DAĞILMIŞ


1.Dağılmaq”dan f.sif.
2. Qarğış mənasında.
[Zaman:] O günə daş düşəydi ki, sən mənim dağılmış xarabamın qapısından girdin. Ə.Haqverdiyev.
Müsafirlərdən bir çoxu: – Bu dağılmışda heç vaxt sağlam bir hava görmədim, – deyə Culfa mühitinə nifrət yağdırırdı. M.S.Ordubadi.
[Kəndli:] Görəsən, bu dünya üzündə bu dağılmışdan da pis yer varmı? S.Rəhimov.

DAĞILMAQ
DAĞIM-DAĞIM
OBASTAN VİKİ
Azərbaycanda dağılmış mədəni irs nümunələrinin siyahısı
Azərbaycanda məhv olmuş mədəni irs nümunələrinin siyahısı — müxtəlif dövrlərdə insan faktoru və ya təbii səbəblərdən dağılmış abidələrin siyahısı. == Siyahı == === Şirvanşahlar sarayının bir hissəsi === Azərbaycan Rusiyanın tərkibinə daxil olduğu dövrdə Rusiya hərbi nazirliyi Şirvanşahlar sarayını qismən təmir etdi. Eyni zamanda saray binalarının hərbi təchizat anbarları kimi düzəldilməsi üçün böyük yenidən qurma işləri həyata keçirildi. Hərbi nazirlik tərəfindən icra edilən təmir işləri dağılmış hissələrin bərpası ilə birlikdə sarayın restavrasiyası üçün önəmli olan bir sıra detalların məhvinə səbəb oldu.Saray binasını anbara uyğunlaşdırarkən hərbi nazirlik birinci və ikinci mərtəbədəki otaqları ayıran bir neçə divarı dağıtdı və ikinci mərtəbədə onların yerinə dam örtüyünü dəstəkləyən qövs şəkilli tağ qoydu. İkinci mərtəbənin bütün otaqlarındakı günbəz, çatma və xaç şəklində olan taxtapuşların qalıqları dağıdıldı; onlar düz, tirdən düzəldilmiş taxtapuşlarla əvəz edildi. Birinci mərtəbədəki pəncərə yerləri (iki cərgəli pəncərə) elə tutuldu ki, yalnız kiçik pəncərə qaldı. Birinci və ikinci mərtəbədə yeni geniş qapı yerləri açıldı.Bu dövrdə Bakıdakı Rus Pravoslav Kilsəsi yerində Bakı kafedralı tikmək üçün sarayın sökülməsinə nail olmağa çalışdı. Ancaq bu xahiş çar hökuməti orqanları tərəfindən o səbəbə görə rədd edildi ki, saray otaqları böyük anbarlar kimi istifadə edilir.Sarayın şimal fasadının ikinci mərtəbəsinə girəcək düzəldilib, divarda isə oyuq açılıb. Bu ona görə edilib ki, atlara qoşulmuş araba küçədən düz sarayın ikinci mərtəbəsinə girsin. Bu yenidən qurmalarla rus hərbi nazirliyi tarixi abidə kimi saraya böyük ziyan vurdu.
Dağıntı Axınından Dağılmış Evlərin Memorial Parkı
Dağıntı Axınından Dağılmış Evlərin Memorial Parkı (土石流被災家屋保存公園, Dosekiryu Hisay Kaoku Hozen Koen) – Yaponiyanın Naqasaki prefekturasının Minamişimabara şəhərində yerləşən memorial park. 1991-ci ildə Unzen vulkanının püskürməsi hadisəsinə həsr olunmuşdur. == Tarixi == 1991-ci ilin iyununda Minamişimabara şəhərinin yaxınlığında yerləşən Unzen vulkanı püskürmüş və piroklastik axına səbəb olmuşdur. Nəticədə, 43 nəfər ölmüş və şəhərdəki bir çox tikili dağıntıların altında qalmışdır.Faciəni yad etmək üçün dağıntıların altında qalmış bəzi evlər qorunub saxlanmasına və memorial parkın yaradılmasına qərar verilmişdir. Parkın yaradılması barədə qərar 24 mart 1999-cu ildə verilmiş və park 1 aprel 1999-cu ildə yaradılmışdır. == Xüsusiyyətlər == Memorial park açılanda oraya 11 tikili daxil idi (3-ü çadır strukturunun içərisində, qalanları çöldə). Lakin həmin tikililərdən 2-si istismar müddətini keçib ziyarətçilər üçün potensial təhlükə yaratdığı üçün 2021-ci ilin dekabrında sökülmüşdür. Parkdakı evlərdən ancaq birinin yeri əvvəlki yerindən fərqlidir. Evlər orta hesabla yerin 2,7 metr dərinliyinə batmışdır. Parkın ümumi sahəsi 6187,44 m2, çadır strukturunun sahəsi isə 1207,27 m2 təşkil edir.

Значение слова в других словарях

аргуме́нт длинню́щий дочека́нивать зашвы́ривать материа́льный подтя́нутый средненёбный счастли́вица техници́зм шаши́стка бенефи́сный вдохновля́ющий где ни попало догла́дывать ка́пелька наму́чать прожжённый прота́пливание blind-man's-buff hah Kibei paddle-box plagiarist tenant farms босой