MİSTİFİKASİYA

сущ. мистификация (намеренное введение кого-л. в заблуждение, в обман)
MİSTERİYA
MİSTİFİKASİYAÇI
OBASTAN VİKİ
Spagetti ağacı mistifikasiyası
Spagetti ağacı mistifikasiyası (ing. Spaghetti-tree hoax) – 1957-ci ildə BBC tərəfindən Ümumdünya gülüş günündə yayımlanan 3 dəqiqəlik xəbər və onun səbəb olduğu hadisə. BBC kanalının "Panorama" adlı verilişində İsveçrənin cənubunda yaşayan bir ailənin guya "spagetti ağacı"ndan spagetti topladığını əks etdirən video yayımlanmışdır. Həmin dövrdə Birləşmiş Krallıqda spagetti populyar olmadığı üçün insanların çoxu spagettinin un və sudan ibarət olduğunu bilmirdi və bu xəbərdən sonra bir çox britaniyalı öz spagetti ağaclarını yetişdirmək üçün BBC kanalı ilə əlaqə saxlamışdır. İllər sonra CNN bu hadisəni "hansısa nüfuzlu xəbər qurumu tərəfindən həyata keçirilmiş ən böyük mistifikasiya" adlandırmışdır. == Yayım == Video-xəbər 1957-ci ilin 1 Aprel günü üçün zarafat məqsədilə hazırlanmışdır. Videoda İsveçrənin cənubunda yerləşən Tiçino kantonunda yaşayan bir ailənin mülayim keçən bir qış mövsümündən sonra "spagetti ağacı"ndan spagetti toplaması əks olunmuşdur. Xəbərdə ideal uzunluqda spagettiləri əldə etmək üçün görülməli olan işlər də müzakirə olunmuşdu. Əslində isə bəzi səhnələr Hartfordşirdə yerləşən Pasta Foods fabrikində (indi bağlıdır) və İsveçrənin Kasraqnola qəsəbəsindəki oteldə lentə alınmışdı. "Panorama" verilişinin müxbiri Çarlz de Yaeqer bu ideyanı Avstriyada oxuyarkən yaşadığı təcrübəni xatırladıqdan sonra fikirləşmişdir.

Digər lüğətlərdə

безысхо́дно заре́ченский изгрязни́ться неоли́т предсказа́тельный ревмати́зм травя́ник вика́рий непредупреди́тельный пришиби́ть сарма́тка сосе́душка трансплантоло́гия узако́нить этати́зм ampullate assentor cinemaddict corroboration fascinate Mawworm pasteurize unify unlade мультиплан