Dendrari
Dendrari - yunan sözündən götürülüb "dendron" - "agac" deməkdir. Dendrari - bağ, park və ya elə bir ərazidirki, orada müxtəlif coğrafi zonalardan olan ağac və kolları açıq yerdə becərirlər.
Dendraridə bitkiləri coğrafi, sistematik, ekoloji, dekorativ və başqa prinsiplər əsasında yerləşdirirlər.
Dendrarilər böyük elmi, mədəni, maarifləndirici əhəmiyyətə malikdirlər. Burada alimlər bitkilərin seleksiyası, akklimatizasiyası, introduksiyası - bitkilərin əvvəl rast gəlmədiyi sahələrdə yayılmasına aid təcrübələr aparırlar. Alimlər uzun və zəhmətli işin nəticəsində ağac və kolların yeni yaxşılaşdırılmış formalarını yaradır və sonra uzun illər ərzində onların xassələrini yoxlayırlar. Burada müxtəlif iqlimlərdən olan bitkilərin xüsusiyyətlərini öyrənir, calaq edməklə ağac və kolların xassələrini yaxşılaıdırırlar. İctimai istirahət ücün ayrılmış dendrari ərazisi - dendropark adlanır.
Dendraridə hər kəs müxtəlif bitkilərlə, onların biologiyası ilə tanış ola bilər, şəkil çəkib, fenoloji müşahidələr apara bilər. Dendroloji bağ və parklar meşə seleksionerləri üçün real məktəbdir.