DIAL

dial1

n 1. siferblat; 2. disk (dairəşəkilli lövhə: televizorda və s.)

dial2

v yığmaq (telefon nömrəsini); zəng etmək; Dial the number! Telefon nömrəsini yığ! / yığın!; to ~ the police station polis məntəqəsinə zəng etmək / vurmaq

DIAGRAM
DIALECT
OBASTAN VİKİ
Fəhlə Dialoqu (1979)
Fəhlə dialoqu (film, 1979)
Heliqoland dialekti
Heliqoland dialekti (Halunder) — Şimali friz dilinin dialekti. Almaniyanın Şimal dənizində yerləşən Heliqoland adasında danışılır.
Kabil Əfşar dialekti
Əfşar və ya Əfşari adlanan Azərbaycan türkcəsinin dialektlərindən biri — Türk dillərinin Oğuz dilləri qrupuna daxildir. Alman əsilli altayşünas və türkoloq Gerhard Dörfer Kabil Əfşar dialektini Azərbaycan dilinin dialektlərinin XIV (14-cü) qrupuna aid edir. Bu dialektdə danışan qruplar hal-hazırda Azərbaycanda, Türkiyədə, İranda, Suriyada və Əfqanıstanda yaşamaqdadırlar. Ethnologue və Glottolog bu dialkekti Cənubi Azərbaycandakı dilin dialekti olaraq qruplaşdırmışdır. İranika Ensiklopediyası isə onu müstəqil Cənubi Oğuz dili kimi təqdim edir. İslam Ensiklopediyasının üçüncü nəşrində bunlar qeyd edilmişdir: Linqivistik olaraq Əfşari Türk dillərinin Cənubi Oğuz qrupuna (cənub-qərbi türk dilləri) aid edilir (Johanson, History of Turkic, 82–3), və ya Cənubi Azərbaycan türkcəsinin dialekti kimi təqdim edilir. Farsdilli bir mühitdə yerləşdiklərinə görə, bir çox hallarda farsi dili əfşarların ana dilinə çevrilmişdir. Digər qruplar isə ikidilli olmuşdurlar (Kirmanda olduğu kimi). Bundan başqa, görünüşə görə, digər dillərlə olan kontaktlar orijinal dialekti transformasiya etmişdir. 2009-cu ildə müxtəlif Əfşar qruplarının linqvistik müqayisəsi diqqətəlayiq olaraq qalır.
Koroşi dialekti
Koroşi dialekti (Bəlucca: کوروشی)—Hind-Avropa dil ailəsinin Şimal-qərbi İran dillərindən və Bəluc dilinin dialektlərindəndir ki fars ostanının cənubunda yaşayan bəluclar tərəfindən danışılır. Koroşi dialektində danışanların sayı 2006-cı ildə 1000 nəfər olduğu təxmin edilib.
Modal dialoq boksu
Modal dialoq boksu ( ing. modal dialog box, ru. модальное диалоговое окно) - qrafik istifadəçi interfeysində (GUI): bu dialoq boksunu (pəncərəsini) qapadanadək istifadəçinin ana proqramla işini bloklayan dialoq boksu (DIALOG BOX). Modal dialoq bokslarından, adətən, aşağıdakı hallarda istifadə olunur: • İstifadəçinin hansısa informasiyanı daxil etməsi tələb olunduqda; bu, sadəcə, “hə/yox” cavabı da ola bilər, ana proqramın işini davam etdirməsi üçün çoxlu sayda verilənlər də. • İstifadəçinin diqqətini mühüm bir şeyə cəlb etdikdə; erqonomika mütəxəssisləri bu variantı tez-tez tənqid edirlər, çünki proqramın bütövlükdə işini bloklamaq üçün nadir hallarda tam əsas olur. Ancaq bu variantdan yenə də istifadə olunur, çünki proqramlaşdırma baxımından onun reallaşdırılması daha asandır. • İstifadəçiyə, onun yerinə yetirdiyi əməliyyatın ləğv edilməsinin mümkünsüzlüyünü göstərmək və həmin əməliyyatı təsdiqləmək tələb olunduqda. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Moldav dialekt
Moldav dili — Moldova Respublikasında işlədilən rumın dilinin iki adından biri. Moldovanın rəsmi dilinin "moldav dili" adlandırılması daha çox İkinci dünya müharibəsi başlanan zaman Moldovanın SSRİ-yə birləşdirilməsi ilə əlaqədardır. Moldova Prezidentinin səlahiyyətlərini icra edən Mixay Gimpu bu məsələ ilə bağlı parlamentdə çıxış edib. O, bildirib ki, "moldav və rumın dillərinin eyniliyi hamı tərəfindən tanınıb. Artıq hər şeyi öz adı ilə çağırmaq, Stalinin dillər haqqındakı nəzəriyyəsinin arxasında gizlənməkdən qaçmaq lazımdır". Moldova parlamentinin rəhbəri bəyan edib ki, moldav və rumın dillərinin eyniliyi haqqında qərarı Rusiya, Rumıniya, Moldova və digər ölkələrin elmlər akademiyaları veriblər. Bu ideya respublikanın yeni konstitusiyası layihəsində əksini tapıb.
Nuxa dialekti
Şəki dialekti və ya əvvəlki adı ilə Nuxa dialekti — Azərbaycan dilinin dialektlərindən biri. Azərbaycan dilinin dialekt və şivələrinin formalaşması Azərbaycan xanlıqları və sultanlıqlarının yarandığı XVIII əsrə gedib çıxsa da, Nuxa dialekti fərqlənir. Oleq Mudrak(ru) tərəfindən həyata keçirilən dillər arasındakı uyğunluq analizinə və morfologiya və tarixi fonetikaya əsaslanan qlottoxronologiya metodlarına əsasən Nuxa dialektinin ümumazərbaycan dilindən ayrılması Əmir Teymurun (~1360-cı il) dövrünə gedib çıxır. Şəki şivəsi bəzi xüsusiyyətləri etibarilə cənub ləhcəsinin qədim izlərini daşıyır. Bunun səbəbi tarixən olmuş miqrasiyanın — Azərbaycanın cənub hissəsindən əhalinin köçürülməsidir. Həmçinin bəzi dialektik xüsusiyyətlər Qarabağdan Şəkiyə köçmüş və yerlilərlə qarışmış əhalidən miras qalmışdır. Filologiya elmləri doktoru Məmmədağa Şirəliyev tarixi–coğrafi prinsip əsasında Şəki dialektini Şimal qrupuna aid edir: Alman əsilli altayşünas və türkoloq Gerhard Dörfer Nuxa dialektini Şimal qrupuna aid edir: İsveçli dilçi və türkoloq Lars Yohanson Nuxa dialektini Şimal qrupu dialektlərinə aid edir: cincar — kicitkən, gürcü dilində eyni mənada işlənir; məngəl — oraq, qədim gürcü dilində orağa manqal deyilirdi; axşebı — yer adı, gürcü dilində axo — əkin yeri, eb — cəm şəkilçisidir.
Provans dialekti
Provans dialekti (oks. Provençau və ya Prouvençau) — Oksitancanın dialektlərindəndir ki, Fransanın cənubunda əsasən Provansda danışılır.
Provansal dialekti
Provans dialekti (oks. Provençau və ya Prouvençau) — Oksitancanın dialektlərindəndir ki, Fransanın cənubunda əsasən Provansda danışılır.
Qazax dialekti
Qazax dialekti və ya Qazax ləhcəsi — Azərbaycan dilinin qərb dialektləri qrupuna daxil olan dialekt. Azərbaycanın Qazax, Ağstafa və Tovuz rayonlarında, Gürcüstanın Dmanisi və Marneuli bələdiyyələrində geniş yayılmışdır. Qazax dialektində, eləcə də Azərbaycan ədəbi dilində 9 sait fonem var. Amma bu ləhcədə onların uzun və qısa variantları var. Onda ilkin uzunluq yoxdur, o, müəyyən samitlərin, əsasən h, y, qismən v, ğ, k, n, l səslərinin düşməsi nəticəsində yaranır. Uzanma əsasən a, ə, o, ö, qismən e, i, u, ü saitləri ilə əlaqəlidir. Məsələn, ā (ikiqat a) da < daha (hələ), ça < çağa (yeni doğulmuş); ə̃ — də̃ < dəyə (ayaqda), sə̃r < səhər, Zə̃m < Zəyəm (Şəmkir r-nunda kənd); ī — īd < igid (cigit), īrmi < iyirmi (iyirmi), çid < çiyid; ē — dēr < deyir, yēr < yeyir; ō — dōr < doyur (doyur), dōğa < dovğa; õ — dõr < döyür (vurur), qarõz < qara göz (qara göz); ū — qurdūm < qurdugum (mən tikdirmişəm); ŭ — gŭm < güyüm (mis küp). Saitlər Sandhi ilə də uzadılır: bizə̃l < bizə gəl (bizə gəl), nəsirdi < nə gəzirdi (başqa yerdə olmaq). Qazax dialektində qapalı saitlərin ''(ı, i, u, ü)'' qısa variantları vardır. Qısalıq, bir qayda olaraq, kökün birinci vurğusuz hecasında görünür, məsələn: ''kilim, sini, qıfıl, qutu''.
Qaşqay dialekti
Qaşqay dili və ya Qaşqay dialekti — İranda təxminən 1,5 milyon Qaşqayın danışdığı və oğuz dil qrupuna aid türk dili və ya Azərbaycan dilinin dialekti. Qaşqay dili Azərbaycan dilinə çox yaxındır və bir neçə mütəxəssis tərəfindən bu dilin ləhcələrindən birisi kimi qəbul edilir. Qaşqayların əslən Azərbaycandan (Ərdəbil və ətraf ərazilərdən) 16-cı əsrdə İranın cənubuna köçürülmüş bir toplum olması bu fikrin əsaslı olduğunu qənaətləndirir. Alman əsilli altayşünas və türkoloq Gerhard Dörfer Qaşqay dialektini Azərbaycan dilinin dialektlərinin 10-cu qrupuna aid edir. Fars ostanı: Şiraz, Firuzabad, Qir və Karzin, Xünc, Mərvdəşt, Zərgan, Beyza, Cəhrüm, Abadə, Kəvar, Laristan, Zərrindəşt, Fəraşbənd, Kazirun, Kuhçenar, İqlid, Sipidan və Məməsəni şəhərləi. İsfahan ostanı: Şəhrza, Səmirüm, Dehagan, Lincan və Fəridən şəhərləri. Çahar-Mahal və Bəxtiyari ostanı: Bürucin, Şəhrikürd və Saman şəhərləri. Kohgiluyə və Boyer-Əhməd ostanı: Gəçsaran Buşehr ostanı: Dəştistan, Dəşti və Buşehr şəhərləri. Xuzistan ostanı: Əhvaz, Həftkel, Omidiyə və Ramhürmüz şəhərləri. XX əsrə qədər Qaşqay dilində ədəbiyyata rast gəlinmir.
Qora dialekti
Qora dialekti, Qorani və ya Naşinski (sözün əsl mənası "bizim dilimiz") Cənubi Slavyan dillərinin bir çeşididir ki Kosovo, Albaniya və Makedoniya Respublikası arasında sərhəd sahəsində Qorani xalqı tərərəfindən danışılır. Torlak dialekti qrupunun bir hissəsidir ki, şərqi və qərbi Cənubi slavyan dilləri arasında olan keçid dialektidir. Qora dialekti Qora regionunda danışılır.Kosovada 18 kənddə, Albaniyada 11 kənddə və Makedoniyada 2 kənddə danışılır.
Quba dialekti
Quba dialekti — Azərbaycan dialektlərinin mövcud bölgüsünə əsasən şərq qrupuna daxildir. Bu ləhcə Xəzərin qərb sahili zonasının şimal-şərq hissəsinin (Dərbənd, Quba, Bakı, Şamaxı, Salyan) şivələrini əhatə edir. Üç şivə qrupu fərqlənir: 1) Bakı-Şamaxı, 2) Quba, 3) Dərbənd. Filologiya elmləri doktoru, görkəmli dilçi Məmmədağa Şirəliyev Quba dialektinin Quba, Xudat, Qusar və Xaçmaz bölgələrinin şivələrini əhatə etdiyini bildirib.
Samba Yakob Diallo
Samba Yakob Diallo (d. 1958) — Qvineyalı boksçu. Samba Diallo Qvineyanı 1988-ci ildə XXIV Yay Olimpiya Oyunlarında təmsil etdi. Samba Diallo birinci dəfə Olimpiya Oyunlarına 1988-ci ildə qatıldı. O, Seulda baş tutan XXIV Yay Olimpiya Oyunlarında kişilər 54 kq çəkidə, 1/32 final mərhələsində Puerto-Rikonun nümayəndəsi Felipe Nieves ilə üz-üzə gəldi. Həmin görüşdə Samba Diallo rəqibinə 0:5 hesabı ilə uduzdu.
Sent onje dialekti
Sentonje dialekti-Fransanın qərb sahilinin yarıya qədərində, keçmiş Sentonje, Onis və Anqumua vilayətlərində (ki indi hamısı Şarant, Şarant-Maritim, habelə qonşu Do-Sevr,Vande və Jirond departmanlarının neçə hissələri tərkibinə daxil ediliblər),danışılan dialektdir.
Sentonje dialekti
Sentonje dialekti-Fransanın qərb sahilinin yarıya qədərində, keçmiş Sentonje, Onis və Anqumua vilayətlərində (ki indi hamısı Şarant, Şarant-Maritim, habelə qonşu Do-Sevr,Vande və Jirond departmanlarının neçə hissələri tərkibinə daxil ediliblər),danışılan dialektdir.
Sibin dialekti
Sibin dialekti — sibo xalqının dili. Çinin Sintsyan-Uyğur muxtar vilayətinin Çapçal-Sibo muxtar qəzasında məskunlaşıblar. Altay dilləri Tunqus-mancur dilləri xətinə aiddir. 2000-ci il üçün danışanların sayı 30 min nəfərdir. Çin alimləri sibin dialektini müstəqil dil hesab edirlər, rus tədqiqatşıları isə onu mancur dilinin dialekti qəbul edirlər. Kiril qrafikalı əlifbalı dillər siyahısı Li Shulan, Zhong Qian, Wang Qinfeng, (1984) Xībóyǔ kǒuyǔ yánjiū, Beijing: Minzu Chubanshe; Norman, Jerry. 1974. "Structure of Sibe Morphology", Central Asian Journal; K. Yamamoto. Mashūgo kōgo kiso shū. A Classified Dictionary of Spoken Manchu.
Sokratik dialoq
Sokratik dialoq (q.yun. Σωκρατικὸς λόγος) — Sokratik metodun tətbiq olunduğu dialoqlar. Eramızdan əvvəl IV əsrin əvvəllərində Yunanıstanda inkişaf etmiş ədəbi nəsrin janrı. Bu növün ən qədim nümunələri Platon və Ksenofon tərəfindən verilmişdir və hamısında Sokrat baş qəhrəman kimi iştirak edir. Sokrat çox vaxt əsas iştirakçı olsa da, onun dialoqda olması janr üçün o qədər də vacib deyil. Bu gün istinad edilən Sokratik dialoqların əksəriyyəti Platonun dialoqlarıdır. Platonik dialoqlar sonrakı filosofların istifadə etdiyi ədəbi janrı müəyyənləşdirdi. Platon təxminən 35 dialoq yazmışdır ki, onların əksəriyyətində Sokrat baş qəhrəmandır.
Sonqur dialekti
Sonqur dialekti və ya Sunqur şivəsi — Türk dillərinin Oğuz dilləri qrupuna daxildir. Alman əsilli altayşünas və türkoloq Gerhard Dörfer Sonqur dialektini Azərbaycan dilinin dialektlərinin XII qrupuna aid edir. Kirmanşah da danışılır. Sonqur dialekti Qaşqay dili və Aynallu ləhcəsi ilə birlikdə Cənubi Oğuz dilləri qrupuna aid ləhcədir. Azərbaycan dilinin Cənubi Azərbaycan dialektlərinə yaxın olsa da bununla yanaşı türkməncə və xorasan türkcəsi ilə də yaxındır. Bu ləhcədə əsasən Sonqur şəhərində və bölgəyə aid olan iki kənddə, Fərhad-xan və Gurvedə danışılır.
Lobnor dialekti
Lobnor dialekti və ya Lobnor dili — qarluq qrupuna daxil olan türk dili və ya uyğur dilinin şərq dialekti. == Təsnifi == Daha yeni tədqiqatlar göstərir ki, Lobnor dilinin xüsusiyyətləri onun digər uyğur dialektləri ilə əlaqəsini təsdiqləyir. Bəzi tədqiqatçılar lobnorlular ilə qırğızlar arasında sıx əlaqəyə dair fərziyyələr irəli sürmüşlər, lakin türk dillərinin təsnifatında ənənəvi meyarları nəzərə alındıqda, Lobnor dialektinin cənub-şərq türk dillərinin şərq qoluna aid olduğunu təsdiq etmək mümkün olar. Hər halda, Lobnor dialektinin dil xüsusiyyətləri onun digər uyğur dialektlərindən fərqli özünəməxsus xüsusiyyətləri olduğunu göstərir. Bu xüsusiyyətlərə ciddi ahəng qanunu, mütərəqqi samitlərin assimilyasiyası, ahəng qanunu və mütərəqqi assimilyasiya nəticəsində yaranan bəzi törəmələrin və inyektiv şəkilçilərin müxtəlif icrası, genitiv-akkusativ yaxınlaşma, sadə indiki/gələcək zaman və s. aiddir. Güman edilir ki, samitlərin mütərəqqi assimilyasiyası türk dillərinin bu sahədə təmaslarının nəticəsidir, qalan xüsusiyyətlər isə Lobnor dialektinin daxili inkişafına aiddir. Belə ki, özünəməxsus xüsusiyyətlərinə görə başqaları tərəfindən lobnorluların dilini uyğur dilinin ləhcəsi kimi deyil, özünəməxsus dil kimi təsnif etmək təklifləri də olmuşdur. Odur ki, dili dialektdən ayırmaq üçün ümumi qəbul edilmiş meyar yoxdur. Bəzi hallarda dili müəyyən etmək demək olar ki, qeyri-mümkündür və ya dialekt yalnız linqvistik sübutlarla məhdudlaşır.
Dialekt kontinuumu
Dialekt kontinuumu (lat. continuum – yüyürüşmə) — dilçilikdə individual dialektlər arasında minimal fərqlərlə müəyyən ərazidə fasiləsiz məkan ardıcıllığı təşkil edən dialektlər toplusu mənasında işlənən termin. Kontinuum problemi müqayisəli-tarixi dilçilikdə mühüm yer tutur. Köhnə ədəbiyyatda istifadə olunan terminlərə dialekt sahəsi (Leonard Blumfild) və L-kompleks (Çarlz F. Hokett) daxildir.
Dialektologiya
Dialektologiya — (yunan dilində διάλεκτος, dialektos, "danışma, dialekt"; və -λογία, -logia "elm") — dilçilikdə dialekt və şivəni öyrənən elm sahəsidir. O, ilk növbədə coğrafi paylanmaya və onların əlaqəli xüsusiyyətlərinə əsaslanaraq dildəki variasiyaları öyrənir. Dialektologiya iki yerli dialektin ortaq əcdaddan ayrılması və sinxron variasiya kimi mövzularla məşğul olur. Dialektoloqlar son nəticədə regional ərazilərə uyğun gələn qrammatik, leksik və fonoloji xüsusiyyətlərlə məşğul olurlar. Beləliklə, onlar adətən nəinki müəyyən ərazilərdə nəsillər boyu yaşamış əhali ilə deyil, həm də dillərini yeni ərazilərə gətirən miqrant qrupları ilə məşğul olurlar. == Dialektologiyanın əsas anlayışları == Dialekt anlayışı altında dilçilikdə dilin məhdud ərazidə işlədilən növü (variantı) nəzərdə tutulur. Dialekt bütün dilə xas olan əlamətlərlə yanaşı, eyni zamanda özünəməxsus xüsusiyyətləri ilə səciyyələnir. Dialektologiyanın əsas anlayışları və terminləri bunlardır: şivə, şivələr qrupu, ləhcə, dialekt, keçid (aralıq) şivə və izoqloss. Şivə dilin dialekt bölünməsinin ən kiçik vahididir. O, bir və ya bir neçə yaşayış məntəqəsi sakinlərinin nitqində meydana çıxır.
Tərəfdaşlıq və Dialoq üçün Qara Dəniz Forumu
Tərəfdaşlıq və Dialoq üçün Qara Dəniz Forumunun (BSF) ilk sessiyası – iyun 2006-cı il tarixlərində Buxarestdə keçirilmişdir. Forum Rumıniya təşəbbüsü ilə baş tutmuşdur və ilkin olaraq prezidentlər səviyyəsində hər il müntəzəm keçirilən sammitlər və həmin illik fasilələr ərzində tematik və ya sektorlar üzrə əməkdaşlıq görüşlərinin keçirilməsi nəzərdə tutulur. Sessiyaların keçirilmə məkanı üzv dövlətlər arasında növbəli şəkildə razılaşdırılmaqla seçilir. Forum yeni regional institutlar yaratmaq məqsədi daşımır, əksinə, geniş Qara dəniz regionu ölkələri (Cənubi Qafqazdan Xəzər dənizinə qədər daxil olmaqla) və bu qrup ölkələrlə beynəlxalq təşkilatlar arasında müntəzəm məsləhətləşmə prosesinə çevrilmək məqsədi daşıyır. İlk sammitdən sonra başqa sammitlərin keçirilməsi nəzərdə tutulmayıb. Rumıniya və Bolqarıstan Aİ-yə daxil olduqdan sonra Forum Şimali Avropa ölkələri və Baltik dənizi ölkələri üçün Şimal Ölçüsü təşəbbüsünə bənzər Qara və Xəzər dənizi dövlətləri ilə əməkdaşlıq üçün Aİ təşəbbüsü formasını aldı. Rumıniya prezidenti Trayan Besesku, Moldova prezidenti Vladimir Voronin, Ukrayna prezidenti Viktor Yuşşenko, Gürcüstan prezidenti Mixail Saakaşvili, Ermənistan prezidenti Robert Köçəryan, Azərbaycan prezidenti İlham Əliyev, Türkiyənin dövlət naziri və Bolqarıstanın bir nümayəndəsi parlamentin ilk iclasında Birgə Bəyannamə imzalayıblar. Onlara ABŞ, NATO və Aİ-nin yüksək səviyyəli rəsmiləri də qoşulub.
Salyan dialekti
Salyan dialekti — Azərbaycan dilinin dialekti. Şərq dialekt qrupuna daxildir. Azərbaycanın Salyan rayonunda geniş yayılmışdır. Məhəmmədəli Hüseynzadə (1760–1852) — ilahiyyatçı alim, Qafqaz Müsəlmanlarının I Şeyxülislamı (1823–1846). Əhməd Hüseynzadə (1812–1887) — ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin III Şeyxülislamı (1862–1884). Əbülhəsən Vaqif (1845–1914) — XIX əsr şairi. Axund Mirbağır Ağa Ağazadə (1857–1941) — din və ictimai xadim. Əli bəy Hüseynzadə (1864–1940) — alim, filosof, rəssam və həkim. Əsədulla bəy Muradxanov (1866–1942) — ictimai-siyasi xadim, maarifçi və publisist, birinci çağırış Dövlət Dumasının Bakı quberniyasından deputatı. Baxış bəy Rüstəmbəyov (1870–1942) — Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin deputatı, Cavad qəzasının zabiti.