CUDİ DAĞI

Nuh peyğəmbərin gəmisinin tufandan sonra quruda lövbər saldığı dağdır (Quran, 11: 44). Hazırda Türkiyə-İraq sərhədinin yaxınlığında yerləşən və hündürlüyü 2100 metr olan bu dağdır. Qeyd olunan dağın həmin dağ olduğu güman edilir.
CİZYƏ
CÜMƏ
OBASTAN VİKİ
Cudi dağı
Cudi dağı — Türkiyədə, cənub-şərqi Anadoluda, Şırnak və Silopi mahal mərkəzləri arasında yerləşən, hündürlüyü 2,114 metr olan dağ. == Coğrafiyası == == Tarixi rəvayətlər == İslami inanclara görə, Tufandan sonra Nuhun Gəmisi bu dağın üzərinə oturmuşdur. Sözü keçən gəminin Ağrıda tapıldığı mövzusunda söz-söhbətlər vardır. Austen Henry Layard və L. King, bu dağın ətraflarında mismar yazısıyla hazırlanmış Asar kitabələrinə rast gəliblər. Quranda gəminin Cudi dağına oturduğu qeyd edilir. Hud Surəsində "Ey yerüzü! Ud suyunu. Ey göy! Tut suyunu" deyildi. Su çəkildi, iş bitdi.
Cudi
Cudi Foster
Codi Foster (ing. Alicia Christian «Jodie» Foster; 19 noyabr 1962, Los-Anceles, Kaliforniya) — ABŞ aktrisası. == Həyatı == Hollywood-un məşhur aktrisalarından olan Alicia Christian Jodie Foster 1962-ci ilin 19 noyabrında ABŞ-nin Kaliforniya ştatının, Los-Anceles şəhərində anadan olub. Jodie aktrisalıq fəaliyyətinə hələ üç yaşında olarkən reklam çarxlarına və teleseriallara çəkilməklə başlayıb. 1970-ci illərdə isə "Walt Disney" studiyasının bir neçə filmlərində çəkilib. Aktrisanın böyük kinoda ilk rolu "Napoleon and Samantha" (1972) filmi ilə başlayır. 1974-cü ildə rejissor Martin Scorsesenin"Alice Doesn't Live Here Anymore" filmində rol alır. Daha sonra isə elə bu rejissorun "Taxi Driver" (1976) filmində yüngül həyat tərzli yeniyetməni canlandıran aktrisa 14 yaşında ilk dəfə Oscar-a nominant olur. Məhz bu filmdən sonra onu uzun müddət izləyən John Hinckley adlı bir şəxs sonradan 1981-ci ildə ABŞ prezidenti Ronald Reaganı öldürməyə cəhd etmişdir. O, bu addımıyla Jodie Fosterin xoşuna gəlmək istədiyini bildirmişdir.
Cudi Kornvell
Cudi Kornvell (ing. Judy Cornwell) - Böyük Britaniya aktrisasıdır. Müxtəlif filmlərdə və seriallarda iştirak etmişdir.
Cudi Qarlend
Cudi Qarlend (ing. Judy Garland; 10 iyun 1922[…], Qrand-Rapids[d], Minnesota – 22 iyun 1969[…], Çelsi, London, Birləşmiş Krallıq[…]) — ABŞ aktrisası və müğənnisi. == Həyatı == Onun ən məşhur rolu Dorothy Gale filmində oynadığı roldur. Cudi Oskar mükafatına namizəd göstərilmişdir. Bundan başqa o, karyerası boyu bir çox başqa mükafatlara layiq görülmüşdür. O aktrisa və müğənni Liza Minnellinin anasıdır. 1997-ci ildə Cudi Qarlend ölümündən sonra Grammy Lifetime Achievement mükafatına layiq görülmüşdür. 1999-cu ildə Amerika Film İnstitutunun məlumatına əsasən Cudi Qarlend yüzilliyin ən yaxşı 100 qadın aktirisadan biri seçilmişdir.
Gərməçataq dağı
Gərməçataq dağı – Babək rayonu ərazisində dağ (hünd. 1614.0 m). Dərələyəz silsiləsinin cənub yamacında, Gərməçataq kəndindən 750 m qərbdə zirvə. Üst Tabaşirin Kampan mərtəbəsinə aid eyniadlı lay dəstəsinin terrigen-karbonat süxurlarından təşkil olunmuş günbəzvari, şimal və qərb yamacları sıldırımlı yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-qərb qurtaracağında, Xanbulaq-Badamlı qalxımının şimal cinahına aid ikincidərəcəli Aşağı Buzqov antiklinalının cənub-şərq periklinal hissəsində yerləşir.
Gəvək dağı
Gəvək dağı – Ordubad rayonu ərazisində dağ (hünd. 1718,0 m). Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun cənub istiqamətli eyniadlı şaxəsində, Qaradərə-Gilançay suayırıcısında zirvə. Biləv kəndindən 4 km şimaldadır. Orta Eosenin Lütet mərtəbəsinə aid Biləv lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş kəsik konusa bənzər yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin mərkəzi strukturu olan Şurud-Vənənd sinklinalının şimal-şərq qanadında yerləşir.
Heydər dağı
Heydər dağı — Yuxarı Qalileydə Əl-Carmaq dağ silsiləsində, Beyt Cin kəndindən 1–2 km cənubda yerləşən dağdır və dağın zirvəsi dəniz səviyyəsindən 1047 metr yüksəkliyə çatır. Dağ həmçinin druzlar üçün müqəddəs Bəha Əl-Din ziyarətgahının yaxınlığında yerləşir. Aydın bir gündə, demək olar ki, bütün Aşağı Qaliley dağın başından, Fəqqu'a dağlarından Aralıq dənizinə qədər görünür. Hündürlüyünə və mənzərəli mənzərəsinə görə dağ yamac paraşütü üçün əlverişli yerdir. == İqlim == Dağ, Qalileyanın əksər yerlərində olduğu kimi, Aralıq dənizi iqliminə malikdir. Qar tez-tez qışda yağır və çöküntünün miqdarı təxminən 1000 millimetrə çatır. Hündürlükdə olması və cənub küləklərinə heç bir maneənin olmaması səbəbindən ilin əksər günləri dağda güclü küləklər əsir.
Heydərbaba dağı
Heydərbaba dağı — İranda, Təbriz yaxınlığında Qaraçəmən yolu ilə Şəngülava kəndləri arasında yerləşir. == Flora == Dağın ərazisində dovşan, kəklik, göyərçin var. == Yerləşməsi == Heydərbaba dağı Qayışqurşaq kəndi ilə üz-üzədir; onun ətəyində Xoşginab və Güllücə kəndləri yerləşir. Bunlardan başqa bu dağın ətəyində MəhəmmədHüseyn Şəhriyarın uşaqlıq illərinin keçdiyi eyniadlı – Heydərbaba kəndi də var. Həmin kənd adını elə bu dağdan almışdır. M. Şəhriyar bu dağa aid şeir də yazıb. == Əfsanələr == Heydərbaba dağı ilə bağlı bir sıra əfsanələr mövcuddur. Sərhədlərində yerləşən, dəniz səviyyəsindən 2334 metr yüksəklikdə yerləşən Sarıbaba dağı ilə Heydərbaba dağı qardaş olmuşlar. Onlar bir-biri ilə uzaqdan-uzağa, zirvədən-zirvəyə görüşür, salamlaşırlar. Hansı qardaş tez yuxudan oyanarsa, o birisini salamlayaraq oyadarmış.
Heydərbəy dağı
Heydərbəy dağı – Borçalı qəzasında (İndi Ermənistanda) dağ adı. == Etimologiyası == Danışıqda əvvəlinə "h" səsi əlavə olunmuş aydar "kəkil", "başın ortasında (təpəsində) tük topası" sözündəndir. Qədim türklərdə oğlan uşaqlarının başını qırxdıqda təpəsində aydar "kəkil" saxlanması adəti pis ruhlara qarşı tədbir kimi səciyyələndirilirdi; ailədə 6–7 qızdan, yaxud bir neçə oğlan uşağının ölməsindən sonra doğulmuş oğlan uşağın bir qulağına sırğa keçirirdilər ki, bu da "aydar" adlanırdı. Aydarlı və sırğalı oğlana 7 yaşına qədər qız paltarı geydirirdilər. Belə inam vardı ki, pis ruh aydara və sırğaya görə oğlan uşağını qız hesab edərək ona toxunmayacaqdır. Bu "Aydar" adəti Don kazaxlarında indi də qalmışdır. == Toponimiyası == Heydərbəy dağ adı bəki aydar (burada ehtimal ki, topa ağac) olan mənasındadır. Azərbaycan adətən dağların zirvələrindəki aydar müqəddəs pir hesab olunurdu. Cənubi Azərbaycanda Heydərbaba dağının adı (Məhəmmədhüseyn Şəhriyarın "Heydərbabaya salam" poemasında) da aydar "kəkil" sözündəndir. Heydərbək oronimi ilə Qazax və Gədəbəy r-nlarındakı Kəkildağ və Şamaxı r-nunda Kəkilnohur toponimləri mənaca eynidir.
Kamen dağı
Kamen dağı — Rusiyanın Krasnoyarsk diyarı ərazisində yerləşən və hündürlüyü 1701 m olan zirvə. İnzibati cəhətdən Taymır və Evenk rayonları arasında yerləşir. Zirvə Putarana yaylası və Ortasibir alçaqdağlığının ən hündür nöqtəsi hesab edilir. Dağın ətəklərindən Xuta və Kotuy çayları başlanğıcını götürür. Zirvə 1971—1972-ci illərdə SSRİ EA Coğrafiya İnstitutu tərəfindən tətqiq edilmişdir.
Kazbek dağı
Kazbek (gürc. მყინვარწვერი — buz zirvəsi, çeç. Башлам) — Mərkəzi Qafqazın şərq hissəsində Rusiya və Gürcüstan sərhədlərində yerləşən dağ.
Kerkpatrik dağı
Kerkpatrik dağı — Antarktida ərazisində yerləşən Transantarktika dağlarının ən hündür zirvəsi. Kerkpatrik dağı Kuin-Aleksandr silsiləsində, Birdmor buzlağının qərbində yerləşir. Dağ ilk dəfə 1908-ci ildə Böyük Britaniya ekspedisiyası zananı Ernest Şelkton tərəfindən kəşf edilmişdir. Dağın hündürlüyü 4528 metr təşkil edir. O, dağı Qlazqolu sahibkarın şərəfinə adlandlrmışdır. 2004-cü ildə dağın ətəklərində dinozavr və Pterosauriaların qalıqları aşlarlanmışdır.
Keyti dağı
Ketidağ — Azərbaycan Respublikası Kəlbəcər rayonunun ərazisində dağ. Azərbaycanla Ermənistanın sərhədindədir. Yerli əhali tərəfindən Keyti dağı adlanır. Dağla bağlı xalq arasında bir cox əfsanə və rəvayətlər mövcuddur. Tədqiqatçıların ehtimalına görə, oronim türk dillərindəki kat (dağın meşəsiz, gündüŞən tərəfi, pilləvari, sıra) sözündən əmələ gəlmişdır.
Keşiş dağı
Keşiş dağı ya da Olimp dağı (yun. Όλυμπος, Olympos), Yunanıstanın şimalında, Teseliya və Orta Makedoniya inzibati bölgələri arasında qalan məşhur dağdır. Dağ, 2.917 m yüksəkliyi ilə Yunanıstanın ən yüksək nöqtəsidir və eyni zamanda mifoloji inanclara görə Olimp tanrılarının evidir.
Kömüratan dağı
Kömüratan dağı — Azərbaycanda, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən təpə. Təpənin hündürlüyü 71 metrdir. Təpə Kömüratan gölü ilə təsərrüfat məqsədli istifadə olunmuş (hazırda şorlaşmış) bir digər göl arasında yerləşir. Təpə Bakı-Quba magistral yolundan bir qədər aralıdadır.
Kərkəs dağı
Bakı qulaqları (Kərkəs dağı) – Puta burnundan 8,5 km qərb, şimal-qərbdə yerləşən iki yüksəklikdən ibarət dağ. == Haqqında == Bakı qulaqlarının iki zirvəsi var: Taxtalıq və Kərkəs. Lakin çox vaxt ya Bakı Qulaqları, yaxud da Kərkəs dağı kimi adlanır. Cənub yüksəkliyi Taxtalıq adlanır və 412 (384) metr hündürlüyə malikdir. Şimal yüksəkliyi isə Kərkəs adlanır və 424 (396) metr hündürlüyə malikdir. Bakı Qulaqları Abşeron yarımadasının ən yüksək zirvələrindən olduğundan ərazinin bütün yerlərindən görünən təbii mayaka bənzəyir. Ərazinin bitki örtüyü doqquzdon kolu, çoxmeyvəli ardıc, murdarça, kəklikotu, salxımçiçək dovşanalması, gəvən və digər bitkilərdən ibarətdir. Ərazinin faunası isə dovşan, tülkü, kərtənkələ, şonqar quşu, çobanaldadan quşu və digər heyvanlardan ibarətdir. Bakı qulaqları ətəyində hər biri 10-20 santimetr qalınlığında olan qəhvəyi rəngli əlavələrlə 7-8 ağ təbəqə yaranır. Əvvəllər geoloqlar bu ağ qatları adi qum, yaxud da əhəngdaşı olaraq qəbul edirdilər.
Kərməçatax dağı
Kərməçatax dağı — Azərbaycanın Şahbuz rayonu ərazisində dağ. Dərələyəz silsiləsinin cənub yamacında yerləşir (hünd. 1614 m). Gərməçataq kəndindən 750 m. qərbdədir. Dağ günbəzvari formadadır, şm. və q. yamacları sıldırım yamaclıdır. == İstinadlar == == Ədəbiyyat == Naxçıvan Ensiklopediyası, AMEA, Bakı, 2002, 596 səh.
Ləkətağ dağı
Ləkətağ dağı – Culfada dağ (hünd. 2673,1 m). Zəngəzur silsiləsinin Dəmirlidağ-Göydağ qolunun suayırıcısında zirvə. Ləkətağ kəndindən 4,2 km cənub-şərqdə, Boyəhməd aşırımından 1,5 km şimal-qərbdədir. Orta Eosenin Lütet mərtəbəsinə aid Biləv lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-şərq qurtaracağında müşahidə edilən Ləkətağ-Göyçügüvey antiklinalının tağ hissəsində yerləşir. Yamaclarından şimal-şərq və cənub-şərq istiqamətli fay və fay-yerdəyişmə qırılmaları keçir. Şimal-qərb yamacında Üst Eosen yaşlı diorit, kvars-diorit tərkibli intruziv kütlə açılır.
Ləlvar dağı
Ləlvar — Ağzıböyük silsiləsində dağ. Hazırkı Ermənistan respublikasının Loru vilayətində yerləşir.
Ləngəbiz dağı
Ləngəbiz dağı — Böyük Qafqaz sıra dağlarının cənub hissəsində yerləşən kiçik dağ silsiləsi. Şamaxı və əsasən də Ağsu rayonu ərazisində yerləşir. Ən hündür zirvəsi 929 m. hündürlüyündə olan, Ağsu rayonu ərazisində yerləşən Səndələn dağıdır.
Maqliç dağı
Maqliç (Şablon:Dil-sr-cyr)) - Bosniya və Hersoqovinada ən yüksək dağ zirvəsi. Hündürlüyü dəniz səviyyəsindən 2386 metr yüksəklikdə yerləşir. Zirvə Monteneqro ilə olan sərhəddə yerləşir. Şimal-qərbdən cənub-şərq istiqamətdə uzanır. Dağ Suteska milli parkının ərazisinə daxildir. Park 1962-ci ildə yaradılmışdır. Sahəsi 175 km2-dır. Milli park şərqdən Pivska dağı (1.775 m) və Piva çayı, cənub-qərbdən Moqliç dağı (2386 metr), Voluyak dağı (2337 metr) və Bioç dağı (2388 metr) ilə, qərbdən Zelenqro dağı (2014 metr) dağı ilə əhatə olunub Park ərazisini Suteska çayı kəsib keçir. Maqliç dağı ərazisində böyük olmayan kanyon dərəsi yaradıb. == Coğrafiyası == Foça şəhəri Monteneqro sərhəddinin 20 km-də yerləşir.
Markem dağı
Markem dağı (ing. Mount Markham) — Antarktida ərazisində yerləşən Transantarktika dağlarının Kraliça Elizavet silsiləsində yerləşən ən hündür zirvə. Onun hündürlüyü 4350 metr təşkil edir. == Coğrafiya == Dağ Şərqi Antarktidanın Şelkton sahili ərazisində yerləşir. Təqribi olaraq Kerkpatrik dağından 175 km şimal-qərbdə, Elizabet dağından isə 148 km şimal-qərbdə yerləşir. Markem dağı öz növbəsində uzanan dağ massividir. Dağın üç zirvəsi mövcuddur. Ən yüksək pik 4351 netrdir. Dağ massivi Britaniya Antarktida ekspedisiyası zamanı kəşf edilmişdir. Eksoedisiyaya rəhbərlik Robert Skott etmişdir.
Masnis dağı
Masnis – Ordubad rayonu ərazisində dağ (hünd. 2081,9 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Səfərdərə yüksəkliyindən (3826,4 m) cənub-qərbə ayrılan Xoşkeşin qolunda zirvə. Parağa kəndindən 2,3 km şərqdə, Parağaçayın sol sahilindədir. Alt Eosenin İpr mərtəbəsinin yuxarı hissəsinə aid Kələki lay dəstəsinin trerrigen- və vulkanogen-çökmə süxurlarından təşkil olunmuş, şimal və cənub yamacları sıldırımlı günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin mərkəzi strukturu olan Şurud-Vənənd sinklinalının şimal-şərq qanadında, eyni zamanda Zəngəzur qalxım zonasını hüdudlandıran Şərqi Ordubad dərinlik qırılmasının düşmüş cənub-qərb qanadında yerləşir.
Mina dağı
Mina dağı – Səudiyyə Ərəbistanında yerləşir. Məkkə şəhərinin yaxınlığındadır. Dini kitablarda bu dağın adına rast gəlinir. Bu kitablarda deyilir ki, İbrahim Peyğəmbər (ə.s) oğlu İsmaili Mina dağında Allaha qurban kəsmək istərkən Həqq-Təala əvəz olaraq qoç göndərib və orada heyvan qurban gətirilib. Həcc ziyarətinə gedən zəvvarlar zilhiccənin 10-12-də Minada qalırlar. Həcc ziyarətinin rükünlərindən olan böyük, orta və kiçik cəmərələrə daş atma, eləcə də qurban kəsmə əməllərini burada yerinə yetirirlər.