DASTANÇI

i. narrator

DASTAN
DASTANÇILIQ
OBASTAN VİKİ
Əli Qurban Dastançı
Əli Abdulla oğlu Qurbanov (14 may 1930, Ağkilsə – 27 mart 2004, Gəncə) — el şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Əli Qurban Dastançı 1928-ci il may ayının 14-də Göyçə mahalının ulu Aşıq Ələsgərin doğulub boya-başa çatdığı Ağkilsə kəndində dünyaya gəlmişdir. Ədbiyyata 13 yaşında yazdığı "Hanı dağlar" (1943) şeiri ilə gəlib. 1948-ci ildə orta məktəbi bitirən gənc şair bir il həmin məktəbdə kitabxanaçı işləmişdir. Sonra Həsən bəy Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsinə daxil olmuş və 1953-cü ildə ali təhsilini tamamlamışdır. Təyinatını Kəlbəcərə alıb ki, müddəti qurtarandan sonra Göyçəyə qayıtmaq asan olsun. Göyçə mahalı Ermənistan SSR ərazisinə daxil edildiyindən oraya birbaşa təyinat almaq mümkün deyildi. Həm də anası Gülsüm xanım Kəlbəcərin Kilsəli kəndindən idi. Burada yaxın qohumların yaşaması da bir növ işi asanlaşdırırdı. Kəlbəcər rayonu Maarif şöbəsində inspektor kimi əmək fəaliyyətinə başlayan Əli müəllim (artıq onu belə çağırırdılar) 1989-cu ilə qədər burada qalıb işləməli olur, Oktyabr kəndində məktəb direktoru, rayon maarif şöbəsində inspektor, metodist, 1979-cu ildən 1986-cı ilə qədər rayon "Yenilik" qəzetinin redaktoru vəzifəsində çalışır. Kəlbəcər camaatının şerə, saza sevgisi, Aşıq Şəmşirlə burada yaxından tanış olması (aralarında ata-oğul münasibətlərinin yaranması) da Əli müəllimi Kəlbəcərə bağlayan əsas amillərdəndir.

Значение слова в других словарях