Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Samen
Samin — İranın Həmədan ostanının Məlayer şəhristanının Samen bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,025 nəfər və 1,207 ailədən ibarət idi.
Şamaş
Şamaş— Assuriya və Babil mifologiyasında Günəş tanrısının akkadca adı. Şumer mifologiyasındakı Utudan törəmişdir. Atası Sin (Nanna - Ay), əkiz bacısı ise İştardır (Şumerdə İnanna - Dünya).Ərəblər şəms-günəş adını bu tanrıdan götürüblər.
2K Games
2K Games – ABŞ videooyun şirkəti.
Epic Games
Epic Games, Inc. baş ofisi Şimali Karolina ştatının Kari şəhərində yerləşən Amerika videooyun və proqram təminatı tərtibatçısı və yayımcısıdır. Şirkət 1991-ci ildə Tim Suini tərəfindən Potomac Computer Systems kimi təsis edilib və əvvəlcə onun ailəsinin Merilend ştatının Potomak şəhərindəki evində yerləşirdi. İlk kommersiya videooyunu olan ZZT-dən (1991) sonra şirkət 1992-ci ilin əvvəlində Epic MegaGames, Inc adını aldı və o vaxtdan vitse-prezident vəzifəsini Mark Reyn icra edir. 1999-cu ildə baş qərargahını Kariyə köçürən studiyanın adı Epic Games olaraq sadələşdirilib. Epic Games Fortnite, Unreal, Gears of War və Infinity Blade seriyaları kimi daxili istehsal videooyunlarına da dəstək verən və kommersiya məqsədli oyun mühərriki olan Unreal Engine-nin inkişaf etdiricisidir. Unreal Engine 2014-cü ildə Ginnesin Rekordlar Kitabı tərəfindən "ən uğurlu videooyun mühərriki" seçilib.Epic Games, Chair Entertainment, Psyonix, Mediatonic və Harmonix oyun tərtibatçılarına, həmçinin bulud əsaslı proqram təminatçısı Cloudgine-ə sahibdir və Sietl, İngiltərə, Berlin, Yokohama və Seulda studiyaları idarə edir.
Games TM
"GamesTM" ("games TM" kimi üslublaşdırılmışdır) — Birləşmiş Krallıq çoxformatlı videooyun jurnalı. Jurnalın məzmun konsol, portativ, kompüter və arkada oyunlarını əhatə edirdi. "GamesTM"in birinci nömrəsi 2002-ci ilin dekabrında işıq üzü görmüş və jurnal 1 noyabr 2018-ci il tarixində fəaliyyətini dayandırmışdır. == Hekayə == 2006-cı ilin yanvarında jurnalın naşiri "Highbury Entertainment" 27 milyon funt sterlinq borcla idarəyə getdikdən sonra jurnalın gələcəyi qeyri-müəyyən olmuşdur. Jurnalın 40-cı sayı heç bir nüsxə satmamış, 41-ci nömrə 26 yanvar 2006-cı ildə çıxmalı olsa da, mağazalarda görünməmişdir. Jurnalın internet saytı bağlanmış, lakin bir neçə gün sonra yenidən istifadəyə verilmişdir. 20 yanvar 2006-cı ildə "Imagine Publishing" 23 digər "Highbury" nəşro ilə birlikdə "GamesTM "i satın aldığını açıqlamışdır.2010-cu ilin sentyabr ayında "GamesTM" jurnalın bütün zamanların ən yaxşı 100 oyunundan birini təmsil edən, hər biri 400-dən çox olmayan 100 müxtəlif üz qabığını buraxaraq 100-cü buraxılışını qeyd etmişdir"GamesTM" 2016-cı ildə "Imagine Publishing" portfeli ilə birlikdə "Future Publishing" tərəfindən satın alınmışdır. "Future" jurnalının "artıq gəlirli olmadığını" bildirmiş, onun fəaliyyətinin dayandırılacağını açıqlamışdır. Jurnalın axırıncı nömrəsi 2018-ci ilin noyabrında nəşr olunmuşdur.
Henry James
Henri Ceyms (15 aprel 1843 – 28 fevral 1916) Amerikada doğulmuş ingilis yazıçısıdır. O, 19-cu əsr ədəbi realizimin ən əsas fiqurlarından hesab edilir. O, Henri Ceyms, Sr. nın oğlu, filosof və psixoloq Uilyam Ceymsin və Alis Ceymsin qardaşı idi. Onun Amerika ilə Avropa və Avropalıların yarışını əks etdirən əsərləri onu tanidan ən əsas amildir. Ceyms bədii tənqidə əhəmiyyətli dərəcədə töhfə vermişdir. Ceyms hər hansı bir mətnin oxucular üçün aydın olması üçün ilk və ən önəmlisi real olmalı olduğunu və həyatı özündə əks etdirməli olduğu iddiasını irəli sürmüşdür. Ona görə yaxşı romanlar həyatı hadisələrdə göstərir və ən vacibi maraqlı olur. Onun məhsuldar bəddi yaradıcılığından əlavə o, məqalələr və səyahət kitabları, bioqrafiya, avtobioqrafiya, tənqidi məqalələr və pyeslər çap etdirmişdir. O, həyatının ilk iyirmi ilində Amerika və Avropa arasında tez-tez yer dəyişmişdir, lakin nəhayət 1915-ci ildə ölümündən bir il əvvəl ingilis vətəndaşlığını qəbul etməklə İngiltərəyə yerləşmişdir.
Insomniac Games
Insomniac Games, Inc. (əvvəllər Xtreme Software) — ABŞ videooyun istehsalı şirkəti. Şirkət 1994-cü ildə Ted Prays tərəfindən "Xtreme Software" adı altında təsis edilmişdir və növbəti ilə adını dəyişmişdir. Şirkət ən çox Əjdaha Spayro, Retçet və Klenk kimi erkən PlayStation talismanların müəllifi, eləcə də "Resistance" franşizasının, 2014-cü ildə satışa çıxarılan "Sunset Overdrive" və 2018-ci ildə satışa çıxarılan "Spider-Man" videooyununun istehsalçısı olmaqla tanınır. Şirkətin ilk layihəsi ilk PlayStation konsolu üçün hazırlanan "Disruptor" videooyunu idi. Bu oyunun pis satmasına görə şirkət müflisləşməyə çox yaxın idi. "Insomniac Games" şirkətinin növbəti layihəsi "Spyro the Dragon" idi. Oyunun əldə etdiyi müvəffəqiyyət iki il ərzində daha iki sikvelin satışa çıxarılmasına gətirib çıxarmışdır. a successful video game that spawned two sequels within two years. "Insomniac Games" şirkəti "Sony Computer Entertainment" ilə yaxından əməkdaşlıq edirdi və korporasiya üçün iki oyun franşizası yaratmışdır – "Ratchet & Clank" və "Resistance".
James Adomian
James Haig Adomian (ing. James Adomian; 31 yanvar 1980, Omaha, Nebraska) — ABŞ aktyoru, "Oskar" mükafatı laureatı.
James Ingram
Ceyms İnqrem (ing. James Ingram; 16 fevral 1952, Akron[d], Ohayo – 29 yanvar 2019, Los-Anceles, Kaliforniya) - ABŞ soul musiqiçisi. O daha çox vokalçı kimi tanınsa da, bir çox musiqi alətlərində də ifa edir və musiqi prodüsseri kimi də fəaliyyət göstərir.
James Rollins
Ceyms Rollins (tam adı: James Paul Czajkowski; 20 avqust 1961[…], Çikaqo) — amerikalı yazıçı. Daha çox James Rollins təxəllüsü ilə tanınan amerikalı baytar həkim və baytarlıq təcrübəsindən imtina edərək yazıçılıq fəaliyyətinə başlamışdır. Döyüş, macəra, triller, və texno-triller romanlarının yazıçısıdır. == Əsərləri == Qazıntı (2000) Peruda , And dağlarının aşağı hissəsində , doktor mumiyanı kəşf edir. Cənubi Amerika cəngəlliklərinin dərinliklərində olarkən Conklinin qardaşı oğlu Sem, min illər boyu insan gözündən gizlədilmiş iki zirvə arasında yerləşən əlamətdar bir yerə rast gəlir. Diqqətsiz və şübhəsiz insanları tələyə salmaq üçün dahiyanə tələlər qurulmuşdur və qorxunc naməlumla qarşılaşmaq cəsarəti olanlar üçün təsəvvür edilə bilməyəcək sərvət mükafatı ola bilər. Ancaq bu təhlükəli səyahətin bitdiyi yerdə — nəfəs kəsən nekropolun soyuq, örtülmüş ürəyində — Sam Conklin və onun kəşfiyyat partiyasını başqa bir şey gözləyir. İnsan tərəfindən yaradılan, lakin insan tərəfindən mümkün olmayan bir şey. Möcüzəli bir şey… dəhşətli bir şey… yalnız el Sangre del Diablo kimi tanınan sirli metal(və ya Şeytanın Qanı), yalnız İnkaların ən qədimlərinə məlumdur və sirlərini qorumaq üçün artıq öldürmüş və ölmüş Dominikan keşişlərinin gizli bir sektasıdır.Amazoniya (2002) Dörd il əvvəl Amazon hövzəsinin səhrasında ABŞ-nin tibbi-elmi ekspedisiyası ilə bütün əlaqəbirdən dayandı; 30 nəfərlik komanda itirilmiş və ehtimal ki, ölü elan edildi. İndi onun üzvlərindən biri xristian missiyasına səndələyir, lakin bir neçə saat ərzində ölür.
Kampos Sales
Manuel Ferras di Kampus Salis (15 fevral 1841 — 28 iyun 1913) — Braziliya Respublikasının 4-cü prezidenti, qəhvə istehsalçısı, siyasətçi və vəkil. 1894-cü ildə San-Paulu icra başçısı və senatoru vəzifəsini tutub. Bundan başqa 3 dəfə dövlət başçısı katibi, ədliyyə naziri və millət vəkili olub. 15 noyabr 1898-ci ildə keçirilən seçkilərdə prezident seçilib. Prezidentliyi müddətində sərt maliyyə islahatları aparıb. Bununla da, ölkədə yaranan iqtisadi gərginliyi aradan qaldıra bilib. 28 iyun 1913-cü ildə San-Pauluda vəfat edib.
Lucasfilm Games
Lucasfilm Games (əslində "LucasArts Entertainment" kimi tanınır) — "Lucasfilm" kinostudiyasının oyun studiyası. 2013-cü ilin aprel ayına qədər vəzifələri əyləncə məzmununun istehsalı və yayımlanması idi. "LucasArts" 2013-cü ilin aprel ayından etibarən "Disney"in mülkiyyətində olan oyunların yayımçısı olmuş və sonradan bağlanmışdır. 2021-ci ilin yanvarında "Lucasfilm" lisenziya sahibi kimi "Lucasfilm" franşizaları altında gələcək bütün oyunların istehsal və yayımı üçün "Lucasfilm Games" brendini bərpa etdiyini elan etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Smith, Rob. Rogue Leaders: The Story of LucasArts. San Francisco, CA: Chronicle Books. 2008. ISBN 978-0-8118-6184-7. == Xarici keçidlər == Official website at the Wayback Machine (archived 1996-12-20) The Workshop – Official LucasArts Blog Lucasfilm Games MobyGames saytında.
Propaganda Games
Propaganda Games — Kanadanın Britaniya Kolumbiyasındakı Vankuver şəhərində 2005-ci ildə "Buena Vista Games" (indiki "Disney Interactive Studios") tərəfindən təsis edilən və videooyunlarının istehsalında ixtisaslaşan studiya. "Propaganda Games" 2011-ci ildə, "Tron: Evolution"un istehsalı zamanı bağlanmışdır. == Tarix == "Propaganda Games" studiyası "Buena Vista Games" şirkəti və "EA Canada"nın keçmiş işçiləri tərəfindən 2005-ci ilin aprel ayında yaradılmışdır. Onlar 2005-ci ilin may ayında "Turok" personajının lisenziyasını almış və 3 il sonra, 2008-ci ildə personaj barədə bir videooyun satışa çıxarmışdır. "Turok 2" adlı bir sikvel istehsal prosesində idi, ancaq ağır restrukturizasiya proqramının nəticəsində layihə dayandırılmışdır. Studiya "Tron: Evolution"un istehsalı bitdikdən və "Armada of the Damned" adlı bir "Karib dənizinin quldurları" mözvulu layihə ləğv olunduqdan sonra, 2011-ci ilin yanvar ayında "Disney" tərəfindən bağlamışdır.
Rameş Sippi
Rameş Sippi (sindhi رمیش سپی; 23 yanvar 1947, Kəraçi, Britaniya Hindistanı) — Hindistan rejissoru. == Həyatı == Rameş Sippi 23 yanvar 1947-ci ildə Kəraçidə anadan olub. Ən yaxşı filmləri: "Zita və Gita", "Qisas və qanun".
Rameş Talvar
Rameş Talvar – hind kino, teatr, televiziya rejissoru, prodüseri və aktyorudur. 27 sentyabr 1944-cü ildə Pakistanda anadan olub. Məşhur kinorejissor, yazıçı və dramaturq Saqar Sərhadinin qardaşı oğludur. O 1969–1979 illər ərzində rejissor Yaş Çopranın assistenti olub. 1977-ci ildən başlayaraq rejissor kimi fəaliyyətə başlayıb. Rameş Talvar Doosara Aadmi (1977), Baseraa (1981), Sawaal (1982), Duniya (1984), Zamana (1985), Sahibaan (1993) filmlərinin rejissoru olub. Onun Baseraa adlı filmi ona ən yaxşı rejissor işinə görə Filmfare və Doosra Aadmi mükafatlarını qazandırmışdır.
Rameş Zəkiyev
Rameş Gülverdi oğlu Zəkiyev (27 iyun 2001, Şahağac, Astara rayonu — 15 oktyabr 2020, Hacıməmmədli, Ağdam rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rameş Zəkiyev 27 iyun 2001-ci ildə Astara rayonunun Şahağac kəndində anadan olmuşdur. 10 yaşı olanda atası Gülverdi Zəkiyev vəfat etmişdir. == Hərbi xidməti == Orta məktəbi bitirdikdən sonra 2019-cu ildə hərbi xidmətə yollanmışdır. Həqiqi hərbi xidmət müddətində Ağdam rayonunun Baharlı kəndində xidmət etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Rameş Zəkiyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində minaatan olaraq iştirak etmişdir.Ağdam istiqamətində gedən döyüşlərdə vuruşmuşdur. 15 oktyabr 2020-ci ildə səhər saatlarında Ağdam rayonunun Hacıməmmədli kəndində minamyot mərmisinin düşməsi nəticəsində 2 döyüşçü yoldaşı ilə birgə həlak olmuşdur. Onun cənazəsi 20 oktyabr 2020-ci il doğulduğu boya başa catdığı Astara rayonunun Şahağac kəndinə gətirib dəfn etdilər. Dəfn mərasimində rayon icra nümayəndəsi də iştirak etmişdi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rameş Zəkiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rameş Zəkiyev ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edildi.
Riot Games
Riot Games — mərkəzi Los-Ancelesdə yerləşən videooyun istehsalçısı. Şirkət oyunların yayımı və esports turnirlərinin təşkili ilə də məşğuldur. 2006-cı ildə Brandon Beck və Marc Merrill tərəfindən təsis edilmişdir. "Riot Games"in istehsal etdiyi nüfuzlu oyunlar "League of Legends" və "Valorant"dır. == Tarixi == "Riot Games" 2006-cı ildə təşəbbüskar oyunçular Brandon Beck və Marc "Tryndamere" Merrill tərəfindən oyun şirkəti olmaq məqsədi ilə yaradılmışdır. Şirkət bu məqsədlə ilk məhsulu kimi 2009-cu ilin oktyabrında "League of Legends" oyununu istifadəyə vermişdir. 1 may 2012-ci ildə şirkət 5 milyon dollar mükafatlı Mövsüm 2 Çempionatını (Season 2 Championship) eSports turniniri elan etmişdir. Onların diqqətəlayiq təcrübəli işçiləri mövcuddur. "Warcraft 3 Defense of Ancients" (digər adı ilə Dota) keçmiş işçilərindən olan Stiv "Guinsoo" Feak, Defense of Ancients oyununun fansaytının qurucusu Stiv "Pendragon" Mescon, həmçinin də şirkətin işçi komandasının tərkibində Tom Cadwell də daxil olmaqla onlarla Blizzard heyətinin işçiləri mövcuddur.
Rockstar Games
Rockstar Games (Rockstar NYC kimi də məlumdur) — ABŞ-də yerləşən Take Two Interactive-də videooyunların yaradıcı bölməsidir. Grand Theft Auto və Manhunt seriyaları, Max Payne və Midnight Club kimi məşhur oyunların müəllifidir. Rockstar Games müxtəlif studiyalardan ibarətdir. Bəziləri[hansı?] Take Two Interactive tərəfindən alınanlardan, digərləri isə daxilində yaradılıb Rockstar Games-ə verilənlərdən ibarətdir. Take Two Interactive bir çox studiyaları Rockstar Games tərkibinə versə də bəziləri[hansı?] müstəqil qalmış və ya 2K Games-in bir bölməsi olaraq fəaliyyətə başlamışlar. Rockstar Games 1998-ci ildə Sem Hauzer, Den Hauzer, Terri Dinovan, Ceymi Kinq və Qeri Formen tərəfindən yaradılıb. Rockstar Games-in mərkəzi ofisi Brodveydə yerləşir. Buradakı ofis ictimai əlaqələrlə, marketinqdən tutmuş oyunların yaradılmasına qədər məşğul olur. == Rockstar studiyaları == == Rockstar üçün çalışan digər şirkətlər == Bungie, Rockstar Games üçün Oni və populyar şuter Halonu hazırlamışdır. Bungie Studios, Microsoft tərəfindən alınmazdan əvvəl "Halo", Mac və PC üçün Rockstar nəşrçi kimi buraxılmışdır.
Rokstar Games
Rockstar Games (Rockstar NYC kimi də məlumdur) — ABŞ-də yerləşən Take Two Interactive-də videooyunların yaradıcı bölməsidir. Grand Theft Auto və Manhunt seriyaları, Max Payne və Midnight Club kimi məşhur oyunların müəllifidir. Rockstar Games müxtəlif studiyalardan ibarətdir. Bəziləri[hansı?] Take Two Interactive tərəfindən alınanlardan, digərləri isə daxilində yaradılıb Rockstar Games-ə verilənlərdən ibarətdir. Take Two Interactive bir çox studiyaları Rockstar Games tərkibinə versə də bəziləri[hansı?] müstəqil qalmış və ya 2K Games-in bir bölməsi olaraq fəaliyyətə başlamışlar. Rockstar Games 1998-ci ildə Sem Hauzer, Den Hauzer, Terri Dinovan, Ceymi Kinq və Qeri Formen tərəfindən yaradılıb. Rockstar Games-in mərkəzi ofisi Brodveydə yerləşir. Buradakı ofis ictimai əlaqələrlə, marketinqdən tutmuş oyunların yaradılmasına qədər məşğul olur. == Rockstar studiyaları == == Rockstar üçün çalışan digər şirkətlər == Bungie, Rockstar Games üçün Oni və populyar şuter Halonu hazırlamışdır. Bungie Studios, Microsoft tərəfindən alınmazdan əvvəl "Halo", Mac və PC üçün Rockstar nəşrçi kimi buraxılmışdır.
Samer Tauk
Samer Tauk (3 sentyabr 1998) — Livanlı xizək yürüşçüsü. Samer Tauk Livanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Samer Tauk birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər 15 km məsafəyə sərbəst üsul yarışlarında iştirak etdi. Tauk 47:03.4 saniyəlik nəticəsi ilə 119 atlet arasında 109-cu yeri tutdu və medalçılar sırasına düşə bilmədi.
Samet adası
Samet adası- (tay เกาะเสม็ด)- Siam körfəzində sahəsi-13,1 кm² olan kiçik bir adadır. İnzibati cəhətdən Rayonq əyalətinə aiddir. Materikin cənubundan 6,5 km məsafədə yerləşir. Balaca bir yaşayış məntəqəsi Nadan kəndi vardır. Adanın bütün plyajlarında otellərə rast gəlinir. Samet -sahildə yerləşən çox da iri olmayan adaların içərisində ən irisidir. Bu ada sakit dincəlməyin ən əsas yerlərindəndir. Lxao Layem Ya-Mu-Ko milli parkının tərkibinə daxil olan bu adada zəngin fauna və flora aləmi mövcuddur. Bu adada plyaj istirahətindən əlavə sorfinq, yelkənli idman növləri, su xizək növləri də keçirilir. Adanın ziyarəti ödənişlidir.
Samos müharibəsi
Samos müharibəsi (E.ə. 440 - E.ə. 439) — Afina ilə Samos arasında asılılığın qəbul edilməsi uğrunda başlanan hərbi münaqişə. == Əvvəlki hadisələr == Kiçik Asiya sahillərində inşa edilmiş Milet şəhəri və Samos adası bir-birilərilə üzbəüz yerləşirdilər. Samosun torpağı çox məhsuldar olmadığına görə onun əhalisi çox öncədən materikin yaxın sahilində Miletin yaxınlığında olan Priena şəhərinin ətrafında məskunlaşırdılar. Milet Priena şəhəri üzərində öz haqqlarını irəli sürürdü, bu səbəbdən də bu iki polis arasında bir neçə nəsildən bəri davam edən münaqişə mövcud idi. Yunan-İran müharibələri dövründə Samos və Miletin ikisi də Delos İttifaqına daxil oldu. E.ə. 450-ci ildə Miletdə çevriliş baş verdi, oliqarxik rəhbərlik devrildi, iki tanınmış aristokratik nəslin üzvləri ölüm təhlükəsi altında şəhərdən qovuldu, onların hər birinin başları üçün 100 stater mükafat təyin edildi. Daim demokratları müdafiə edən Afina bu çevrilişə müsbət yanaşdı və yeni hökumətlə müqavilə bağladı.
Samət Əlizadə
Samət Qürbət oğlu Əlizadə (14 mart 1938 – 31 may 2002) — dilçi alim, filologiya elmləri doktoru, əməkdar elm xadimi, pedaqoq. == Həyatı == Samət Qürbət oğlu Əlizadə 1938-ci il mart ayının 14-də Xızı-Bərmək mahalının baş kəndi olan Xızıda anadan olmuşdur. O, orta təhsilini Siyəzən rayonunda almış, 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. Samət Əlizadə 1966-cı ildə elmlər namizədi, 1992-ci ildə isə “XVI əsr Azərbaycan ədəbi dili” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. O, azəri-türk dilçiliyinin çox sahələri üzrə görkəmli nailiyyətlər əldə etmiş alimdir. Samət Əlizadə bir çox beynəlxalq elmi yığıncaqların fəal iştirakçısı olmuş, Azərbaycan türk dilinin təbliğində böyük əmək sərf etmiş dilçi alimdir. O, 1965-ci ildə öz taleyini müəllimlik kimi çətin və şərəfli vəzifəyə bağlamış, Azərbaycan Dövlət Universitetində dərs demişdir. Onun hazırladığı tələbələr arasında onlarla tanınmış dilçi-türkoloq vardır. Bir dilçi alim kimi, Samət Əlizadəni daha çox dilimizin tarixi maraqlandırmışdır. Tədqiqat obyekti kimi XVI yüzilliyi seçmişdir.
Someş çayı
Someş çayı — Rumıniyanın şimal-qərbində yerləşir, Macarıstanda Titsa çayının sol qoludur. == Fiziki xüsusiyyətləri == Mənbəyi Someşul Mare çayı da daxil olmaqla, çayın uzunluğu 415 kilometrdir. Macarıstan ərazisindən 50 km məsafədə axır.Someş çayı Rumıniyada uzunluğuna görə beşinci çaydır. Çayın hövzəsi Mikada Dej, Someşul Mare və Someşul Mic çaylarının təxminən 4 km yuxarı hissələrinin birləşməsindən formalaşır. Someşul Mic çayı Apuseni dağlarından və Rodna dağlarında Someşul Mare bulağından başlayır.
Theo James
Teo Ceyms (ing. Theo James; doğum adı: Teodor Peter Ceym Kinnaird Taptiklis (ing. Theodore Peter James Kinnaird Taptiklis); 16 dekabr 1984, Oksford) — ingilis kino və televiziya aktyoru. == Erkən həyatı və təhsili == Teo Ceyms 16 dekabr 1984-cü ildə Oksfordda Philip Taptiklis və Jane Martinin ailəsində anadan olub. Onun ata tərəfdən babası yunandır; Peloponnesdən Yeni Zelandiyaya köçüb. O, həmçinin anası tərəfdən Şotland və İngilis mənşəlidir. Ceyms ailənin ən kiçik uşağıdır - onun iki böyük qardaşı və iki bacısı var. Nottingem Universitetini fəlsəfə ixtisası üzrə bitirib. Bristol Old Vic Teatr Məktəbində aktyorluq təhsili alıb. == Şəxsi həyatı == Ceyms 2016-cı ilin iyun ayında Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı ilə birlikdə Yunanıstana getmiş və burada suriyalı qaçqınlarla görüşmüş və onların vəziyyəti haqqında məlumat almışdır.