DAŞLAMAQ

f.
1. Daş atmaq, daşa basmaq, daşla vurmaq.
[Qədim:] Bir də qapımızda sağsağan qırıldasa, daşlayıb qovacağam. Ə.Haqverdiyev.
[Qorxmaz:] Bu gün böyük bir izdihamın [Elxanı] söyərək, lənətlər sovuraraq daşladığını gördüm. C.Cabbarlı.

2. Bir şeyin üstünü daşla örtmək, üstünə daş döşəmək, yaxud daşla bərkitmək. Həyəti daşlamaq. Quyunun üstünü daşlamaq.
[Cahan:] Heç olmasa, kəndin bir küçəsini də daşlamaq lazımdır. Ə.Haqverdiyev.
Fərhadoğlu yerindən qalxıb çadırının yanyörəsini daşladı. S.Rəhimov.

DAŞLAMA
DAŞLANDIRMA

Значение слова в других словарях