Dafina Zegiri
Dafina Zegiri Nuşi (alb. Dafina Zeqiri Nushi; 1 aprel 1984, Priştina) — Avropa və bir çox yerlərdə çıxış etmiş Kosovo-Alban orkestr, kamera və xor musiqisi bəstəkarı.
== Həyatı ==
Dafina Zegiri 1997-2002-ci illərdə Priştinada Prenko Yakob Konservatoriyasında təhsil alıb. Priştina Universitetində Mendi Mengjiqi ilə bəstəkarlıq ixtisası üzrə təhsil alan Dafina 2007-ci ildə oranı bitirib. O, magistratura təhsilini Skopyedəki Müqəddəs Kiril və Mefodi Universitetində alıb və 2011-ci ildə buranı bitirib.
2009-cu ildə Zegiri "Musiqidə Kosovo Qadınları" və NEO MUSICA təşkilatını qurdu və Fondazione Adkins Chiti: Donne in Musica Beynəlxalq Şərəf Komitəsinin üzvü oldu (həmçinin YUNESKO-nun Beynəlxalq Musiqi Şurasının üzvüdür).
Vokal kompozisiyalarına Paşko Vas (2001), Odiseya (2008), Atmosferlər (2005) mətni əsasında "Mənim Anam" kimi qarışıq xor üçün əsərləri də daxildir. Fərdi kompozisiyalarına messo-soprano və piano üçün Sən gəldiyin zaman (2002), mətninin Bayram Kərimiyə aid tenor və piano üçün yazdığıO Dismal Bird (2009) əsərləri də daxildir. Skopyedə təhsil aldıqdan müəyyən müddət sonra ərsəyə gətirdiyi əsərləri sırasına simfonik orkestr üçün Variasiyalar (2011), solo viola üçün Disappear (2011), skripka və orkestr üçün Memento (2010), fleyta, skripka, gitara və piano üçün Story of Mary (2010), fleyta, qoboy, soprano saksofon və violonçel üçün All In (2009) əsərləri daxildir.
Dafina Zegirinin əsərləri 2011-ci ildə Makedoniya Musiqi Festivalı Günləri və 2010-cu ildə Priştinada DAM Festivallarında ifa olunub.