CÜRƏTLƏNMƏK

f. Cəsarətlənmək, cürətə gəlmək, cəsarətə gəlmək, ürəklənmək.
Bürcü Sultan bu sözü ondan eşidib, bir az da cürətləndi. Koroğlu”.
Feyzulla evində bir şey tapılmadığını görüb, cürətləndi və birdən səsləndi. Ə.Haqverdiyev.
Hamı uşağa tərəf döndü, uşaq cürətlənib hərəkətə gəldi. Mir Cəlal.

Синонимы

  • CÜRƏTLƏNMƏK cəsarətlənmək — şücaətlənmək — hünərlənmək — ciyərlənmək — ürəklənmək — qoçaqlaşmaq

Антонимы

  • CÜRƏTLƏNMƏK CÜRƏTLƏNMƏK – QORXMAQ Ərinin inadkarlığı Nəvazişi də cürətləndirdi (S.Qədirzadə); Qorxma, bu saat ev yiyəsi çıxar (Mir Cəlal)
CÜRƏTLƏNMƏ
CÜRƏTLİ

Значение слова в других словарях