DARTILMAQ


1. məch. Əl və ya başqa bir şeylə tutulub çəkilmək.
Xiyabanı dolduran izdihamın içərisi ilə gedirkən birdən qolumun dartıldığını hiss etdim. Ə.Sadıq.

2. t-siz. Gərilmək, tarım çəkilmək.
Rüstəm kişiyə elə gəldi ki, Qoşatxanın boğazından asılmış qalstuk … daylaq quyruğu kimi dartılmışdır. M.İbrahimov.
Birdən təknənin aşağısından bir zəncir dartılır və təknənin alt qapağı açılaraq torpaq platformaya boşalırdı. Ə.Sadıq.

3. t-siz. Yuxarıya doğru çəkilmək. Qaşları dartılmaq.
4. qayıd. Özünü çəkmək, təşəxxüslə dimdik durmaq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DARTILMAQ çəkilmək
  • DARTILMAQ gərilmək
DARTILMA
DARTILMIŞ

Digər lüğətlərdə