CUMA

həftənin 5-ci günü; cəmləşmə, məsciddə toplaşma günü.
CUDİYYƏ
CUMAR
OBASTAN VİKİ
Molla Cuma
Molla Cümə (tam adı: Süleyman Salah oğlu Orucov; d. 1854, Aşağı Layısqı, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası — ö. may 1920, Aşağı Layısqı, Nuxa qəzası, Azərbaycan SSR) — Azərbaycan aşığı və şairi. Molla Cümənin həyatı haqqında ən səhih mənbə şeir və dastanlarıdır. Molla Cümənin anadan olma tarixi indiyə qədər təxmini qeyd edilmişdir. O, 1854-cü ildə Nuxa qəzasının Aşağı Layısqı kəndində anadan olmuşdur. "Molla" təxəllüsünü ona savadlı olduğu üçün verilmişdir. Molla Cümənin əsas peşəsi əkinçilik olmuşdur. Qax, Zaqatala, Balakən varlılarının zəmisində biçin biçmiş və bundan aldığı zəhmət haqqı ilə ailəsini dolandırmışdır. Molla Cümə ilk təhsilini Aşağı Göynük kəndində İbrahim Əfəndizadənin mədrəsəsində almışdır.
Codex Cumanicus
Kodeks kumanikus — XIV əsrdə xristian missionerlər tərəfindən toplanmış və hazırlanmış Kuman-qıpçaq dilində əsər. Codex Cumanicus, katolik missionerlərin köçəri türk xalqı olan Kumanlarla ünsiyyət qurmalarına kömək etmək üçün hazırlanmış orta əsrlərə aid linqvistik kitabdır. O, hazırda Venesiyada, Müqəddəs Mark Kitabxanasında saxlanılır (BNM ms Lat. Z. 549 (=1597)). Kodeks 14-cü əsrdə Krımda yaradılmışdır və Krım tatar dilinin ən qədim attestasiyalarından biri hesab olunur ki, bu da Qıpçaq və Oğuz ləhcələrinin tarixi üçün böyük əhəmiyyət kəsb edir. Kodeks birbaşa Qara dəniz ətraflarında, xüsusən Krım yarımadasında yaşamış olan qıpçaqlarla (polovtsi və ya kumanlarla) əlaqəlidir. "Kodex Kumanikus" adı ona təsadüfən 14-cü əsrdə əlyazmanı kəşf edən, Macarıstanda məskunlaşmış Kumanların nəslindən olan Qraf Kun tərəfindən verilmişdir, lakin lüğətin mətnində belə deyilir: "Bu tatar til" - "Bu tatar dilidir". Krım tatarlarının müasir dilinə yaxın danışıq dili əsasında missionerlər tərəfindən tərtib edilmişdir. Lakin Vasili Radlov kodun yazıldığı dilin Kazan-tatar dili olduğuna inanırdı. Məcəllənin əsas məqsədi praktik idi: missionerlər üçün türk dilini öyrənmək və Qızıl Orda əhalisini xristianlıqla tanış etmək.
Cumabay Yusupov
Cumakənd
Cumakənd — Azərbaycan Respublikasının Şəki rayonunun Cumakənd kənd inzibati ərazi dairəsində kənd. Cumay Şəki rayonunun Baş Göynük inzibati ərazi vahidində kənd. Əyriçayın sahilində Daşüz (Daşyüz) silsiləsinin ətəyindədir. Cuma variantında da qeydə alınmışdır. XIX əsrin sonlarında Şin çayı daşaraq Baş Göynük və Aşağı Göynük kəndlərində böyük dağıntılar törətdiyindən həmin kəndlərdən xeyli əhali buraya köçmüş və Təzəkənd adlı yaşayış məntəqəsinin əsasını qoymuşdur. Ətəyində yerləşdiyi dağın adı ilə Daşüz Təzəkənd də adlandırılmışdır. 1966-cı ildə el sənətkarı Aşıq Molla Cumanın (1855-1920) şərəfinə Cuma adlandırılmışdır. 1933-cu ildə Bərdədə Cumalar kəndi qeydə alınmışdır. Əhalisi 2205 nəfər təşkil edir ki, onun da 1166 nəfəri kişi, 1039 nəfəri isə qadındır. Kiçik istisnalar nəzərə alınmazsa kənddə etnik Türk ailələri yaşayır.
Cumakənd bələdiyyəsi
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Cumalar
Cumalar — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Cumalar Bərdə rayonunun Qaradəmirçi inzibati ərazi vahidində kənd. Qarabağ düzündədir. Əsl adı Cumalardır. Yaşayış məntəqəsi cumalar nəsli tərəfindən salındığına görə həmin nəslin adını daşıyır. Etnotoponimdir. Əhalisi 581 nəfərdir (2009). Gənc şair və Bütöv Azərbaycançılığın yeni nəsil fikir adamlarından olan Murad Hüseyn Difai də bir müddət bu kənddə yaşamışdır.
Cumanci: Növbəti mərhələ (film, 2019)
Cumanci: Növbəti səviyyə (ing. Jumanji: The Next Level) — film 2019-cu ildə ABŞ-də çəkilib. Macəra, fantastika, fantaziya və komediya janrlarındadır. Spenser dostlarından gizli olaraq, əvvəlki filmin sonunda məhv edilən Jumanji video oyununun fraqmentlərini saxlayıb və babasının evinin zirzəmisində video oyunun konsolunun təmirinə başlayıb. Spenserin dostları onu ziyarətə gedərkən Spenserin itkin düşdüyünü və oyunun davam etdiyini aşkar edirlər. Dostları onu xilas etmək üçün yenidən Cumanciyə girməyə qərar verirlər. Bu zaman evdə olan Eddi (Spenserin babası) və Maylo Uoker səs-küy eşidirlər və onlar da təsadüfən oyuna daxil olurlar. Yeniyetmələr Eddi və Maylonun yeni oyundakı avatarlarına alışmalarına, Spenserin tapılmasına və yenidən Cumancidən qaçmasına kömək etməlidirlər. Sony Pictures səhifəsi Cumanci: Növbəti mərhələ — Internet Movie Database saytında.
Cumanci: Növbəti səviyyə
Cumanci: Növbəti səviyyə (film, 2019)
Cumanci (film, 1995)
Cumanci(ing. Jumanji) — Fantastik film. Alan Perriş təsadüfən "Cumanci" adlı stolustü oyunu tapır,bu oyunun qaydalarını bilməyərək rəfiqəsinin gözü qarşısında cəngəlliyə düşür.İki balaca uşaq çox illər sonra həmin oyunu taparaq oynamağa başlayır və Alanı cəngəlliklərdən evinə qaytarırlar.
Cumart Əlimuradov
Cumart Şıxrəhim oğlu Əlimuradov (31 may 2001, Urva, Qusar rayonu – 5 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Cumart Əlimuradov 2001-ci il mayın 31-də Qusar rayonunun Urva kəndində anadan olub. Subay idi. Azərbaycan Ordusunun əsgəri olan Cumart Əlimuradov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cumart Əlimuradov oktyabrın 5-də Madagizin azad edilməsi zamanı şəhid olub. Qusar rayonunun Urva kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cumart Əlimuradov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Cumart Əlimuradov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Cumayl
Cumayl (Əl-Camil, Əl-Qəmil və ya Əlcmail) — Zuvarədən cənubda və Sabratadan 100 km qərbdə yerləşən Liviya şəhəri. 120 mindən çox əhalisi olan şəhər bölgə və əhali baxımından populyarlığında ən böyük şəhər hesab olunur. 2010-cu ilə görə şəhər əhalisinin sayı 102 mini keçmişdi. Ən böyük olan Əl-Nuvail qəbilələri ilə bərabər Əl-Safat, Həmidat, Şan, əl-Sahan, ər-Rəbaiya və əl-Cəlidat qəbilələrinin qarışığıdır. Bölgə ilk növbədə kənd təsərrüfatı ilə tanınır və ən məşhur bitkiləri zeytun, üzüm, əncir, badam və xurma ağaclarıdır. Liviyada ən sürətli internet təmin edən Dəmir Formalandırma Zavodu və Orange Telecom və Texnologiya kimi bir sıra fabriklər və kiçik sənaye ortaqlıqları da var. Şəhər həm də ticarət və alış-veriş baxımından qərb bölgəsinin ən vacib şəhərlərindən biri hesab olunur.
Cumayıl Mərdanov
Maqcan Cumabayev
Cumabayev Mağcan Beken oğlu (qaz. Мағжан Бекенұлы Жұмабаев, Mаgjаn Bekenulı Jumаbаev) (25 iyun 1893- 19 mart 1938) - Qazax ədəbiyyatının XX əsrin əvvəllindəki məşhur və önəmli şairlərindən biri. Müasir qazax ədəbiyyatının yaradıcılarından biridir. 1905-1910-cu illərdə Mağcan Cumabayev Petropavl mədrəsəsində təhsil almış, ərəb, fars və türk dillərini öyrənmişdir. 1911-ci ildə isə Ufa mədrəsəsində təhsil almış, bu zaman müəllimlərindən biri Volqa tatarlarının klassik yazıçısı Galimcan İbrahimov olmuşdur. 1912-ci ildə qazax dilində olan şeirləri “Şolpan” adlı kitabda toplanaraq nəşr edilib, kitab ərəb əlifbası ilə yazılıb. Bu kitab qazax ziyalıları arasında məşhurluq qazanmışdır. 1917-ci ilin yay və qışı ərzində qazax “ Alaş” partiyasının və Alaş Orda Qazaxıstan milli hökumətinin yaranmasında iştirak etmişdir. Daha sonra Moskvada yaşamış və Lermontov, Koltsov, Balmont, İvanov, Mamin- Sibiriak, Maksim Qorki, Aleksandr Blok, Höte və digər şairlərin əsərlərini qazax dilinə tərcümə edib. Ali təhsilini başa vurduqdan sonra Qazaxıstana gəlmiş və orda müəllim kimi işləmişdir.
Mağcan Cumabayev

Orxan Cumayev
Yulduz Cumabayeva
Yulduz Cumabayeva (22 aprel 1998) — Türkmənistanlı qadın ağır atlet. 48 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Türkmənistanı təmsil edir. Yulduz Cumabayeva İslam Həmrəyliyi Oyunlarında iştirak etmişdir. Son dəfə 2017 İslam Həmrəyliyi Oyunlarında mübarizə aparmışdır.
Cumacea
Cumacea (lat. Cumacea) — heyvanlar aləminin buğumayaqlılar tipinin ali xərçənglər sinfinə aid heyvan dəstəsi. Hazırda 1600 növü var, onlardan Xəzər dənizində 18 növü qeyd edilmişdir. Xəzərdə yaşayan kumların evriqalin (Pseudocuma cercaroides, Stenocuma graciloides, Pterocuma pectinata) və stenoqalin (Pterocuma qrandis, Stenocuma diastyloides) növlər təşkil edir. Kumlar çapaq, külmə və s. balıqların qidasında mühüm rol oynayırlar.
Cumanci: Növbəti mərhələ
Cumanci: Növbəti səviyyə (ing. Jumanji: The Next Level) — film 2019-cu ildə ABŞ-də çəkilib. Macəra, fantastika, fantaziya və komediya janrlarındadır. Spenser dostlarından gizli olaraq, əvvəlki filmin sonunda məhv edilən Jumanji video oyununun fraqmentlərini saxlayıb və babasının evinin zirzəmisində video oyunun konsolunun təmirinə başlayıb. Spenserin dostları onu ziyarətə gedərkən Spenserin itkin düşdüyünü və oyunun davam etdiyini aşkar edirlər. Dostları onu xilas etmək üçün yenidən Cumanciyə girməyə qərar verirlər. Bu zaman evdə olan Eddi (Spenserin babası) və Maylo Uoker səs-küy eşidirlər və onlar da təsadüfən oyuna daxil olurlar. Yeniyetmələr Eddi və Maylonun yeni oyundakı avatarlarına alışmalarına, Spenserin tapılmasına və yenidən Cumancidən qaçmasına kömək etməlidirlər. Sony Pictures səhifəsi Cumanci: Növbəti mərhələ — Internet Movie Database saytında.
Cumali İnce
Cumali İncə (1969, Niğdə ili) — iş adamı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Cumali İncə 1969-cu ildə Niğdə ilində anadan olub. Anadolu Universiteti Biznesin idarə edilməsi Bölməsindən məzun olub. Niğdə Bələdiyyə Məclisinin üzvü, Niğdə bələdiyyə sədrinin müavini vəzifələrində çalışıb. MHP Niğdə il şöbəsinin sədri olub. 2023-cü ildə MHP namizədi olaraq Niğdə ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. Evli və 2 uşaq atasıdır.
Cumali İncə

Cumanci
Cumanci(ing. Jumanji) — Fantastik film. Alan Perriş təsadüfən "Cumanci" adlı stolustü oyunu tapır,bu oyunun qaydalarını bilməyərək rəfiqəsinin gözü qarşısında cəngəlliyə düşür.İki balaca uşaq çox illər sonra həmin oyunu taparaq oynamağa başlayır və Alanı cəngəlliklərdən evinə qaytarırlar.

Digər lüğətlərdə