CƏZANƏ

cəzanə gəlmək yaxud canı cəzana gəlmək – təngə gəlmək, cana gəlmək, bıqmaq, usanmaq. Tərlanım sar əlindən, Dərd çəkir xar əlindən.
Canım cəzana gəldi; Bivəfa yar əlindən. (Bayatı).
[Şah Mirzə Təqiyə:] Bəsdir, daha mən cəzana gəldim – hər kəsdə zülm görürsənsə, edam et, çəkdir dara, dağıt zülmü! C.Cabbarlı.
Qaçaq Nəbinin əlindən Nikolay padşahın canı cəzana gəlmişdi. S.Rəhimov.

CƏZALANMAQ
CƏZAVERİCİ

Значение слова в других словарях