1. Bir şeyi götürərək və ya başqa vasitə ilə aşağı endirmək, aşağı salmaq. Kitabları aşağı düşürmək lazımdır.
– [Qadın:] Yox! Yalvarıram sənə! Amandır! Bu evdə mənə o qəndildən başqa bir şey lazım deyil; qurbanın olum, de ki, onu düşürüb mənə versinlər.
// Bir şeyin üstündən qaldırıb yerə qoymaq, bir yerdən düşməsinə kömək etmək. Uşağı atdan düşürmək. Yükü maşından düşürmək.
– Dərbari-şahinin qapısında fərmanlar Yusif Sərracı atdan düşürdülər.
Qərənfil xala keçən il tikdirdiyi cücəgözü çit döşlüyü ilə yapışıb qazanı yerə düşürdü.
2. Bilmədən əlindən buraxmaq, əlindən salmaq. Stəkanı əlindən düşürüb sındırdı.
// Düşməsinə imkan vermək. Meyvələri tordan düşürə-düşürə (z.) gedirdi. Bütün şeylərini yolda düşürdü.
// Bilmədən toxunaraq düşməsinə səbəb olmaq, salmaq, yıxmaq, devirmək. Dibçəkləri pəncərədən düşürmək.
3. məc. Alçaltmaq, endirmək, hörmətsiz etmək. Kollektivin gözündən düşmək.
4. Salmaq, məhrum etmək, devirmək. Padşahı taxtdan düşürdülər. Vəzifəsindən düşürmək.
– …Heç kəs çar istilasının əzəmətini düşürmək cürətində bulunmadı.
5. Dərmək. Adam var, dolanar səhranı, düzü; Adam var, düşürər gülü, nərgizi. “Abbas və Gülgəz”.
Bir gün qadınlarla çocuqlar moruq və çiyələk düşürməyə getmişdilər.
// Dağıtmaq, qoparıb götürmək.
Bir gün Kəblə Cahangir gördü ki, oğlu Ağabala divardan sərçə yuvası düşürür.
6. Salmaq, məruz etmək, düçar etmək. Pis vəziyyətə düşürmək.
– Mən, zarafat deyil, ey sevdiciyim, can yıxıram!… Sənsən, əlbət, düşürən bu qara sevdaya məni.