Gərməçataq dağı – Babək rayonu ərazisində dağ (hünd. 1614.0 m). Dərələyəz silsiləsinin cənub yamacında, Gərməçataq kəndindən 750 m qərbdə zirvə. Üst Tabaşirin Kampan mərtəbəsinə aid eyniadlı lay dəstəsinin terrigen-karbonat süxurlarından təşkil olunmuş günbəzvari, şimal və qərb yamacları sıldırımlı yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-qərb qurtaracağında, Xanbulaq-Badamlı qalxımının şimal cinahına aid ikincidərəcəli Aşağı Buzqov antiklinalının cənub-şərq periklinal hissəsində yerləşir.[1]
Gərməçataq dağı | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 1614 m |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Rayon |