1. Danışmağa məcbur etmək.
// Soruşmaq, dindirmək, sorğusual etmək. Məhkəmə sədri üçün məsələ aydın idi.
Buna baxmayaraq, bir neçə şahidi də danışdırdı.
// Birisi ilə söhbət edib fikrini bilmək.
Bir dəfə yataqxanada tələbələr sözü bir yerə qoydular ki, Qədiri danışdırmamış rəy söyləməsinlər.
[Baxış bəy] bəlkə də Növrəstəni danışdırmaq, bir ağzını yoxlamaq üçün gözləyirdi.
2. məc. Dilə gətirmək, dilləndirmək, çalmaq, oxutmaq.
Bir ağız da, bir nəfəs də danışdırın sarı simi; Belə bir gün ələ düşməz, dayanmayın qonaq kimi.
3. İnkar şəklində: danışdırmamaq – dindirməmək, birindən küsüb əlaqəni kəsmək.