1. məch. Əl və ya başqa bir şeylə tutulub çəkilmək.
Xiyabanı dolduran izdihamın içərisi ilə gedirkən birdən qolumun dartıldığını hiss etdim.
2. t-siz. Gərilmək, tarım çəkilmək.
Rüstəm kişiyə elə gəldi ki, Qoşatxanın boğazından asılmış qalstuk … daylaq quyruğu kimi dartılmışdır.
Birdən təknənin aşağısından bir zəncir dartılır və təknənin alt qapağı açılaraq torpaq platformaya boşalırdı.
3. t-siz. Yuxarıya doğru çəkilmək. Qaşları dartılmaq.
4. qayıd. Özünü çəkmək, təşəxxüslə dimdik durmaq.