DARIXMAQ

f.
1. Sıxılmaq, canı sıxılmaq, bıqmaq, bezmək, təngə gəlmək, narahat olmaq, əsəbiləşmək. Hər şey üçün adam darıxmaz. Darıxıram, vaxt az qalıb.
// Ürəyi sıxılmaq, hövsələsizlik göstərmək.
Qulu, sən heç darıxma, ancaq bir az döz. N.Nərimanov.
Mirzağa indi öz evlərində darıxır, könlü heç açılmayırdı. S.Hüseyn.

// Sıxılmaq, özünü çox pis hiss etmək.
Qədir kişi bu hörmətlərdən darıxmır, bunu özünün yaxşı işləməsi ilə əlaqədar bilirdi. Ə.Sadıq.

2. Təngnəfəs olmaq, nəfəsi kəsilmək, boğulan kimi olmaq, hava çatmamaq. İstidən adamın ürəyi darıxır.
3. Bir şəxsin, ya şeyin olmadığını iztirab və ürək acısı ilə hiss etmək, bir şəxsi, ya şeyi görməyi, yaxud onunla bir yerdə olmağı həsrətlə arzu etmək. Vətən üçün darıxmaq. İş üçün darıxmaq.

Синонимы

  • DARIXMAQ bezikmək — sıxılmaq — bıqmaq — əsəbiləşmək
  • DARIXMAQ 1. DARIXMAQ Darıxıram indi çox, sıxır könlümü həsrət; Meşəni tərənnüm et (M.Rahim); DARILMAQ Amma Yavər darılmırdı

Антонимы

  • DARIXMAQ DARIXMAQ – ŞADLANMAQ Atanı düşünmə, mənim üçün darıxsan, ana vətənə qulluq et (A.Şaiq); Bir şeydən hamımız şadlanırdıq ki, atamın halı düşündüyünüz qə

Этимология

  • DARIXMAQ Kökü dar (uzkiy) sifətidir. Darıx isə ondan düzəlmiş feildir, -ıq şəkilçisi ad­lardan feil düzəldə bilir: ot-ux-maq, qan-ıx-maq və s
DARIXMA
DARIXSINMA

Значение слова в других словарях