Maqcan Cumabayev
Cumabayev Mağcan Beken oğlu (qaz. Мағжан Бекенұлы Жұмабаев, Mаgjаn Bekenulı Jumаbаev) (25 iyun 1893- 19 mart 1938) - Qazax ədəbiyyatının XX əsrin əvvəllindəki məşhur və önəmli şairlərindən biri. Müasir qazax ədəbiyyatının yaradıcılarından biridir.
1905-1910-cu illərdə Mağcan Cumabayev Petropavl mədrəsəsində təhsil almış, ərəb, fars və türk dillərini öyrənmişdir. 1911-ci ildə isə Ufa mədrəsəsində təhsil almış, bu zaman müəllimlərindən biri Volqa tatarlarının klassik yazıçısı Galimcan İbrahimov olmuşdur. 1912-ci ildə qazax dilində olan şeirləri “Şolpan” adlı kitabda toplanaraq nəşr edilib, kitab ərəb əlifbası ilə yazılıb. Bu kitab qazax ziyalıları arasında məşhurluq qazanmışdır.
1917-ci ilin yay və qışı ərzində qazax “ Alaş” partiyasının və Alaş Orda Qazaxıstan milli hökumətinin yaranmasında iştirak etmişdir.
Daha sonra Moskvada yaşamış və Lermontov, Koltsov, Balmont, İvanov, Mamin- Sibiriak, Maksim Qorki, Aleksandr Blok, Höte və digər şairlərin əsərlərini qazax dilinə tərcümə edib. Ali təhsilini başa vurduqdan sonra Qazaxıstana gəlmiş və orda müəllim kimi işləmişdir.