Er (departament)
Ör (fr. və norm. Eure) — Fransanın şimalında yerləşən, Normandiya regionun departamentlərindən biri. Sıra nömrəsi — 27. İnzibati mərkəzi — Evrö. Əhalisi — 598 347 nəfər (departamentlər arasında 43-cü yer, 2014-cü ilin məlumatları.).
== Coğrafiyası ==
Ör Dənizkənarı Sena, Uaza, Val-d’Uaz, İvelin, Ör və Luar, Orn və Kalvados departamentləri ilə sərhəddir. Ərazisi — 6040 km². Sena çayı və onun qolları Ör, Ept, Andel və digərləri departament vasitəsilə axır.
Departamentin əsas şəhərləri Bove, Kompyen, Krey, Nojan-sür-Uaz, Sanlis, Krepi-an-Valua, Meryü, Nuayon, Montater, Klermon.