CƏRİMƏ

I
сущ.
1. штраф:
1) денежное взыскание, налагаемое в качестве наказания. Cərimə almaq взимать, взыскать штраф, cərimə qoymaq налагать, наложить штраф, cərimə vermək (cərimə ödəmək) платить, заплатить штраф, cərimə alınır взыскивается (взимается) штраф; cərimə qoyulur налагается штраф, cərimə çəkmək быть оштрафованным, cəriməsini çəkmək kimin, nəyin выплатить, уплатить штраф за (вместо) кого, за что ; cəriməni ödəmək выплатить (уплатить) штраф
2) наказание, взыскание за невыполнение чего-л. , за нарушение каких-л. правил. Oyun qaydalarının pozulmasına görə cərimə штраф за нарушение правил игры
2. фин. пеня (штраф за невыполнение или просрочку принятых обязательств)
3. убыток (материальный ущерб, потеря). Cəriməyə düşmək терпеть (потерпеть) убыток, cəriməyə salmaq вводить (ввести) в убыток (в расход), cərimə çəkmək нести (понести) убыток (материально пострадать)
II
прил. штрафной:
1. относящийся к штрафу. Cərimə öhdəliyi штрафные обязательства, cərimə məzənnəsi штрафная такса
2. являющийся штрафом. Cərimə pulları штрафные деньги, cərimə rüsumları штрафные пошлины
3. назначаемый как наказание за нарушение какого-л. правила. спорт. Cərimə zərbəsi штрафной удар, cərimə topu штрафной мяч, cərimə xalları штрафные очки
4. предназначенный для штрафного удара. Cərimə meydançası штрафная площадка, cərimə xətti штрафная линия
5. предназначенный для провинившихся, наказанных. воен. cərimə batalyonu штрафной батальон, cərimə rotası штрафная рота; спорт. cərimə skamyası штрафная скамья; cərimə eləmək см. cərimələmək
CƏRİDƏ
CƏRİMƏLƏMƏ
OBASTAN VİKİ
Cərimə
Cərimə (alm. Strafe‎ — cəza) — cəza növü; cinayət törədildiyinə görə hüquq normalarına əsasən dövlətin nəfinə keçirilən pul vəsaiti. == Cinayət cəzası kimi == Böyük Britaniya və ABŞ-də cərimə cinayət cəzaları içərisində ən geniş yayılmış növdür.
11 metrlik cərimə zərbəsi
Penalti 11 metrlik nöqtədən, ingilislərin ölçü vahidi ilə 12 yardlıq məsafədən vurulur. Bu isə 10,97 metr deməkdir və cərimə meydançasının eninin (16,5 metr) 2/3 hissəsinə bərabərdir. Penalti vurulan zaman cərimə meydançasında hakimdən, qapıçıdan və zərbəni vuracaq futbolçudan başqa heç kim olmamalıdır. Digər futbolçular topdan 9,15 m aralı dayanmalıdırlar və yeri gəlmişkən, bu tələbə riayət məsələsində problem hələ də tam həllini tapmayıb. == Tarixi == Penaltinin yaranma tarixi 1891-ci il yanvarın ilk günləri hesab olunur. İngiltərə Kuboku uğrunda Notts Kaunti ilə görüşün başa çatmasına bir neçə dəqiqə qalanadək 0:1 hesabı ilə geridə olan Stok Siti hücumlarına ara vermir və epizodların birində Stok Siti futbolçusunun qapıya endirdiyi zərbədən sonra rəqib oyunçu boş qapıya istiqamətlənən topun qarşısını əllə kəsir. O vaxtkı qaydaya uyğun olaraq hakim cərimə zərbəsi təyin edir və“Notts Kaunti komandasının bütün oyunçuları qapı qarşısında canlı sədd quraraq təhlükənin qarşısını alıb qələbə hesabını qoruyurlar. Bu isə böyük narazılığa səbəb olur. Şimali İrlandiyadan olan Vilyam Makkram bildirdi ki, cərimə meydançasında qayda pozuntusuna görə təyin olunmuş zərbə cərimə meydançası daxilində xüsusi müəyyənləşmiş nöqtədən vurulsun. Müəyyən bürokratik maneələrə baxmayaraq, təklif böyük əksəriyyət tərəfindən bəyənildi, müdafiə olundu və 1891/92-ci il mövsümündən Britaniyada tətbiq edilməyə başladı.

Значение слова в других словарях