DÖVLƏTLİ

sif. Böyük mülk və sərvətə sahib olan, çox varlı; sərvətdar, zəngin.
Nəinki Naməlsəm məhəlləsində, bəlkə bütün kənddə, uyezddə dəxi bundan dövlətli, zəngin adam tapılmazdı. N.Nərimanov.

// İs. mənasında.
Dövlətliyə yaltaqlana bilmərəm; Qəmli ikən yalan yerə gülmərəm. M.Ə.Sabir.
[Sitarənin] mərhum atası Bakının məruf və tanınmış bir dövlətlisi idi. S.Hüseyn.

Синонимы

  • DÖVLƏTLİ dövlətli bax varlı
  • DÖVLƏTLİ varlı — pullu — sərvətdar — zəngin

Антонимы

  • DÖVLƏTLİ DÖVLƏTLİ – GƏDA O deyəndə bir dövlətli xanım, mən gədanın birisi (Ə.Haqverdiyev)
DÖVLƏTLƏNMƏK
DÖVLƏTLİLİK
OBASTAN VİKİ
İsgəndər Dövlətli
İskəndər Vüqar oğlu Dövlətli (24 sentyabr 1992; Soru, Lerik rayonu, Azərbaycan — 30 oktyabr 2020; Hadrut, Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İskəndər Dövlətli 24 sentyabr 1992-ci ildə Lerik rayonunun Soru kəndində anadan olub. Hərbi xidmətdən sonra isə ailəsi ilə birgə Sulutəpədə məskunlaşmışdı. === Ailəsi === Əmisi Aqşin Dövlətli 1992-ci ildə Birinci Qarabağ müharibəsində döyüşmüş və həlak olmuşdur. İskəndər Dövlətli şəhid olduğu gündən 33 gün sonra atası Vüqar Dövlətli vəfat etmişdir. == Hərbi xidməti == Orta təhsilini aldıqdan sonra hərbi xidmətə yollanan İskəndər hərbi xidmət müddəti bitəndə yenidən orduda qalıb və hərbi xidmət müddətini davam etdirib. Kəşfiyyatçı İskəndər xidmətinə görə gizir rütbəsi almışdır. Azərbaycan Ordusunun giziri olan İskəndər Dövlətli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Cəbrayılın və Hadrutun azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İskəndər Dövlətli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
İskəndər Dövlətli

Значение слова в других словарях