dişəbənzər
dişicik
OBASTAN VİKİ
Dişi
Dişi — daşınamayan artıma hüceyrəsi (yumurta) çıxaran fərdlərə deyilir. == Simvol == Ümumiyyətlə Veneranın simvolu (♀) dişilər üçün istifadə edilir.
Ağıl dişi
Ağıl dişi, üçüncü azı dişi və ya molar diş — insan dişlərinin hər kvadrantında olan üç azı dişindən biri. Bu üçünün arasında ən arxada olan dişdir. Adətən 17–25 yaş aralığında çıxır. Əksər yetkinlərin hər kvadrantda bir olmaqla dörd ağıl dişi olur. Dörddən az və ya daha çox ola bilər, məsələn, əlavə dişlərə fövqəladə dişlər deyilir. Ağıl dişi çıxmadıqda, inkişaf prosesində olan digər dişlərə də təsir edir. Beləliklə, bu baş verəndə və ya verməmişdən öncə çəkilir. == Tarixi == Rəsmi olaraq üçüncü azı kimi tanınsa da, ümumi istifadə ağıl dişidir. Çünki demək olar ki, 12–13 yaşlarında digər dişlər bir-birinin ardınca çıxaraq öz sürmələrini tamamladıqları halda, ağıl dişi çox gec çıxır. Adətən 17–25 yaş arasında qaldığı üçün xalq arasında ağıl dişləri kimi tanınır.
Dişi ayıdöşəyi
Dişi ayıdöşəyi (lat. Athyrium filix-femina) — qalxansız cinsinə aid bitki növü.
İnsan dişi
İnsan dişləri ― mədə-bağırsaq yolunun əvvəlində yerləşən, qida maddələrini mexaniki olaraq parçalama funksiyasını daşıyan, normal halda kökləri üst və alt çənənin alveolar çıxıntısında yerləşən və adətən sayı 28 və ya 32 olan orqan. İnsanlarda dörd növ diş olur: kəsici, köpək, kiçik azı və azı dişlər. Bunların hər birinin özünə aid funksiyası var. Dişlər əsasən qidalanma-həzmetmə prosesinin əvvəlində iştirak edir. Bununla yanaşı, dişlər başqa strukturlar ilə birgə, həm də nitqin formalaşmasında, tələffüzdə də rolu var və həm də üzün estetik görünüşünün də əsas elementlərindəndir. Kəsici dişlərin kəsmə, qidanı saxlama kimi funksiyaları var, danışıq prosesində bir sıra hərflərin formalaşmasında da iştirak edirlər, üzün aşağı üçlüyünün hündürlüyünü təşkil edirlər, həm də danışıq və gülüş zamanı daha çox görsənən və beləliklə üzün estetik görünüşünün əsas amillərindən biridirlər, köpək dişlər qidanı əsasən qoparma, kiçik azı və azı dişlər isə qidanı əsasən əzirmə funksiyasını yerinə yetirir. Dişlərin fiziki və kimyəvi xüsusiyyətlərini xüsusi toxumalar, onların biokimyəvi tərkibi təyin edir. İnsan çox məməlilər kimi difiyodontdur, yəni ki, diş çıxarmada iki mərhələ yaşayır, doğumdan əsasən 6 ay sonra başlayan süd dişlərin çıxması və onu əvəz edən əsasən 6 yaşdan sonra başlayan daimi dişlərin çıxması, halbuki bəzən bir və ya daha çox diş ilə doğula bilər ki, bu cür dişlərə natal dişlər deyilir. == Anatomiya == Dişlərin anatomiyası dişlərin ümumi görünüşünü, strukturunu, özəlliklərini, sinifləndirməsini, diş cərgəsində yerləşməsini öyrənən insan anatomiyasının bir hissəsidir. Həmçinin dişlərin anatomiyasına dişlərin taksonomik adlandırılması da aiddir.
Süd dişi
Süd dişləri və ya müvəqqəti dişlər, əksər məməlilər də və digər yayıcıların ilk diş dəstidir. Süd dişlərinin çıxması 3 yaşında bitir və bu dişlər beş yaşa qədər qalır, sonra isə tökülməyə və daimi dişlərlə əvəz olunmağa başlayırlar. Süd dişləri müvəqqəti dişlər olduğu üçün valideyinlər bir çox hallarda düşünürki bu dişlərə baxım edilməməli və müalicə olunmamalıdır. Lakin müalicə edilməyən süd dişi çürükləri ağrı, pis qoxu, çeynəmə çətinliyi, qidalanma pozulmasına və çirkin xarici görünüşə gətirib çıxarır. Süd dişləri normal dişlərin formalaşmasında mühüm rol oynayır. Beləki, vaxtından öncə tökülmüş süd dişləri daimi dişlərin əyri formalaşmasına və gələcəkdə ciddi ortodontik problemlərin yaranmasına səbəb olur. Bu səbəbdən də süd dişlərindəki çürüklərə biganə yanaşılmamalı və müalicə edilməlidir. == Südəmər dişlərdə kariyes == Kariyes ən çox görülən diş xəstəliyidir. Kariyes süd dişlərində görünməyə başlayır və müalicə edilə bilmirsə, dişlər çürüyür və çıxarılmalıdır. Kariyes, dişi əhatə edən xarici təbəqədəki mineralların dağılması nəticəsində meydana gəlir.
Fil Dişi Sahili
Kot-d'İvuar (Fil Dişi Sahili və ya Fil Dişi Sahili Respublikası) (Fransız : Côte d' Ivoire [kot diˈvwaʀ]) — Afrika qitəsində dövlət. Ölkənin sərhəd qonşularını (şimaldan saat istiqamətində) Mali, Burkina-Faso, Qana, Liberiya və Qvineyadır. Bundan başqa ölkənin cənubunda Atlantik okeanı yerləşir. Ölkənin paytaxtı Yamusukrodur. == Ölkə adı == Ölkənin yerləşdiyi bölgələrdə sahib olduğu çox sayda fil səbəbiylə xvı əsrdə Portuqaliyalılar tərəfindən fil dişi əldə edə bilmək və ticarətini reallaşdırmaq adına fil ovlanmış və bir çox fil ovçular tərəfindən öldürülmüşdür. Bu hadisə səbəbi ilə ölkənin adı Fransızca Fil Dişi Sahili mənasını verən Côte d' Ivoire olaraq müəyən olunmuş, fil dişi uzun illər ölkənin ən əhəmiyyətli ixracat qaynaqlarından birini təşkil etmişdir. Ancaq ölkə adının hər bir dildə fərqli versiyalarda deyilməsi (Fil Dişi Sahili, Elfenbeinküste, Ivory Coast, Costa de Marfil və s.) və beynəlxalq sahələrdə qarışıqlıqlara səbəb olması ilə əlaqədar 1985-ci ildə dövrün dövlət başçısı Feliks Houphouët - Boigny aldığı qərar ilə ölkə adının bundan sonra yalnız Fransız halı ilə istifadə ediləcəyini və digər dillərə də çevrilməyəcəyini ifadə etmişdir. == Coğrafiya == Ölkənin cəmdə sahib olduğu 3.458 km sərhədin 545 km-i Burkina Faso, 720 km-i Qana, 816 km-i Qvineya, 778 km-i Liberiya və 599 km-i Mali ilə olduğu halda, ölkənin həm də Qvineya Körfəzinin qərbində Atlantik okeanına 515 km-lik sahil çıxışı var. Ölkənin səth şəkilləri ümumi etibarilə yastı bir görünüşə sahib olmaqla birlikdə ölkənin səthi əksəriyyətlə yayla və düzənliklərdən ibarətdir. Ölkənin yalnız qərb hissələri dəniz səviyyəsindən orta hesabla 1.000 m daha yüksəkdə yerləşir.
Romul, Rem və dişi canavar
Romul, Rem və dişi canavar (lat. Romulus et Remus) falamand rəssamı Piter Paul Rubens tərəfindən 1666-ci ildə çəkilib. Rubensin yaradıcılığı üçün xarakter olan mifoloji süjet: Faustul (sağda) dişi canavarın əmizdirdiyi Romulu və Remi, həm də ağacdələni tapır. Onların anası Reya Silviya və çay allahı Tiberin yaxınlığındadır. Romalıların ilk çarı Romul (Romulus) və onun qardaşı (Remus) barədə salnamədə rəvayət olunur; Vesta kahinəsi Reya Silviya bir dəfə Mars allahına rast gəlir və bunun da nəticəsində onun bir cüt əkiz oğlu doğulur. Bəkarətini itirən vestalkanı (kahinəni) övladları ilə birlikdə suda batırıb öldürmək əmr olunur. Lakin çay allahı Tibrin Reyaya rəhmi gəlir və onu özünə zövcə edir. Uşaqların olduğu çanağı su ağzına alıb aparır və çanaq sahilə yan alır. Bu zaman su içmək üçün çaya yaxınlaşan dişi canavar uşaqların ağladığını eşidir, taleyin ümidinə atılmış uşaqları mağaraya gətirir və onları öz südü ilə əmizdirir. Onların ilk uşaqlıq günləri mağarada keçir: dişi canavar onlara analıq edir, ağacdələn və çökükburun onlar üçün qida gətirir və uşaqları hər cür bəladan hifz edirlər.
Dişicik
Dişicik (lat. Pistillum) — çiçəkli bitkilərdə çiçəyin mühüm orqanlarından biri. Dişicik çiçək yatağının ortasında olub üç hissəyə bölünür: yumurtalıq (bir, yaxud bir neçə yumurtaçıqlı), ondan ayrılan sütuncuq (adətən, bir və ya bir neçə) və tozlanma vaxtı tozcuğu tutan ağızçıq. Müxtəlif bitki növlərində dişiciyin forma və quruluşu müxtəlifdir. Bəzi bitkilərdə sütuncuq inkişaf etmir və ağızcıq bilavasitə yumurtalığın üstündə oturur. Dişiciyi əmələ gətirən meyvə yarpaqçığının miqdarına və onların bitişməsi xarakterinə görə yumurtalıq biryuvalı, ikiyuvalı və çoxyuvalı olur. Mayalandıqdan sonra yumurtacıqdan toxum, yumurtalıqdan isə meyvə inkişaf edir. Yumurtalığı örtülü olan dişiciyin əmələ gəlməsi bitkilərin təkamülündə mühüm mərhələdir. Bu, çiçəkli bitkilərin dünyada sürətlə artmasına və onların əvvəllər daha çox yayılmış ali sporlu və çılpaqtoxumlu bitkiləri sıxışdırıb azaltmasına səbəb olmuşdur.
Süd dişinin ağrısı (film, 1987)
== Məzmun == Balaca Kərimin (Pərviz Hüseynov) anası (Xalidə Quliyeva) doğuş zamanı vəfat etmişdir. Kərimə həyat verən anasının fotoşəkli onun üçün səcdəgaha çevrilir. Oğlan evdə anasının adı ilə bağlı hər şeyi əzizləyir. Ona görə də böyük qardaşı Səlimin (Fuad Dadaşov) anasından qalma boyunbağını sevgilisinə (Rəna Tanrıverdiyeva) bağışlamasını, atasının (Əlican Əzizov) gənc müəllimə (Larisa Xələfova) ilə yaxınlıq etməsini heç cür qəbul edə bilmir. Anasına məxsus köhnə şkafın atası tərəfindən yandırılması Kərimi bərk sarsıdır. Filmdə ana həsrəti ilə qovrulan, valideyn qayğısından ayrı düşmüş iki qardaşın — 7 yaşlı Kərimlə 15 yaşlı Səlimin taleyi fonunda uşaqlarla böyüklərin qarşılıqlı əlaqəsindən bəhs edilir. == Film haqqında == Filmdə kütləvi səhnələrdə Xaçmaz rayonundakı 6 saylı orta məktəbin şagirdləri iştirak etmişlər. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Ramiz Rövşən Quruluşçu rejissor: Hüseyn Mehdiyev Quruluşçu operator: Amin Novruzov Quruluşçu rəssam: Arif Əbdürrəhmanov Bəstəkar: Cavanşir Quliyev Səs operatoru: Əsəd Əsədov Rejissor: Rövşən Həsənov Operator: Rafiq Quliyev, Sərvər Rəşidoğlu (Sərvər Quliyev kimi) Geyim rəssamı: Tatyana Əmirova Qrim rəssamı: Firuzə İsmayılova Dekor rəssamı: T.Mirzəyev Montaj edən: Rahidə Quliyeva (R.Quliyeva kimi) Montaj üzrə assistent: Ş.Əliyeva Quraşdırılmış səhnələrin operatoru: Vaqif Bağırov Rejissor assistenti: Y.Əhmədov, Ə.Əhmədov Rəssam assistenti: X.Əminağayeva İnzibatçı: M.İsmayılov, İ.İsgəndərov, R.Hüseynov Redaktor : Eldəniz Quliyev, Dinarə Gərəkməzli (Dinarə Kərəkməzli kimi) Filmin direktoru: Azər Quliyev Bədii rəhbər: Rasim Ocaqov === Rollarda === Pərviz Hüseynov — Kərim Fuad Dadaşov — Səlim Əlican Əzizov — Kərimin atası Larisa Xələfova — Çimnaz müəllimə Rəna Tanrıverdiyeva — Sona Ədalət Əbubəkirov — Səttar Xalidə Quliyeva — Kərimin anası Nuriyyə Əhmədova — tibb bacısı Adil İsmayılov — rentgenoloq Əhməd Əhmədov — müəllim === Filmi səsləndirənlər === Əminə Yusifqızı — Çimnaz (Larisa Xələfova) (titrlərdə yoxdur) Pərviz Bağırov — Səlim (Fuad Dadaşov) (titrlərdə yoxdur) Hamlet Xanızadə — Kərimin atası (Əlican Əzizov) (titrlərdə yoxdur) Nəcibə Hüseynova — Kərimin anası (Xalidə Quliyeva) (titrlərdə yoxdur) == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Süd dişinin ağrısı

Значение слова в других словарях