DƏNİZ SƏVİYYƏSİNİN TƏRƏDDÜDÜ

müəyyən vaxt ərzində Dünya okeanında suyun sərbəst səthinin tərəddüdü, şaquli xətt üzrə ölçülür. колебания уровня моря fluctuation of sea level
DƏNİZ SƏVİYYƏSİNİN EVSTATİK DƏYİŞMƏSİ
DƏNİZ TERRASI
OBASTAN VİKİ
Dəniz səviyyəsinin yüksəlməsi
Dünyada dəniz səviyyəsinin yüksəlməsi, təxminən, 20-ci əsrin əvvəllərində başladı. 1900-2016-cı illərdə dəniz səviyyəsi bütün dünyada 16-21 sm-ə qədər yüksəldi. Peyk radar ölçmələrindən əldə edilən daha dəqiq məlumatlar 1993-cü ildən 2017-ci ilə qədər dəniz səviyyəsinin 7.5 sm yüksəldiyini ortaya çıxardı,:1554 bu da hər 100 ildə 30 sm artım trendinin olduğunu göstərir. Bu yüksəlişin əsas səbəbi dəniz suyunun termik genişlənməsini artıran və örtük buzlağı və buzlaqları əridən, insanın səbəb olduğu qlobal istiləşmədir. 1993-2018-ci illərdə okeanların termik genişləməsi dəniz səviyyəsinin yüksəlməsinin 42%-ni, mülayim buzlaqların əriməsinin 21%-ni, Qrenlandiyadakı buzlaqların əriməsinin 15%-ni və Antarktidadakı buzlaqların əriməsinin 8%-ni təşkil edir. İqlimşünas alimlər 21-ci əsrdə bu rəqəmlər daha da artacağını gözləyirlər.:62 Dəniz səviyyəsinin gələcəyini layihələndirmək çətindir, buna səbəb iqlim sisteminin müxtəlif aspektlərinin kompleks olasıdır. Keçmiş və indiki dəniz səviyyəsi ilə bağlı iqlim tədqiqatları inkişaf etmiş komputer modellərini artırdıqca, proyeksiyalar da buna uyğun olaraq artmışdı. 2007-ci ildə İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panel (İDHP) 2099-cu ilin sonuna qədər dəniz səviyyəsinin ən yüksək təxmin kimi 60 sm-i qəbul etsə də, 2014-cü il hesabatında bu təxmin 90 sm-ə yüksəldi. Sonralar aparılan bir sıra araşdırmalar qlobal dəniz səviyyəsinin 200-270 sm-ə qədər yüksəlməsinin "fiziki olaraq mümkün olduğunu" göstərdi. Uzun dövrlü proyeksiyaların konservativ təxminə görə, 2000 illik periodda temperaturun hər bir Selsi dərcə artışı dəniz səviyyəsini təqribən 2.3 metr artırır, misal olaraq iqlim süstlüyü göstərilə bilər.
Dəniz
Dəniz — Sualtı dağlar, okean cərəyanları və ya adalar qövsü ilə sərhədlənmiş su hövzəsi == Haqqında == Dənizlər okeanın bir parçasıdır və onunla birbaşa və ya boğaz vasitəsilə əlaqələnir. Dənizlər qismən quru ilə, qismən də sualtı relyef yüksəklikləri (astanalar) ilə ayrılır və başlıca olaraq hidroloji rejiminə görə okeanın açıq hissəsindən fərqlənir. Dənizin əsas xüsusiyyəti okeanın ucqarlarında yerləşməsi və okeanla (bir və ya bir neçə boğazla) birləşmiş olmasıdır. Dünyanın ən böyük dənizləri Aralıq dənizi, Berinq dənizi, Karib dənizi, Filippin dənizi və s. sayılır. Onlardan ən böyüyü Flippin dənizidir. Duzluluğuna görə isə birinci yerdə Qırmızı dəniz durur. Dənizlər yerləşdikləri ərazi və ya sərhədlərinə görə üç yerə bölünüb: Daxili dənizlər Kənar dənizlər Adalar arası dənizlər == Dəniz suyu == Dəniz suyunun əsasını duz və xloridlər təşkil edir. 1l dəniz suyunun tərkibində orta hesapla 35 qr. duz vardır.
Atiyə Dəniz
Atiyə Dəniz (22 noyabr 1988, Bremen) — türk-holland milliyətli müğənni və bəstəkar. == Həyat və Karyerası == Uşaq yaşlarından etibarən musiqiyə bağlı olan müğənni, 6 yaşında piano dərsləri almağa başlamışdır. Səs təhsilinə opera sənətçisi və İzmir Dövlət Opera və Baleti Şan pedoqoqu Bariton Aşkın Metiner ilə başlayan Atiyə hələ də bu məşqlərinə davam edir. Ailəsindən gələn musiqi mədəniyyəti və atasının çaldığı tembr nağaraları ilə bərabər musiqi məşqlərini sürətləndirməş və hələ 19 yaşında ikən, 2007-ci ilin Mart ayında ilk studiya albomu "Gözyaşlarım"ı çıxarmışdır. Albomda həm ingiliscə həm də türkcə mahnıları olan Atiye, çıxış mahnısı "Don't think" mahhnısı ilə internetdə qısa zaman kəsiyində populyarlaşmağı bacarmışdır. Bu mahnısıyla 2007-ci ildə qurulan beynəlxalq "Kral Tv Video Musiqi Mükafatları"nda "Ən yaxşı çıxış edən qadın sənətiçi" mükafatını almışdır.
Ağ dəniz
Ağ dəniz — Şimal Buzlu Okeanda dəniz. Əsasən Rusiyanın ərazisi ilə əhatələndiyi üçün daxili dəniz hesab olunur. Ən əhəmiyyətli limanı Arxangelskdir.
Barens dəniz
Barens dənizi (norv. Barentshavet; 1853-cü ilə qədər Murman dənizi) — Şimal Buzlu okeanın ucqar dənizidir. O Rusiyanın və Norveçin sahillərini əhatə edir. Holland səyyah Vilyam Barensin şərəfinə belə adlandırılmışdır. Dəniz Avropanın şimal sahili və Şpisbergen, Frans İosifin torpağı və Novaya Zemlya arxipelaqları ilə məhdudlaşmışdır. Dənizin sahəsi 1424 min km²-dir. 600 m-a qədər dərinliyə malikdir. Dəniz kontinental şelfdə yerləşmişdir. Dənizin cənub-qərb hissəsi qışda Şimali-Atlantika cərəyanının təsirinə görə donmur. Cənub-şərq hissəsi Peçora dənizi adlanır.
Liman (dəniz)
Liman və ya port – sahilyanı yarımqapalı su hövzələri. Onlar şirinsulu və dəniz ekosistemləri arasında ekoton kimi özünü göstərir. Liman müxtəlif tipli gəmilərin sahilə yaxınlaşmaq üçün yan aldıqları xüsusi hazırlanmış dənizkənarı yerdir. == Limanlar və ekologiya == Limanlar iqtisadi cəhətdən yüksək əhəmiyyətə malik olmalarına baxmayaraq, ekoloji cəhətdən müəyyən fəsadlara səbəb olurlar. Limanlar adətən litoral zonaya daxil olur və qabarma-çəkilmələrə məruz qalır. Limanlar yüksək məhsuldar olur. Onlar biogen maddələrin "tələsi" hesab olunur. Bütün il ərzində dənizlərdə avtotroflar – makrofitlər (bataqlıq və dəniz otları, yosunlar), dib yosunları, fitoplankton aktiv olur. Onlar cavan (körpə) balıqların yemləmə yeridir. Limanlar insanın təsərrüfat fəaliyyəti altına düşdükdə su mühitinin çirklənməsi nəticəsində məhsuldarlığını itirir.
Materikdaxili dəniz
Port (dəniz)
Liman və ya port – sahilyanı yarımqapalı su hövzələri. Onlar şirinsulu və dəniz ekosistemləri arasında ekoton kimi özünü göstərir. Liman müxtəlif tipli gəmilərin sahilə yaxınlaşmaq üçün yan aldıqları xüsusi hazırlanmış dənizkənarı yerdir. == Limanlar və ekologiya == Limanlar iqtisadi cəhətdən yüksək əhəmiyyətə malik olmalarına baxmayaraq, ekoloji cəhətdən müəyyən fəsadlara səbəb olurlar. Limanlar adətən litoral zonaya daxil olur və qabarma-çəkilmələrə məruz qalır. Limanlar yüksək məhsuldar olur. Onlar biogen maddələrin "tələsi" hesab olunur. Bütün il ərzində dənizlərdə avtotroflar – makrofitlər (bataqlıq və dəniz otları, yosunlar), dib yosunları, fitoplankton aktiv olur. Onlar cavan (körpə) balıqların yemləmə yeridir. Limanlar insanın təsərrüfat fəaliyyəti altına düşdükdə su mühitinin çirklənməsi nəticəsində məhsuldarlığını itirir.
Pınar Dəniz
Pınar Dəniz (4 noyabr 1993, Adana) — Türk aktrisa. == Həyatı == Pınar, 4 noyabr 1993-cü ildə Mardinli və Ərəb kökənli bir ailənin uşağı olaraq Adanada dünyaya gəlmişdir. İki yaşından etibarən İstanbula gəlmiş və burada böyümüşdür. İstanbul Universiteti İctimaiyyətlə Əlaqələr və Reklam bölməsindən məzun olmuşdur. İlk dəfə 2014-cü ildə özünü aktyorluq sahəsində sınamışdır. Sil başdan adlı serialda Evrim obrazını canlandırmışdır. Müğənni Murad Dalkılıçın Yəni adlı musiqisinin klipində yer almışdır. 2016-2018-ci illərdə məşhur Vətənim sənsən serialında Ulduz obrazını oynamışdır. FOX TVdə yayımlanan Bir Dəli Rüzgar serialında Bərk Cankatla partnyor olmuş,Gökçə rolunu canlandırmışdır. Netflix platformasında Burcu xarakterile Aşk 101 serialında yer almışdır.
Qara Dəniz
Qara dəniz (bolq. Черно море, ukr. Чорне море, rum. Marea Neagră, türk. Karadeniz, gürc. შავი ზღვა, abx. Амшын/Амшын Еиқәа, q.yun. Εὔξενος Πόντος, yun. Μαύρη Θάλασσα, lat. Pontus Euxinus) Krım yarımadası və Kiçik Asiya yarımadası arasında yerləşən daxili dəniz.
Qum dəniz
Qum dəniz — Bakı şəhərindən cənub-şərq istiqamətdə 21 km məsafədə dənizdə yerləşən neft-qaz yatağı. "Qum dəniz" neft yatağı 1955-ci ildən sənaye işlənməsinə verilmişdir. Yataqda məhsuldar horizontlar Balaxanı, Fasilə, Qirməkiüstü qumlu, Qirməkialtı və Qala lay dəstələridir. İşlənmənin əvvəlindən 1 aprel 2011-ci il tarixinə 491 quyu qazılmışdır. Yatağın ərazisi 145 km²-dir. Toplanmış hasilat 1 yanvar 2011-ci il tarixinə 28 993 min ton olmuşdur.
Qırmızı dəniz
Qırmızı dəniz (ərəb. البحر الأحمر‎ Bahr el-Ahmar, ivr. ‏ים סוף‏‎ Yam Suf, fr. mer Rouge) — Hind Okeanında Ərəbistan yarımadası ilə Afrika qitəsi arasındakı tektonik çökəklikdə yerləşən daxili dəniz. Qədim adı Ərəb körfəzidir. Qırmızı dəniz isti və duzlu dənizlərdən biridir. Dəniz qərbdən Misir (Sinay yarımadası), cənub-qərbdən Sudan və Eritreya, şərqdən isə Səudiyyə Ərəbistanı və Yəmən ilə həmsərhəddir.
Sarı dəniz
Sarı dəniz (ing. Yellow Sea, çin. 黄海, Huanghai, "xuan-xay"), (황해 kor., "xvan-xe")- şərqi Çin dənizinin cənub hissəsi. Bu dəniz Çin və Koreya yarımadası arasında yerləşir. Dənizin adı onun sarı rənginə görədir ki, içindəki sarı torpaq zərrələrindəndir.
Ölü dəniz
Ölü dəniz — (ivr. ‏ים המלח‏‎) (ərəb. الند الهدت‎) Fələstin, İsrail və İordaniya arasında axarı olmayan duzlu göl. İsrail və İordaniya özlərinin turizm cəhətdən mühüm əhəmiyyət kəsb edən məkanlarından olan Ölü dənizi itirməklə üz-üzədir. Dənizin öz səviyyəsinin enməsinə və suyunun azalmasına səbəb kimi əsas su mənbəyi olan İordan çayının genişlənməsi göstərilir. Yəni çay daha geniş ərazidən fırlanaraq və əkin sahələrini suvararaq gəldiyi üçün əvvəlki dövrlərlə müqayisədə daha az su kütləsini bura gəlib çatdırır. Həmçinin bu dənizdən qiymətli minerallar əldə olunur. Ölü dəniz dünyanın ən alçaq yeri kimi Yer planetində məşhurdur. Bununla yanaşı dünyada duzlu yer kimi də ad qazanmışdır. Bu dənizin suyu tamamilə müalicəvi və xeyirli minerallarla zəngindir, həmçinin kosmetika sənayesində də istifadə edilir.
Özcan Dəniz
Özcan Dəniz (19 may 1972, Ankara) — kürd müğənni, aktyor və bəstəkar. == Həyatı == Zilan tayfasındandır. Zilanlar Oğuzların Dügər boyundan gəlir. Türksoylu olsalar da, kürd görürlər özlərini. Özcan Dəniz Ankarada doğulmuşdur. Əslən Ağrılıdır. Türkiyə vətəndaşıdır.. == Albomları == 1992 — Yine Ağlattın Beni 1993 — Hadi Hadi Meleğim 1994 — Beyaz Kelebeğim 1997 — Yalan mı?
Şah-Dəniz
Şahdəniz — dünyada ən iri qaz-kondensat yataqlarından biri. == Tarixi == Təxminən 1990-cı ildə Dövlət Neft Şirkəti tərəfindən Azərbaycanın qaz ilə təchizatını təmin etmək üçün "Şahdəniz" yatağında bu quyunun qazılmasına başlanmış, verilən məlumata görə təxminən 2 min metr dərinliyə qədər qazılmış, ancaq vəsaitin, imkanların olmamasından bu iş davam etdirilməmiş və başlı-başına buraxılmışdır. 1992-ci ilin sentyabrında Azərbaycan hökuməti "Şahdəniz" yatağının işlənməsi ilə əlaqədar Böyük Britaniya Krallığının "Britiş Petroleum" və Norveçin "Statoyl" şirkətləri ilə müqavilə imzalamışdır. Bu müqavilədə həmin yatağın birgə işlənməsi üçün danışıqlar aparılması və yatağın işlənməyə hazırlanması barədə "Britiş Petroleum" və "Statoyl" şirkətlərinə xüsusi səlahiyyətlər verilmişdir. Bu iki şirkət alyans yaradaraq işə başlamış, sonra həmin alyansa Türkiyənin "Türkiyə Petrolları Anonim Ortaqlığı" şirkəti də qoşulmuş, onlar bu işləri öz imkanları çərçivəsində aparmışlar. Nəhayət, Şahdəniz yatağı 1999-cu ildə kəşf edilmişdir. Kollektorda 1 trilyon kub metr qaz ehtiyatı ilə Şahdəniz yatağı dünyanın ən böyük qaz-kondensat yataqlarından biridir. O, Bakıdan 70 kilometr cənub-şərqdə, suyun dərinliyinin 50–500 m arasında dəyişdiyi Xəzər dənizinin şelfində yerləşir. Şahdəniz yatağının kəşfiyyat işlərinin aparılması üçün qazılan quyu yatağın cənub-qərb hissəsində Xəzər üçün rekord olan 7300 metrdən çox dərinliyə qazılmışdır. Bu yatağın istismarı Azərbaycanın qaza olan daxili tələbatını tam ödəməyə və tələbatından artıq qazı tarixində ilk dəfə olaraq ixrac etməyə imkan verir.
Şor Dəniz
Urmiya gölü (az.-əski. اۇرمیه گؤلۆ‎) və ya Urmu gölü (az.-əski. اۇرمۇ گؤلۆ‎) — İranın Şərqi Azərbaycan və Qərbi Azərbaycan vilayətləri arasında, Türkiyə ilə sərhəddən bir qədər aralıda yerləşən qapalı, duzlu göl. Əgər coğrafi ədəbiyyatda göl adlandırılan Xəzər dənizi nəzərə alınmazsa Urmiya gölü nəyinki Azərbaycanın həm də Qərbi Asiyanın ən böyük gölü sayılır. Duzluluq dərəcəsinə görə isə dünyada üçüncü yeri tutur. Göl özünün əsrarəngiz gözəlliyi ilə seçilir. Köçəri quşların mühüm miqrasiya xətti üzərində qərarlaşdığından onun əhəmiyyəti artır. Burada xüsusi ilə köç mövsümündə quşların sayının artdığını müşahidə etmək olur. Gölün tarixi yatağı 6,000 km² çatırdı. Hazırda isə fasiləsiz quraqlıq, gölə axan çayların üzərində su anbarlarının inşası ilə əlaqədar gölün qurumasına baş verir.
Dəniz Qoyunu
Dəniz Tekin
Xədicə Dəniz Tekin (7 iyun 1997, İzmir)- türk musiqiçisi və bəstəkarıdır. Musiqiyə marağı 8 yaşında başlayıb. Orta məktəb illərində müxtəlif yerli musiqi qruplarına qoşulub. 16 yaşında kiçik kafelərdə canlı musiqi ifa etməyə başladı. Eyni zamanda o, müxtəlif musiqi platformalarında Dafed ləqəbi ilə öz yazılarını paylaşaraq tanınmış diqqəti cəlb etmişdir. 2017-ci ildə Kozakuluçka adlı ilk studiya albomunu buraxdı. == Həyat və karyera == O, İzmirdə məmur övladı olaraq anadan olub. Valideynləri stomatologiya təhsili alıb. Dəniz uşaqlığını müxtəlif əyalətlərdə keçirib. O, əvvəlcə ailəsi ilə Mardinə gedib və ibtidai məktəbi orada bitirib.
Dəniz geologiyası
Dəniz geologiyası — və ya geoloji okeanoqrafiya okean dibinin tarixini və quruluşunu öyrənir. Okeanın dibinin və sahil zonasının geofiziki, geokimyəvi, sedimentoloji və paleontoloji tədqiqatlarını əhatə edir. Dəniz geologiyasının geofizika və fiziki okeanoqrafiya ilə güclü əlaqələri var. Dəniz geoloji tədqiqatları İkinci Dünya Müharibəsindən sonrakı illərdə dəniz dibinin yayılması və plitələrin tektonikası üçün kritik sübutların təmin edilməsində son dərəcə vacib idi. Dərin okean dibi, mahiyyətcə öyrənilməmiş sonuncu sərhəddir və həm hərbi (sualtı) məqsədləri, həm də iqtisadi (neft və metal hasilatı) məqsədləri dəstəkləyən təfərrüatlı xəritəçəkmə tədqiqatı aparır. == Ümumi == Sakit Okean ətrafındakı Atəş Halqası intensiv vulkanizmi və seysmik fəaliyyəti ilə birlikdə fəlakətli zəlzələlər, sunamilər və vulkan püskürmələri üçün böyük təhlükə yaradır. Bu fəlakətli hadisələr üçün hər hansı erkən xəbərdarlıq sistemi sahil və ada qövs mühitinin dəniz geologiyasının daha ətraflı başa düşülməsini tələb edəcəkdir. Sahil və dərin dəniz çöküntülərinin və müxtəlif dəniz mühitlərində kalsium karbonatın yağıntı və həll olunma dərəcələrinin öyrənilməsi qlobal iqlim dəyişikliyi üçün mühüm təsirlərə malikdir. Əvvəlcə Qırmızı dənizdə, daha sonra Şərqi Sakit Okeanın yüksəlişi və Orta Atlantik silsiləsi sistemləri boyunca orta okean rift zonası vulkanizminin və hidrotermal çuxurların kəşfi və davamlı tədqiqi dəniz geoloji tədqiqatlarının mühüm sahələri idi. Həmin hidrotermal sistemlərin daxilində və onlara bitişik yaşayan aşkar edilmiş ekstremofil orqanizmlər yerdəki həyatı və belə bir mühitdə potensial həyatın mənşəyi haqqında anlayışımıza açıq şəkildə təsir göstərmişdir.
Dəniz (dəqiqləşdirmə)
Dəniz — Sualtı dağlar, okeanın cərəyanları və ya adalar qövsü ilə sərhədlənmiş su hövzəsi.
Dəniz Dəmir
Dəniz Dəmir (30 may 1985, Gölə, Ərdəhan ili) — mühəndis və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Dəniz Dəmir 30 may 1985-ci ildə Ardahan ilinin Gölə ilçəsində anadan olub. Mühəndis olaraq çalışıb, tunel və qazma işləri aparan müəssisələrin rəhbəri olub. Mühəndis və Memarlar Palataları İttifaqının (TMMOB) üzvü olub. Siyasətə Cümhuriyyət Xalq Partiyasında qoşulub. CHP gənclər qanadında İdarə Heyətinin üzvü və sədr müavini vəzifələrində təmsil olunub. 2018-ci ildə CHP sədrinin baş müşaviri vəzifəsinə təyin edilib, 2020-ci ildə isə CHP Məclis üzvü seçilib. 2023-cü ildə Ankaradan Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib. 28-ci çağırışda TBMM Milli təhsil, mədəniyyət, gənclər və idman Komissiyasının üzvü olub. Subaydır.
Dəniz cərəyanı
Dəniz cərəyanları — dünya okeanında və dənizlərdə daimi və dövri axınlar. Daimi, periodik və düzgün olmayan; üst və alt; isti və soyuq cərəyanlar olur. Axının səbəbinə görə küləkli və sıx qatlı cərəyanlar olur. == Təsnifatı == Okeanda suyu hərəkətə gətirən külək və günəşdir. Okeanda suyun dövr etməsi (sirkuliyasiyası) atmosfer sirkuliyasiyasının nəticəsidir. Böyük su kütləsinin okean və ya dənizin bir yerindən digər yerinə aparılması dəniz cərəyanı (axını) adlanır. Okean suyunun hərəkət etmə səbəblərini iki qrupa bölmək olar: xarici və daxili səbəblər. Xarici səbəblərə küləyin okean səthinə təsiri, qabarma əmələ gətirən qüvvələr, atmosfer təzyiqinin dəyişməsi, sahil axını yağıntı və buxarlanmanın təsirindən okean səthi relyefinin dəyişməsi aid edilir. Daxili səbəbə isə sıxlıq sahəsinin üfüqi istiqamətdə eyni (bircinsli) olmaması aiddir. Sıxlığın eyni olmaması isə okean suyunun temperaturunun və duzluluğunun qeyri-bərabər dəyişməsinin nəticəsidir.
Dəniz qoyunu
Dəniz Qoyunu — Costasiella kuroshimae və ya yarpaq ilbizi. Baxdıqda qoyunu xatırlatdığına görə "Dəniz Qoyunu" adlandırılır. Yaşıl, yosun yediyinə görə də "Dəniz Qoyunu" adlandırılıb. Dəniz ilbizinin bir növüdür.1993-cü ildə Yaponiyanın Kuroşima adasının sahillərində kəşf edilib. Adətən Kuroşima adası, Yaponiya, İndoneziya və Filippin sahillərində yaşayır. Uzunluğu təxminən 5 mm-dən 1sm-ə bərabərdir. Tropik iqlimdə yaşayırlar. Onların iki tünd gözləri və başlarının yuxarı hissəsindən çıxan iki rinofor var. Ən maraqlı özəlliyi isə, yedikləri yosunların xloroplastlarını saxlamaq bacarığıdır ki, ondan da fotosintez üçün istifadə edirlər. Onlar nadir canlılardır ki, yosunları Fotosintez üçün istifadə edirlər.
Qara dəniz
Qara dəniz (bolq. Черно море, ukr. Чорне море, rum. Marea Neagră, türk. Karadeniz, gürc. შავი ზღვა, abx. Амшын/Амшын Еиқәа, q.yun. Εὔξενος Πόντος, yun. Μαύρη Θάλασσα, lat. Pontus Euxinus) Krım yarımadası və Kiçik Asiya yarımadası arasında yerləşən daxili dəniz.