DÖYÜNMƏK


1. f. Xəstəlik üzündən, yaxud qorxudan, həyəcandan, fərəhdən və başqa səbəblərdən tez-tez vurmaq, çırpınmaq (ürək).
…On beş yaşına gəlincə hər kəs [tənbəkini] çəksə, onun boyu çıxmaz, özünün də ürəyi döyünər. H.Zərdabi.
Məsum uşağın bu halətindən; Madər sevinər bəşarətindən; Qəlbi döyünər məhəbbətindən. A.Səhhət.
Rəng aldı bu nəğməm görünən qövsi-qüzehdən; Qəlbim döyünüb, lalə kimi güldü fərəhdən! S.Rüstəm.

2. qayıd. Öz-özünü döymək.

Синонимы

  • DÖYÜNMƏK DÖYÜNMƏK (ürək və s. haqqında) Ancaq ürəkləri adi qaydası ilə döyünürdü (S.Rəhimov); ATDANMAQ [Hacı Murad:] Daha təşvişdən qurtardım
  • DÖYÜNMƏK vurmaq — çırpınmaq

Антонимы

  • DÖYÜNMƏK DÖYÜNMƏK – DAYANMAQ Rəng aldı bu nəğməli görünən qövsi-qüzehdən; Qəlbim döyünüb, lalə kimi güldü fərəhdən! (S
DÖYÜNMƏ
DÖYÜNTÜ

Значение слова в других словарях