DANIŞDIRMAQ

icb.
1. Danışmağa məcbur etmək.
// Soruşmaq, dindirmək, sorğusual etmək. Məhkəmə sədri üçün məsələ aydın idi.
Buna baxmayaraq, bir neçə şahidi də danışdırdı. S.Hüseyn.

// Birisi ilə söhbət edib fikrini bilmək.
Bir dəfə yataqxanada tələbələr sözü bir yerə qoydular ki, Qədiri danışdırmamış rəy söyləməsinlər. Mir Cəlal.
[Baxış bəy] bəlkə də Növrəstəni danışdırmaq, bir ağzını yoxlamaq üçün gözləyirdi. Ə.Abasov.

2. məc. Dilə gətirmək, dilləndirmək, çalmaq, oxutmaq.
Bir ağız da, bir nəfəs də danışdırın sarı simi; Belə bir gün ələ düşməz, dayanmayın qonaq kimi. S.Vurğun.

3. İnkar şəklində: danışdırmamaq – dindirməmək, birindən küsüb əlaqəni kəsmək.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DANIŞDIRMAQ danışdırmaq bax dindirmək
DANIŞDIRMA
DANIŞIQ

Digər lüğətlərdə