İskəndər Vüqar oğlu Dövlətli (24 sentyabr 1992; Soru, Lerik rayonu, Azərbaycan — 30 oktyabr 2020; Hadrut, Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi.
İskəndər Dövlətli | |
---|---|
İskəndər Vüqar oğlu Dövlətli | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Soru, Lerik rayonu, Azərbaycan |
Vəfat tarixi | (28 yaşında) |
Vəfat yeri | Hadrut, Xocavənd rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Vüqar Dövlətli |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Gizir |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Cəbrayılın azad edilməsi • Hadrutun azad edilməsi |
Təltifləri |
İskəndər Dövlətli 24 sentyabr 1992-ci ildə Lerik rayonunun Soru kəndində anadan olub.[1] Hərbi xidmətdən sonra isə ailəsi ilə birgə Sulutəpədə məskunlaşmışdı.
Əmisi Aqşin Dövlətli 1992-ci ildə Birinci Qarabağ müharibəsində döyüşmüş və həlak olmuşdur.
İskəndər Dövlətli şəhid olduğu gündən 33 gün sonra atası Vüqar Dövlətli vəfat etmişdir.
Orta təhsilini aldıqdan sonra hərbi xidmətə yollanan İskəndər hərbi xidmət müddəti bitəndə yenidən orduda qalıb və hərbi xidmət müddətini davam etdirib. Kəşfiyyatçı İskəndər xidmətinə görə gizir rütbəsi almışdır.
Azərbaycan Ordusunun giziri olan İskəndər Dövlətli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Cəbrayılın və Hadrutun azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İskəndər Dövlətli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən İskəndər Dövlətli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İskəndər Dövlətli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[4]
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş İskəndər Dövlətli Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.[5]