DARĞALIQ

is.
1. tar. Darğanın işi, vəzifəsi.
[Həsən Namaza:] Mən istəmərəm ki, sənin əlindən darğalığı alıb mənə versinlər. Ə.Haqverdiyev.
[Paşa bəy:] Yaxşı deyiblər ki, evində yoxdur urvalıq, könlündən keçir darğalıq. Ə.Vəliyev.

2. məc. Böyüklük, ağalıq. Darğalıq etmək.
– Bu fəna iş nə idi tulladınız ortalığa; Sizi kim qoydu bizim üstümüzə darğalığa. Ə.Nəzmi.

DARĞABAŞI
DARĞAN

Значение слова в других словарях