Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qaracaqaya
Qaracaqaya-i Pənahi (Həştrud)
Qaracaqaya (Həştrud)
Qaracaqaya (fars. قراجه قيه‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 100 nəfər yaşayır (20 ailə).
Qaracaqaya (Marağa)
Qaracaqaya (fars. قراجه قيه‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 96 nəfər yaşayır (20 ailə).
Qaracaqaya (Miyanə)
Qaracaqaya (fars. قره جه قيا‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 112 nəfər yaşayır (25 ailə).
Qaracaqaya (Türkmənçay)
Qaracaqaya (fars. قره جه قيه‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 302 nəfər yaşayır (63 ailə).
Qarabağlar
Azərbaycan Qarabağlar (Samux) — Azərbaycanın Samux rayonunda kənd. Qarabağlar (Şərur) — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Qarabağlar (Göyçay) — Azərbaycanın Göyçay rayonunda kənd. Qarabağlar (Kəngərli) — Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda kənd. Qarabağlar (Şəmkir) — Azərbaycanın Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Qarabağlar düzü — Kəngərli rayonu ərazisində cənub-qərbə enən maili düzənlik. Qarabağlar şəhəri — Naxçıvanda qədim ərazi. Qarabağlar türbəsi — Naxçıvan ərazisində, Qarabağlar kəndində yerləşən türbə.Ermənistan Qarabağlar rayonu — Qərbi Azərbaycanda (indikiErmənistanda) azərbaycanlıların əsrlər boyu yaşadıqları qədim Azərbaycan torpaqları.Türkiyə Qarabağlar (İzmir) —İran Qarabağlar (Meşkinşəhr) —Digər Qarabağlar mahalı — Azərbaycanın Göyçay rayonu ərazisində mövcud olmuş mahal. Qarabağlar türbəsi — Azərbaycan orta əsr memarlığının ən qiymətli yadigarlarından biri Naxçıvan ərazisində, Qarabağlar kəndində yerləşən türbə.
Qarabağır
Qarabağır (lat. Tetrastes) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinə aid heyvan cinsi.
Qaracaqaya-i Pənahi (Həştrud)
Qaracaqaya-i Pənahi (fars. قرجه قيه پناهي‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 196 nəfər yaşayır (46 ailə).
Təzəkənd-i Qaracaqaya (Həştrud)
Təzəkənd-i Qaracaqaya (fars. تازه كندقراجه قيه‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 142 nəfər yaşayır (27 ailə).
Aşağı Qarabağlar
Çimənkənd, Aşağı Qarabağlar — İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd. == Tarixi == Çimənkənd rayon mərkəzindən 9 km şərqdə yerləşir. Əvvəllər mövcud olmuş Qarabağlar rayonuna aid olmuşdur və onun mərkəzi idi. Digər adı Aşağı Qarabağlar (yenə orada).1948-49-cu illərdə Qarabağlar rayonunun ləğvi ilə əlaqədar Vedi rayonunun tabeliyinə verilmişdir. Qafqazın 5 verstlik xəritəsində Cmankənd formasında qeyd edilmişdir. == Əhalisi == Kənddə 1873 - cü ildə 756 nəfər, 1886-cı ildə 924 nəfər, 1897-ci ildə 1260 nəfər, 1904 - cü ildə 1725 nəfər, 1914 - cü ildə 1879 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qırılmış və sağ qalanlar zorla qovulmuşdur. 1919 - cu illərdə xaricdən, xüsusilə də Türkiyədən köçürülən ermənilər bu kənddə yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar öz kəndlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 880 nəfər azərbaycanlı, 210 erməni, 1926-cı ildə 690 nəfər azərbaycanlı, 141 erməni, 1931-ci ildə 663 nəfər azərbaycanlı, 178 erməni yaşamışdır.
Qarabağlar (Göyçay)
Qarabağlar — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Gəncə gəzasının Qarabaqlar kənd yaşayış məntəqəsi XVIII əsrdə Qarabağ xanı Pənahəli xanın Naxçıvandan Qarabağa köçürdüyü kəngərlilərin qara­bağlar tirəsinin məskunlaşması nəticəsində yaranmışdır. XIX əsrdə qarabağlar tayfasının Gəncə qəzasında yaşaması haqqında məlumat vardır. == Toponimikası == Kənd 19-cu əsrdə Gəncə qəzasından olan köçkünlər tərəfindən salınmışdır. 1856-cı ilə aid “Qafqaz təqvimi”nə görə, Qarabağlar kəndində (mənbəyə görə) “tatarlar”-sünnilər (sünni azərbaycanlılar) yaşayıb Azərbaycan dilində danışırdılar[3]. 1886-cı ilə aid ailə siyahılarının materiallarında Qarabağların "Tatar" (Azərbaycan) kəndində 324 nəfər göstərilir ki, onlardan 292 nəfəri sünni, 32 nəfəri isə şiədir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 988 nəfər əhali yaşayır. == Həmçinin bax == Göyçay rayonu == Xarici keçidlər == Azərbaycan Respublikası Göyçay Rayon İcra Hakimiyyəti == İstinadlar == | Qarabağlar (Samux) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb.
Qarabağlar (Kəngərli)
Qarabağlar — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda kənd. == Tarixi == Kiçik Qafqaz silsilələrinin qocaman Araza enib gəldiyi əlverişli və səfalı bir ərazidə yerləşir. Kəndin şimalındakı təpəlik ərazidə son Tunc və dəmir dövrlərinə aid Qalacıq yaşayış məskəni tapılıb. Qalacıq qədim yaşayış yerinin sahəsi 40 hektardır. Bütün Qafqazda ilk dəfə ibtidai icma quruluşu dövrünə aid belə möhtəşəm yaşayış yeridir. Bu fakt 1934-cü ildə burada aparılan arxeoloji tədqiqatlardan sonra təsdiqlənib. Bundan başqa ölkə əhəmiyyətli arxeoloji abidə sayılan Qarabağlar yaşayış yeri XII – XVII əsrlərə aiddir. Ehtimallara görə Qarabağlarda XVII əsrdə 50000 nəfərə qədər əhali yaşayıb. İlk sakinləri 4000 il əvvəl, yəni e.ə. II minilliyin başlanğıcında məhz həmin yerdə məskən salıblar.
Qarabağlar (Meşkinşəhr)
Qarabağlar (fars. قره باغلار‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 454 nəfər yaşayır (102 ailə).
Qarabağlar (Samux)
Qarabağlar — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Yaşayış məntəqəsi XVIII əsrdə Qarabağ xanı Pənahəli xanın Naxçıvan və Qarabağdan köçürdüyü insanların məskunlaşması nəticəsində yaranmışdır. XIX əsrdə qarabağlar tayfasının Gəncə qəzasında yaşaması haqqında məlumat vardır. == Əhalisi == Əhalisinin sayı 1595 nəfərdir.
Qarabağlar (İzmir)
Qarabağlar (türk. Karabağlar) — İzmir ilinin ilçəsi. Şəhər mərkəzində yerləşir. İlçənin şimalında Konak, şərqində Buca və Qaziemir, cənubunda Menderes, qərbində Gözəlbağça və Səfərihisar, şimal-qərbində Balçova və Narlıdərə ilçələri yerləşir. İlçənin sahəsi 89 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 480,925 nəfərdir.
Qarabağlar (Şəmkir)
Qarabağlar – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəmkir rayonunun Təzəkənd kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Qarabağlar kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
Qarabağlar (Şərur)
Qarabağlar — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda kənd. == Tarixi == Kiçik Qafqaz silsilələrinin qocaman Araza enib gəldiyi əlverişli və səfalı bir ərazidə yerləşir. Kəndin şimalındakı təpəlik ərazidə son Tunc və dəmir dövrlərinə aid Qalacıq yaşayış məskəni tapılıb. Qalacıq qədim yaşayış yerinin sahəsi 40 hektardır. Bütün Qafqazda ilk dəfə ibtidai icma quruluşu dövrünə aid belə möhtəşəm yaşayış yeridir. Bu fakt 1934-cü ildə burada aparılan arxeoloji tədqiqatlardan sonra təsdiqlənib. Bundan başqa ölkə əhəmiyyətli arxeoloji abidə sayılan Qarabağlar yaşayış yeri XII – XVII əsrlərə aiddir. Ehtimallara görə Qarabağlarda XVII əsrdə 50000 nəfərə qədər əhali yaşayıb. İlk sakinləri 4000 il əvvəl, yəni e.ə. II minilliyin başlanğıcında məhz həmin yerdə məskən salıblar.
Qarabağlar (şəhər)
Qarabağlar şəhəri — Müasir Qarabağlar kəndinin yerləşdiyi ərazidə isə məskunlaşmanın tarixi, əsasən, orta əsrlərə aiddir. Qarabağların tarixinə diqqət yetirsək, bu ərazinin, xüsusilə XII–XVII əsrlərdə bölgənin əsas mərkəzlərindən biri kimi önəmli bir statusa sahib olduğunu söyləyə bilərik. Qarabağlar şəhərinin əsasının nə zaman qoyulması barədə yazılı qaynaqlarda verilən məlumatlar da məhz XII əsri işarə etməkdədir. Türk səyyahı Övliya Çələbinin "Bu şəhərin özülünü Mənüçöhr qoyub" fikrinə əsaslanan bir sıra tədqiqatçılar Qarabağlar şəhərinin əsasının XII əsrdə Şirvanşah Mənüçöhr tərəfindən qoyulduğu fikrini irəli sürmüşlər. Lakin bu fikrin nə qədər həqiqətə uyğun olub-olmadığı hələlik digər mənbələr tərəfindən təsdiqlənməmişdir. Qarabağların şəhər kimi formalaşması və inkişaf dövrü isə Hülakülər dövlətinin dönəminə təsadüf edir. Dövrün mənbələrində Naxçıvan tüməninin tərkibinə aid olan Naxçıvan, Əncan, Ordubad, Azad, Makuyə, Dəbil, Sürməli, Qarabağlar şəhərlərinin adı çəkilmişdir. Qarabağlar kəndi ətrafında yerləşən ərazilərdəki oykonimlər də (Qıvraq, Yurdçu və sair) ərazidə Hülakülər dövründə sürətli məskunlaşmanın olduğunu sübut edir. Qarabağlar ərazisində bu günə qədər qorunub saxlanılan Qarabağlar türbəsi də məhz Hülakülər dövründə tikilmişdir. XIX əsrdə bu kənddə olmuş V.M.Sısoyev Qarabağlar türbəsinin son Hülakülər – ilk Teymurilər dönəmində tikildiyini yazmış, portal-baştağ çərçivələrinin isə XIV əsr memarlığına uyğun olduğunu göstərmişdir.
Qarabağlar düzü
Qarabağlar düzü — Kəngərli rayonu ərazisində cənub-qərbə enən maili düzənlik. Naxçıvan dağarası çökəkliyinin Arazboyu düzənliklərindən biri. Qarabağlar kəndindən başlayaraq cənub-qərb istiqamətində genişlənir və Qıvraq qəsəbəsinədək davam edir. Cənubda Xok kəndinədək uzanır. Düzün zəif parçalanmış səthi Pleystosenin qitə molassından (allüvial-prolüvial, delüvial, delüvial-prolüvial əmələgəlmələr) təşkil olunmuşdur. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-qərb hissəsində, Xoy antiklinalından şimalda yerləşir.
Qarabağlar mahalı
Qarabağlar mahalı — Şirvan xanlığının inzibati ərazilərindən biri. == Tarixi == Göyçay rayonu ərazisində mövcud olmuşdur. == Əhalisi == 1821-ci ildə 8 kənddə (Yeniarx, Çaracə, Qarabağlar, Kürd, Potu, Rastacı, Şadat, Xoşabad) 102 ailə yaşayırdı. == İqtisadiyyatı == Qarabağlar mahalının sakinləri əkinçilik və baramaçılıqla məşğul olurdular. == İstinadlar == == Həmçinin bax == Şirvan xanlığı == Xarici keçidlər == Fariz Xəlilli-Tarix üzrə fəlsəfə doktoru. "Şirvan xanlığının süqutu: özündən sonra qalanlar…" (az.). Musavat.az. İstifadə tarixi: 2017-04-03. Fariz Xəlilli-Tarix üzrə fəlsəfə doktoru. "Salyanlı xanım Pyotrun zabitlərini necə qətlə yetirdi" (az.).
Qarabağlar nahiyəsi
Qarabağlar nahiyəsi — Qarabağ nahiyəsi 6 kənd (Qarabağlar, Çınıq (Bakaul), Xök (Əhmədağa dizəsi), Səng, Qıvraq, Sus kəndləri) və 2 məzrəədən (Fazilqışlağı və Əlixangüney məzrə­ələri) ibarət idi. Nahiyənin ərazisi, təqribən, 467 kvadratkilometrə çatırdı. Şimaldan İrəvan sancağı və Məvaziyi-Xatın nahiyəsi, şərqdən Mülki-Arslan və Naxçıvan nahiyələri, cənubdan Təbriz əyaləti, qərbdən isə Şərur qəzasının Şərur nahiyəsi ilə həmsərhəd idi.
Qarabağlar qalası
Qarabağlar qalası — Naxçıvan Muxtar Respublikası Kəngərli rayonunun Qarabağlar kəndindən şimal-qərbdə, Damlama yaşayış yerinin yaxınlığında arxeoloji abidə. == Tarixi == O, üç tərəfdən şimal, cənub və qərbdən sıldırım qayalarla əhatələnmiş dağın üzərində yerləşir. Yaşayış yeri şimal tərəfdən iri daşlardan bərkidici məhlul olmadan hörülmüş divarla əhatə edilmişdir.Yerüstü tapıntılar çəhrayı və boz rəngli qab sınıqlarından ibarətdir. Abidəni (e.ə. 1-ci) minilliyin əvvəllərinə aid etmək olar.
Qarabağlar qaşı
Qarabağlar qaşı düzənliyi - Naxçıvan MR-da şimalda Çalxanqala kəndindən başlayaraq Xok dağına qədər uzanan düzənlik. == Coğrafiyası == Şimalda Çalxanqala kəndindən başlayaraq Xok dağına qədər uzanır. Buranın relyefi 900 metrlə 1400 metr yüksəklik arasında tərəddüd edir. Qarabağlar qaşı şimaldan cənuba doğru genişlənir və nəticədə eni 7 kilometrə qədər çatır. Sarmat dövrü gillərindən təşkil olunmuş maili düzənliyin şərq yamacı dik olub, bəzi yerlərdə uçurumlar şəklində Süst düzünə enir. Bu yamacda bedlend relyefi inkişaf etmişdir. Kiçik, dar və dərin dərələr başlıca olaraq cənub-şərq istiqamətində uzanır. Qarabağlar qaşının səthi maili düzənlik təşkil etməklə, qərb və cənub-qərb istiqamətində şiddətli surətdə parçalanaraq alçalır. Buranın səthi cənub-qərb istiqamətində uzanan bir neçə çay dərəsi vasitəsilə təpəliklərə ayrılmışdır. Həmin dərələrdən bəzən sellər keçir.
Qarabağlar rayonu
Qarabağlar rayonu – Qərbi Azərbaycanda (indiki Ermənistan) azərbaycanlıların əsrlər boyu yaşadıqları qədim Azərbaycan torpaqları. 1937-ci ildə yaradılmış və 1951-ci il martın 19-da ləğv edilərək ərazisi əsasən Vedi və Qəmərli rayonlarına birləşdirilmişdir. Mərkəzi Çimənkənd olmuşdur. == Qarabağlar rayonunda məhv edilən kəndlərin siyahısı == Bunlar azərbaycanlıların kompakt yaşadığı kəndlərdir Əzizkənd (Vedibasar) Əliqırıx Əlimərdan (Vedibasar) - 1949-cu ildə Azərbaycana köçürüldükdən sonra kənd ləğv edilmişdir. Baxçacıq Bayburd Böyük Gilanlar-xaraba Gölcığın Dəhnəz Daşnov Zimmi İmirzik İnqala Haxıs Hand Hortun Qaladibi Qaraqoyunlu Məngüs Yellicə Yeranos(Heyranıs) Şahablı Şuğayıb Çimənkənd (Aşağı Qarabağlar - Urtsadzor 1978) Cəfərli Seyid Kotanlı Kotuz Kolanlı Küsüz == Mənbə == VAQİF ARZUMANLI, NAZİM MUSTAFA, "TARİXİN QARA SƏHİFƏLƏRİ. Deportasiya. Soyqırım. Qaçqınlıq", AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ MİLLİ MÜNASİBƏTLƏR İNSTİTUTU, Bakı, "Qartal, 1998 (ELMİ REDAKTOR : professor TEYMUR ƏHMƏDLİ) == Ədəbiyyat == Azərbaycan Respublikası prezidentinin 18 dekabr 1997-ci il tarixli "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi deportasiyası haqqında" fərmanı Azərbaycan Respublikası prezidentinin 26 mart 1998-ci il tarixli "Azərbaycanlıların soyqırımı haqqında" fərmanı Петрушевский И.П., Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XYI - начале XIX в., Ленинград, 1949 Байбуртян В.А., Армянская колония Новой Джульфы в XYII веке, Иряван, 1969 Тер-Мкртчян Л.Х., Армения под властью Надир шаха. Москва, 1963 Езов Г.А., Сношение Петра Великого с Армянским народом, СПб, 1898 Мамедов С.А., Азербайджан по источникам XV - первой половины XVIII вв., Бакы, 1993 Шопен И., #Шопен И., Исторический памятник состояния Армянской области в эпоху его присоединения к Российской империи, СПб 1852 Azərbaycan tarixi üzrə qaynaqlar, Bakı, 1989 Enikolopov İ.K., Qriboedov i Vostok, İrəvan 1954 Qлинка Н.С., Описания переселения армян Aзербайджанских в пределы России, M.1831 Kemal Beydilli, 1828-1829. Osmanlı - Rus savaşında Doğu Anadoludan Rusiyaya Köçürülen Ermeniler, X T.T.K. konqresinde sunulan tebliğ, Ankara,1986 Hovannesiyan R., Armenia on the Road to Independence, Los Angeles, 1976 Обозрение Российских владений за Кавказом в статистическом, этнографическом, топогрфическом и финансовом отношениях, СПб, 1836 Материалы для изучения экономического быта государственных крестьян Закавказского края, Tiflis, 1885 Величко В.Л., Кавказ. Русское дело и междуплеменные вопросы, С.Петербург, 1904 "Армянский геноцид".
Qarabağlar sultanlığı
Qarabağlar sultanlığı — Naxçıvan ərazisində sultanlıq. Azərbaycan bəylərbəyliyi dövründə Naxçıvan ölkəsinin tərkibində 12 nahiyə və bir sultanlıq var idi. Bu dövrdə Naxçıvan ölkəsinin tərkibində Naxçıvan, Şərur, Dərələyəz, Bazarçayı, Məvaziyi-Xatın, Mülki-Arslan, Dərəşahbuz, Əlincə, Sisəcan, Azadciran, Şorlut, Dərəşam nahiyələri olmuşdur. Qarabağlar ərazisi isə Naxçıvan ölkəsi tərkibində sultanlıq idi. Birinci Osmanlı idarəçiliyi dövründə (1590) Qarabağlar sultanlığı Naxçıvan sancağının bir nahiyəsinə çevrilmişdir.
Qarabağlar səddi
Qarabağlar səddi — Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Yurdçu kəndinin cənubunda aşkar olunmuş arxeoloji abidə. == Tarixi == Eni 1,25 m olan divarın qalıqları 500 m uzunluğun- da salamat qalmışdır. Divarın bir ucu Qarabağlar, digər ucu isə Qıvraq kəndinə doğru uzanır. Səddin yaxınlığında yaşayış binalarına rastlanmamışdır. Xalq arasında Qarabağlar kəndindən Şahtaxtı kəndinədək uzanan qara hasarın mövcudluğu haqqında rəvayət də vardır. Ehtimal ki, bu divar vaxtilə sərhəd bildirən bir tikili olmuşdur. Divarın ətrafından aşkar olunan keramika məmulatı başlıca olaraq orta əsrlərə aiddir. Divar qalıqlarını 9-11 əsrlərə aid etmək olar.
Qarabağlar türbəsi
Qarabağlar türbəsi — Azərbaycan orta əsr memarlığının ən qiymətli yadigarlarından biri Naxçıvan ərazisində, Qarabağlar kəndində yerləşən türbə. == Tarixi == Qarabağlar abidələri bir kompleks şəklində olub, buraya türbə, qoşa minarə və bu iki abidənin arasında yerləşən dini binanın qalıqları daxildir. Bu kompleksə daxil olan qoşa minarələrin XII əsrin axırlarında və ya XIII əsrin əvvəllərində tikilməsi güman edilir. Bu iki minarəni bir-birinə bağlayan portal quruluşu isə XIV əsrə aid quruluşdur. Bu kiçik portalın üzərində Qoday xatunun adı oxunur. Qoday xatun (və ya Qutuy Xatun) ola bilsin ki, Abaqa xanın (1265–1282) arvadı olmuş Qutuy xatundur. Ona görə belə mülahizə yürütmək olar ki, hələ XII–XIII əsrlərdə tikilmiş yeni binalar kompleksinin daxilində Qoday xatunun şərəfinə bu xatirə abidəsini yaratmağı qarşısına məqsəd qoymuş memar, o zaman bu portalı tikmişdir. Belə olduqda Qarabağlar türbəsinin Qoday xatunun xatirəsinə həsr edilməsi imkan daxilindədir. Zəngəzur sıra dağlarının ətəyində, Qarabağlar kəndi yaxınlığında yerləşən ansamblın salamat qalmış tikililəri — baştağla birləşmiş minarələr və türbə — özünün mənzərəli görünüşü ilə silinməz təəssüratlar yaradır. Üslub və tikinti texnikası xüsusiyyətləri türbəni Əbu Səid Bahadur xanın hakimiyyət illərinə (1319–1335-ci illər), minarələri isə XII əsrə aid etməyə imkan verir.