qazandırar). Qarşı komanda/dəstənin bütün oyunçuları öldürüldüyündə və ya vəzifə tamamlandığı təqdirdə dövr nəticələnər və yeni oyun başlar.
Country Music Television
CMT orijinal adı ilə CMTV, Viacoma məxsus olan Amerika Birləşmiş Ştatları.ödənişli televiziya kanalıdır O öz adını "Country Music Television" qısaltmasından alır.Yerli musiqilərə həsr olunmuş ilk milli kanaldır. Kanalda proqramlaşdırma öncəlik olaraq kantri musiqisinə seçilir. musiqi videoları , bəstəkarlərın konsertləri vəkontri musiqi ulduzlarının çıxışları kanalın proqramına daxildir.. CMT-nin hazırkı proqramı əsasən reality şoular və seriyallardan ibarətdir 2018-ci ilin yanvar ayından etibarən təxminən 92 milyon Amerikalı evlərində (və ya təxminən 119.2 milyon televiziya izləyicisinin 76.9%-i) CMT tezliyini qəbul edir. Kanal Nyu-Yorkda və Naşvildə ofislərə malikdir. == Tarix == === Erkən illər (1983-1991) === CMTV, Kontri Musiqi Televiziyasının öncüsü Glenn Daniels tərəfindən, Video World Productions şirkətinin Hendersonvil Tenesi şəhərində təsis edilib. Daniels, Telestar Korporasiyasının mülkiyyət qrupunu və Blinder Robinson & Company investisiya bankını bir araya gətirərək bu təşəbbüsə nail oldu. Daniels həmçinin proqram direktoru və şəbəkənin ilk prezidenti kimi çıxış etdi. Şəbəkə 5 mart 1983-cü il saat 6: 19-da yayına başlamışdır. .Kanalın əsas rəqibi TNN-idi , Faron Younq 1971-ci ildəki "Dördüncü Gündüz " adlı hiti ilk TV proqaramı olaraq yayınlandı.
Middlesex County, Connecticut
Midlseks dairəsi — ABŞ-nin Konnektikut ştatında yerləşən bir dairədir. Dairənin əhalisi 2010-cu ilin statistikasına görə 165.676 nəfər təşkil edir.
Rex Orange County
Aleksandr Ceyms O'Konnor (4 may 1998) — Rex Orange County ləqəbi ilə tanınan ingilis müğənni, bəstəkar. O'Konnor 2017-ci ildə Tyler, the Creatorun "Qremmi" mükafatına namizəd olan Flower Boy albomundakı "Boredom" mahnısında yer aldıqdan sonra populyarlaşmağa başladı. NPR Music jurnalisti Zoi Kons O'Konnorun musiqisini "hip-hop, caz və bedrum popunun parlaq qarışığı" kimi təsvir etdi. O'Konnor bir miksteyp Bcos U Will Never B Free (2015) və üç studiya albomu, Apricot Princess (2017), Pony (2019), Who Cares? (2022), həmçinin Live at Radio City Music Hall (2020) adlı canlı albom buraxdı. == Həyatı == Aleksandr Ceyms O'Konnor 4 may 1998-ci ildə Nina və Fil O'Konnorun ailəsində dünyaya gəlib. Surrey qraflığının Heyzlmir yaxınlığındakı Qreyşot kəndində böyüyüb. O'Konnorun musiqiyə marağı gənc yaşlarından başlayıb. 5 yaşında olarkən anasının işlədiyi məktəbdə xorda iştirak edib. Nağaraçl oldu sonra isə fortepiano ifa etməyi öyrəndi.
The Final Countdown
"The Final Countdown" (azərb. Son əks istiqamətdə sayma‎) — İsveçin Europe rok qrupunun mahnısı. 1986-cı ildə qrupun vokalçısı Coui Tempest tərəfindən yazılıb. Mahnı eyniadlı albomdan olan ilk sinqldır. Mahnıya çəkilmiş klip qrupun əvvəlki konsertlərindən olan kadrları özündə ehtiva edir. Tempestin sözlərinə görə, onun musiqi zövqünün formalaşmasına və xüsusilə də "The Final Countdown"un yazılmasına Devid Bouinin "Space Oddity" sinqlı təsir göstərib.
Chemtrails over the Country Club
Chemtrails over the Country Club — amerikalı müğənni Lana Del Reyin yeddinci studiya albomu. 19 mart 2021-ci ildə Interscope və Polydor Records tərəfindən buraxılıb. Prodüserliyini onun əvvəlki işlərində dəstək olan Rick Nowels və NFR! üçün prodüserlik edən Cek Antonoff etmişdir. Albomda Nikki Lane, Weyes Blood və Zella Day qonaq ifaçı kimi yer alıb.
Broward County Public Schools
Broward County Public Schools — Florida ştatının Brauard dairəsində fəaliyyət göstərən dövlət məktəbləri distrikti. Ölkənin altıncı ən böyük dövlət məktəbi distriktidir. 2023–2024-cü tədris ilində "Broward County Public Schools" bölgə üzrə 326 müxtəlif məktəb və təhsil mərkəzlərində 251,106 şagirdə təhsil vermişdir. == Məktəblərin siyahısı == === 6–12 siniflər === Dillard High School 6–12 (1907) Lauderhill 6–12 STEM-MED Millennium 6–12 Collegiate Academy === 9–12-ci siniflər (ing. High Schools) === Atlantic Technical College and Technical High School (1973) Blanche Ely High School (1951) Boyd H. Anderson High School (1971) Broward Virtual Education High (2001) Charles W. Flanagan High School (1996) Coconut Creek High School (1970) Cooper City High School (1971) College Academy @ BCC (2001) Coral Glades High School (2004) Coral Springs High School (1975) Cypress Bay High School (2002) Dave Thomas Educational Center — formerly North County Educational Ctr.