dilinin üstünə nabat qoymaq

bax dilini şirin etmək
dilinin üstündə ot çıxmaq
Dilinlə tələsmə, əməlinlə tələs.
OBASTAN VİKİ
Nabat
Nabat-Meyvə şirəsilə qənd qarışığından hazırlanan şəffaf kristalik şirni növü.
Aşıq Nabat
Aşıq Nabat (Nabat Paşa qızı Cavadova; 1914, Xanlıqlar, Şərur-Dərələyəz qəzası – 3 oktyabr 1973, Siyaqut, İliç rayonu) — Azərbaycan aşığı. == Həyatı == Aşıq Nabat 1914-cü ildə Naxçıvanın Şərur rayonunun Parçı kəndində anadan olub. 1934-cü ildə ailəsi ilə Bərdə rayonuna köçmüş, burada Göyçəli aşıq Musanın şagirdi olmuş, aşıqlıq sənətinin sirlərinə yiyələnmişdir. Məlahətli səsi və gözəl ifaçılıq qabiliyyəti ilə qadın həmkarları arasında şöhrət qazanmışdı. Bakıda və 1938-ci ildə Moskvada keçirilən ədəbiyyat və incəsənət ongünlüklərinin, folklor festivallarının iştirakçısı olmuş, diplomlarla mükafatlandırılmışdır. Aşıq Nabat Azərbaycan aşıqlarının ikinci (1938) və üçüncü (1962) qurultaylarımn nümayəndəsi olmuş, Moskvada keçirilmiş Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə (1940) iştirak etmişdir. 3 oktyabr 1973-cü ildə Naxçıvanın Şərur rayonunun Siyaqut kəndində vəfat etmişdir. == İstinadlar == == Mənbə == Əzizə Cəfərzadə. Azərbaycanın aşıq və şair qadınları, Bakı, Gənclik, 1991. (səh.
Nabat Abdullayeva
Nabat Abdullayeva (tam adı: Nabat Cumay qızı Abdullayeva; 25 may 1925, Nuxa – 27 dekabr 2006, Bakı) — Azərbaycan dilçisi, filologiya elmləri doktoru (1980), professor (1982). 1950-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir. 1954-cü ildən həmin institutda pedaqoji fəaliyyət göstərmişdir. Azərbaycan dilinin morfologiyası və sintaksisi sahəsində tədqiqatları var. Ali məktəb tələbələri üçün bir sıra dərs vəsaitlərinin müəllifidir.
Nabat Aşurbəyova
Aşurbəyova Nabat Qoca qızı (1795, Bakı – 7 dekabr 1912, Bakı) — məşhur Azərbaycan xeyriyyəçi-mesenat, şəxsi vəsaiti hesabına Təzəpir məscidini tikdirib. Nabat Aşurbəyova 1795-ci ildə Bakı şəhərində Qoca bəy Aşurbəyovun ailəsində dünyaya gəlmişdir. O, öz səxavəti və xeyirxahlığına görə ad qazanmış, neft mədənlərinə və bir çox böyük imarətlərə malik olmuş, şollar su kəmərinin çəkilməsinə külli miqdarda pul xərcləmiş, Sabunçu xəstəxanasında kasıb və yetimlərin müalicəsini öz üzərinə götürmüş, tatar küçəsində (sovet dövründə Krupskaya, indi A. Topçubaşov) hamam tikdirmişdir. Həmin hamam həftənin bir gününü kasıblar və kimsəsizlər üçün pulsuz işləyirdi. Onun şeirlər yazdığı da məlumdur. Təəssüf ki, həmin şeirlər sonrakı nəsillər üçün saxlanmamışdır. Onun həyatındakı ən böyük işi Bakı şəhərində tikdirdiyi (1905–1914-cü illər) Təzəpir məscididir. Hal-hazırda həmin məsciddə Qafqaz Müsəlmanları Ruhani İdarəsi yerləşir. Bu məscidin tikilməsində o, ilk diplomu azərbaycanlı memar, Sankt-Peterburq Mülki İnşaat Mühəndisliyi İnstitutunun məzunu Zivər bəy Əhmədbəyovun xidmətlərindən istifadə etmişdir. Sonrakı illərdə o, Bakı şəhərinin ilk baş memarı olmuşdur.
Nabat Məhərrəmqızı
Nabat Məhərrəm qızı Səmədova (d. 4 iyul 1950) — Azərbaycan rəssamı, Azərbaycanın əməkdar rəssam (2018). N.Səmədova 1974-cü ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini bitirmişdir. 1980-cı ildə o, Moskvada Ümumittifaq İxtisasartırma kurslarında "Quruluşçu rəssam" ixtisasına yiyələnmiş, 1975-ci ildə isə Lənkəran Dövlət Dram Teatrında quruluşçu rəssam kimi fəaliyyətə başlamışdır. Lənkəran teatrında ilk işləri "Oqtay Eloğlu", "Dağılan tifaq", "Bahalı oğlan" və s. tamaşalar olmuşdur. 1982-ci ildə N.Səmədova Sumqayıt Dövlət Musiqili Dram Teatrına quruluşçu rəssam təyin edilmişdir. Bu teatrda rəssam H.Cavidin "Afət", İ.Karaçalının "İtirilmiş məktub", A.Abdulinin "13-cü sədr" əsərlərinə uğurlu tərtibatlar vermişdir. Rəssamın son dövr yaradıcılığı Azərbaycan Dövlət Musiqili Komediya Teatrı ilə sıx bağlı olmuşdur. N.Səmədova bu teatrda S.Fərəcov, Ə.Əmirlinin "Səhnədə məhəbbət", O.Rəcəbov, A.Babayevin "Əlin cibində olsun", R.Mustafayev, C.Məmmədovun "Məsmə xala dayımdır", R.Əkbərin "Bəydullanın möhtəşəm toyu", S.Fərəcov, R.N.Güntəkinin "Bir günlük siğə" musiqili komediyalarına maraqlı, tamaşaların bütövlüyünə xidmət edən bədii tərtibat vermişdir.
Nabat Səmədova

Pəhləvan Nabat
Pəhləvan Nabat (1812, Şuşa – XX əsr) — Qarabağın adlı-sanlı güləşçisi[mənbə göstərin] Nabat Məşədi Səfərəli oğlu 1812-ci ildə Şuşa şəhərinin Qurdlar məhəlləsində anadan olmuşdu. Dabbaqlıqla məşğul idi. Pak Xorasan torpağını, Məşhədi-müqəddəsi ziyarət etmişdi. Məşədi Nabat hündür, qolu zorlu bir adam idi. Cəfərqulu xan Cavanşirin pəhləvanı idi. Xan şərq dünyasından tanınmış pəhlivanları Şuşaya dəvət edər, Məşədi Nabatla güləşdirərdi. Tarixçi Baharlı yazır: "Belə ki, bundan əqdəm Dördlər qurdu məhəlləsində bir pəhləvan var idi. Onun adı pəhləvan Nabat və sənəti dabbağlıq idi. Çox zorlu və güləşkən adam idi. Baharlı Pəhləvan Nabat haqqında yazır: "Və heç kəs onun arxasın yerə qoymayıbdır.
Nabat (film, 2014)
Nabat — Elçin Musaoğlunun tammetrajlı bədii filmi. Film “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb. Film Qarabağ müharibəsini əks etdirir. “Nabat” filmində güclü milli ruhun daşıyıcısı olan Azərbaycan qadınının parlaq obrazı yaradılıb. Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə 2014-cü ildə lentə alınıb. Filmin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Hamed Sabet, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur. Ekran əsərində rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırıblar. 2016-cı ildə Meksikanın paytaxtı Mexiko şəhərində Azərbaycan Kinosu günləri çərçivəsində nümayiş etdirilmişdir. 71st Venice International Film Festival, Italy. August 27-September 06, 2014.
Nabat xanım Aşurbəyova-Rzayeva
Aşurbəyova Nabat Qoca qızı (1795, Bakı – 7 dekabr 1912, Bakı) — məşhur Azərbaycan xeyriyyəçi-mesenat, şəxsi vəsaiti hesabına Təzəpir məscidini tikdirib. Nabat Aşurbəyova 1795-ci ildə Bakı şəhərində Qoca bəy Aşurbəyovun ailəsində dünyaya gəlmişdir. O, öz səxavəti və xeyirxahlığına görə ad qazanmış, neft mədənlərinə və bir çox böyük imarətlərə malik olmuş, şollar su kəmərinin çəkilməsinə külli miqdarda pul xərcləmiş, Sabunçu xəstəxanasında kasıb və yetimlərin müalicəsini öz üzərinə götürmüş, tatar küçəsində (sovet dövründə Krupskaya, indi A. Topçubaşov) hamam tikdirmişdir. Həmin hamam həftənin bir gününü kasıblar və kimsəsizlər üçün pulsuz işləyirdi. Onun şeirlər yazdığı da məlumdur. Təəssüf ki, həmin şeirlər sonrakı nəsillər üçün saxlanmamışdır. Onun həyatındakı ən böyük işi Bakı şəhərində tikdirdiyi (1905–1914-cü illər) Təzəpir məscididir. Hal-hazırda həmin məsciddə Qafqaz Müsəlmanları Ruhani İdarəsi yerləşir. Bu məscidin tikilməsində o, ilk diplomu azərbaycanlı memar, Sankt-Peterburq Mülki İnşaat Mühəndisliyi İnstitutunun məzunu Zivər bəy Əhmədbəyovun xidmətlərindən istifadə etmişdir. Sonrakı illərdə o, Bakı şəhərinin ilk baş memarı olmuşdur.
Azərbaycan dilinin dialektləri
Azərbaycan dilinin dialektləri — kompakt şəkildə əsasən tarixi Azərbaycan ərazisində yaşayan etnik azərbaycanlıların danışdıqları şivələrin məcmusudur. 2015–ci il etibarı ilə Azərbaycan dilində danışanların sayı 30 milyon nəfərdən çoxdur. Ana dili olaraq Azərbaycan dilində danışan əhali geniş coğrafiyada kompakt şəkildə məskunlaşmışdır. Şahın xahişi ilə Rusiyadan hərbi məsləhətçi qismində göndərilmiş general–mayor qraf İvan Osipoviç Simoniçin yavəri olaraq 1837–1840–cı illərdə İranda olmuş podpolkovnik İvan Fyodoroviç Blaramberq bu dövlətdə müxtəlif rəsmi və qeyri–rəsmi şəxslərdən duyduğu məlumatları təhlil edir və belə qənaətə gəlir ki, İranın ümumi əhalisi 5 milyon nəfərdən çox deyil. Alman əsilli şərqşünas Yulius Sezar Hentşenin 1869–cu ildə istinad etdiyi mənbəni göstərmədən qeyd edir ki, 5 milyon nəfərdən ibarət İran əhalisinin 1 milyon nəfərini türktatarlar, 125 min nəfərini isə türkmənlər təşkil edir. Türkmanlar xaric bütün İran türklərini həm də azərbaycanlılar adlandıran, Budapeştdə (Avstriya–Macarıstan) doğulmuş və müasir İran ərazisindən keçərək 1861–1864–cü illərdə Orta Asiyaya səfər etmiş yəhudi əsilli türkoloq və şərqşünas Armin Vamberi 1885–ci ildə nəşr edilmiş "Türk xalqı" kitabında İranda onların sayını 2 milyon nəfər təxmin edir. Rus əsilli şərqşünas və etnoqraf Nikolay Aleksandroviç Aristov(ru) isə iddia edir ki, Vamberiyə görə bu say İran əhalisinin üçdə birinə bərabər idi. Məhəmməd Əmin Rəsulzadə İran türkləri haqqında 1912–ci ildə qələmə aldığı yazılarında qeyd edirdi ki, türklər ən aşağı ehtimalla İran əhalisinin üçdə birini təşkil edirlər. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində millət vəkili olmuş və 1920–ci ildən 1971–ci ildə vəfatı tarixinədək Türkiyədə mühacir həyatı yaşamış yazıçı Mirzə Məmmədsadıq Axundzadənin təxmininə görə 1939–1940–cı illərdə təqribən 10 milyon nəfər olan İran əhalisinin 5 milyon nəfərini türklər təşkil edirdi. Rusiya Elmlər Akademiyasının Asiya Xaqları İnstitutu tərəfindən yayımlanan "Qısa hesabatlar"ın 77–ci buraxılışında nəşr edilmiş S. M. Əliyevin "Müasir İranda milli məsələ" məqaləsində olan məlumatlara görə general–leytenant Hüseyn Əli Razmaranın (fars.
Azərbaycan dilinin statusu
Azərbaycan dili Azərbaycan Respublikasının və Rusiyanın Dağıstan Respublikasının dövlət dilidir, həmçinin sovet dövründən bəri Gürcüstanda azərbaycanlıların təhsil dili olaraq istifadə edilir. Siyahıda dövlətlər və etnik qruplar ayrı şəkildə verilmişdir.
Azərbaycan dilinin şivələri
Azərbaycan dilinin dialektləri — kompakt şəkildə əsasən tarixi Azərbaycan ərazisində yaşayan etnik azərbaycanlıların danışdıqları şivələrin məcmusudur. 2015–ci il etibarı ilə Azərbaycan dilində danışanların sayı 30 milyon nəfərdən çoxdur. Ana dili olaraq Azərbaycan dilində danışan əhali geniş coğrafiyada kompakt şəkildə məskunlaşmışdır. Şahın xahişi ilə Rusiyadan hərbi məsləhətçi qismində göndərilmiş general–mayor qraf İvan Osipoviç Simoniçin yavəri olaraq 1837–1840–cı illərdə İranda olmuş podpolkovnik İvan Fyodoroviç Blaramberq bu dövlətdə müxtəlif rəsmi və qeyri–rəsmi şəxslərdən duyduğu məlumatları təhlil edir və belə qənaətə gəlir ki, İranın ümumi əhalisi 5 milyon nəfərdən çox deyil. Alman əsilli şərqşünas Yulius Sezar Hentşenin 1869–cu ildə istinad etdiyi mənbəni göstərmədən qeyd edir ki, 5 milyon nəfərdən ibarət İran əhalisinin 1 milyon nəfərini türktatarlar, 125 min nəfərini isə türkmənlər təşkil edir. Türkmanlar xaric bütün İran türklərini həm də azərbaycanlılar adlandıran, Budapeştdə (Avstriya–Macarıstan) doğulmuş və müasir İran ərazisindən keçərək 1861–1864–cü illərdə Orta Asiyaya səfər etmiş yəhudi əsilli türkoloq və şərqşünas Armin Vamberi 1885–ci ildə nəşr edilmiş "Türk xalqı" kitabında İranda onların sayını 2 milyon nəfər təxmin edir. Rus əsilli şərqşünas və etnoqraf Nikolay Aleksandroviç Aristov(ru) isə iddia edir ki, Vamberiyə görə bu say İran əhalisinin üçdə birinə bərabər idi. Məhəmməd Əmin Rəsulzadə İran türkləri haqqında 1912–ci ildə qələmə aldığı yazılarında qeyd edirdi ki, türklər ən aşağı ehtimalla İran əhalisinin üçdə birini təşkil edirlər. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində millət vəkili olmuş və 1920–ci ildən 1971–ci ildə vəfatı tarixinədək Türkiyədə mühacir həyatı yaşamış yazıçı Mirzə Məmmədsadıq Axundzadənin təxmininə görə 1939–1940–cı illərdə təqribən 10 milyon nəfər olan İran əhalisinin 5 milyon nəfərini türklər təşkil edirdi. Rusiya Elmlər Akademiyasının Asiya Xaqları İnstitutu tərəfindən yayımlanan "Qısa hesabatlar"ın 77–ci buraxılışında nəşr edilmiş S. M. Əliyevin "Müasir İranda milli məsələ" məqaləsində olan məlumatlara görə general–leytenant Hüseyn Əli Razmaranın (fars.
Fin dilinin tarixi
Fin dilinin yaranması tarixinin əsası bizim eranın 1-ci əsrdən götürülür. Bu zamanda baltikyanı-fin dillərinin bölünməsi baş vermişdir. Bu dillərin özü də prabaltikyanı-fin dilinə əsaslanmışdır, hansından ki, bizim eradan əvvəl 1500-1000-ci illərdə, prasaam dili ayrılmışdır.
Türk dilinin gücü
Türk dilinin qrammatikası
Ərəb dilinin akademiyaları
Ərəb dilinin akademiyaları (ərəb. قالب:مجامع اللغة العربية‎) — ərəb dilini tədqiq edən və ərəb ədəbi dili normalarının tənzimləyiciləri rolunu oynayan elmi müəssisələr. Bu akademiyalar aşağıdakılardır: Dəməşqdəki Ərəb Dili Akademiyası (Suriya) — ərəb dilinin ən köhnə akademilarından biridir. 1918-ci ildə qurulub; İordaniya Ərəb Dili Akademiyası — 1924-cü ildə qurulub; İraq Elmlər Akademiyası — 1948-ci ildə qurulub, İraq müharibəsi zamanı 2003-cü ildə dağılıb.; Ərəb Dilinin İsrail Akademiyası (Hayfa, İsrail) — Knessetin qərarı ilə 2007-ci ildə qurulub; Livan Elmlər Akademiyası — 2007-ci ildə qurulub; Qahirədəki Ərəb Dili Akademiyası (Misir) — 1934-cü ildə qurulub; Xartumdakı Ərəb Dili Akademiyası (Sudan) — 1993-cü ildə qurulub; Mərakeş Kral Akademiyası — 1962-ci ildə qurulub; Ərəb Dili üzrə Əlcəzair Ali Şurası — 1996-cı ildə qurulub; Liviya Ərəb Dili Akademiyası — 1994-cü ildə qurulub; "Müdriklik evi" Fondu" (Tunis) — 1983-cü ildə qurulub.
Yapon dilinin romanizasiyası
Romaci — Yapon dilinin latın hərfləri ilə yazılışı. Bu yazılışda Katakana, Hiraqana və ya Kancidən istifadə olunmur. Cədvəl üç sistemin fərqini göstərir: Hepbörn, Nihon-şiki and Kunrei-şiki: Bu cədvəl onların arasındaki fərqləri göstərir.
Sarğı və sarğı qoymaq haqqında anlayış
Sarğı materialı və ondan istifadə etmək qaydaları — Yaranın üstünü örtmək üçün işlədilən parça materiallarıdır. Reanimatologiya və ilk tibbi yardım da daxil müxtəlif sahələrdə tətbiq edilir. Sarğı materialı hiqroskopik (yaxşı nəmçəkən) olmalı, yəni yaradakı qanı və irini hopdurmalı, tez qorumaq və asanlıqla sterilləşmək xassələrinə malik olmalıdır. Əsas sarğı materialları tənzifdən, ağ pambıqdan, liqnindən (ağac pambığı), ləçəkdən (üçbucaq formalı pambıq parçadan) ibarətdir. Tənzifdən istifadə edilməklə tabel sarğı vasitələri hazırlanır. Bunlar fərdi sarğı paketləri, müxtəlif ölçülü steril və qeyri-steril bintlər, böyük və kiçik steril salfetlər və steril sarğılardır. Bunlardan başqa, xəstəxanaların cərrahiyyə və sarğı şöbələrində tənzifdən və ya kiçik salfetlərdən tənzif kürəciklər, tamponlar, yastıqçalar, tənzif dolaqları düzəldilir ki, bunlardan da sarğı qoyarkən və cərrahiyyə əməliyyatları zamanı istifadə edilir. Yaraların yoluxmasının və ağırlaşmasının qarşısını almaq üçün görülən ilk profilaktik tədbir onlara mümkün qədər tez aseptik sarğı qoymaqdır. Bütün yaralara steril (mikrobsuz, təmiz) sarğı qoyulur. Sarğı yaranın üstünü sarıyıb-örtən sarğı materialından ibarətdir.
İngilis dilinin Britaniya variantı
İngilis dilinin Britaniya variantı (və ya BrEn, BrE, BE, en-UK or en-GB) Birləşmiş Krallıqda istifadə olan ingilis dilini başqa yerlədə istifadə edilən formalarından ayırmaq üçün istifadə olunan geniş termin. Peters, Pam (2004). The Cambridge Guide to English Usage. Cambridge: Cambridge University Press.
İngilis dilinin Oksford lüğəti
İngilis dilinin Oksford lüğəti (ing. Oxford English Dictionary, OED), Оksford lüğəti, Böyük Oksford lüğəti — ingilis dilinin dünyada ən məşhur və ən geniş akademik lüğəti "Oxford University Press" nəşrlər evi tərəfindən nəşr edilir. 2005-ci il nəşri 301 100 məqaləni əhatə edir (350 milyon çap işarəsi). Lüğət qeyri-rəsmi şəkildə "Mürre lüğəti kimi tanınır (Murray’s) (ilk baş redaktor — Ceyms Mürrenin adı ilə). Oxford English Dictionary (OED) ingilis dilinin ən geniş və nüfuzlu lüğətlərindən biridir. Bu lüğət ingilis dilinin sözlərini, onların mənalarını, mənşəyini və zaman içində necə dəyişdiklərini izah edir. OED ingilis dilinin tarixini əhatə edən geniş məlumatlar təqdim edir və təkcə müasir ingilis dili deyil, həm də tarixi mətnlərdə rast gəlinən arxaik sözlər və ifadələr haqqında da məlumat verir. OED-nin əsas xüsusiyyətləri 1. Mənaların geniş təsviri: Hər bir sözün müxtəlif mənalarını və bu mənaların zaman içində necə dəyişdiyini izah edir. 2. Etimologiya: Sözlərin mənşəyini və tarixi inkişafını ətraflı şəkildə təsvir edir. 3. İstifadə nümunələri: Hər bir söz üçün tarixi və müasir mətnlərdən alınmış çoxsaylı nümunələr təqdim edir.
Ərəb dilinin Misir dialekti
Ərəb dilinin Misir dialekti (ərəb. اللهجة المصرية‎) və ya Misir ərəb dili (اللغه المصريه الحديثه‎; özünüadlandırma – مصرى‎, məsri) — Misir əhalisinin əksəriyyətinin danışdığı ərəb dilinin növlərindən biri. "Misir dialekti" və "Qahirə dialekti" terminləri elmi ədəbiyyatda bir-birini əvəz edən mənada istifadə olunur. Qahirə Misirin ən böyük şəhəridir, ölkənin və şəhərin danışıq dili Misir dialektində eyni yazılır və eyni şəkildə tələffüz olunur – "Məsr". Багиров А. Г. Египетский арабский диалект. — М.: Поматур, 2008.
Azərbaycan dilinin formalarının siyahısı
Azərbaycan dilinin formalarının siyahısı — tarixi dövrlərinə, digər dillərlə yaranan əlaqəsinə, danışıldığı bölgələrə, dili danışan tayfalara görə Azərbaycan dilinin müxtəlif formalarının siyahısı. Qədim azərbaycanca. Türkoloq və etnoqraf N. A. Baskakov Azərbaycan dilini tarixi mərhələlərə görə böləndə XIV–XVI əsrləri ədəbiyyatda fars dilinin istifadə edildiyi və ərəb və fars sözləri ilə zəngin olan qədim Azərbaycan dilinin inkişaf etdiyi dövr hesab edir. Məmməd Arif isə qədim Azərbaycan dilinin inkişafa başlaması dövrünü XIII–XVI əsrlər hesab edir. Azərbaycan türkcəsindəki əsərlər xüsusilə Elxani hökmdarı Əbu Səid Bahadur xanın dövründə (1316–1335) inkişaf etmişdir. Orta azərbaycanca. XV–XVIII əsrlərdə inkişaf etmişdir. Bu dil ilk dəfə XV əsrdə Azərbaycanda, Şərqi Anadoluda və İranda ortaya çıxıb. Dil Qaraqoyunlular (1374–1468) və Ağqoyunlular (1378–1503) kimi türk sülalələri dövründə, xüsusən də hakim sülaləsi İran Azərbaycanından olan Səfəvilər İmperiyası (1501–1736) dövründə daha çox inkişaf etmişdir. Onların dövründə orta Azərbaycan dili fars dili ilə yanaşı, sarayda və hərbi sahədə istifadə olunurdu və İranın şimalından cənubuna qədər linqva franka idi.
Python proqramlaşdırma dilinin tarixi
Python proqramlaşdırma dili 1980-ci illərin sonlarında Qvido van Rossum tərəfindən yaradılıb və onun tətbiqinə 1989-cu ilin dekabrında Hollandiyadakı Riyaziyyat və İnformatika Mərkəzində müstəsna vəziyyətləri emal edən və Amoeba əməliyyat sistemi ilə qarşılıqlı əlaqə qura bilən ABC dilinin davamçısı kimi başlanmışdır. Van Rossum Python-un əsas müəllifidir və onun Python-un istiqamətini müəyyənləşdirməkdə davam edən mərkəzi rolu Python icması tərəfindən ona verilən adda (ömürlük xeyirxah diktator) əks olunur. Lakin Van Rossum 12 iyul 2018-ci ildə istefa verdi. Python adını BBC televiziya şousu "Monty Python's Flying Circus"dan almışdır. Python 2.0 16 oktyabr 2000-ci ildə, yaddaşın idarə edilməsi, Unicode dəstəyi və dövri işləyən tullantı toplayıcısı (istinadların hesablanmasına əlavə olaraq) daxil olmaqla bir çox əsas yeni xüsusiyyətlərlə buraxıldı. Bununla belə ən vacib dəyişiklik daha şəffaf və icma tərəfindən dəstəklənən prosesə keçidlə birlikdə tərtibat prosesinin özündə baş verdi. Böyük, geriyə uyumlu olmayan versiya olan Python 3.0 uzun müddət sınaqdan keçirildikdən sonra 3 dekabr 2008-ci ildə buraxıldı. Onun əsas xüsusiyyətlərinin bir çoxu geriyə uyğun, lakin indi dəstəklənməyən Python 2.6 və 2.7-yə də əlavə edilmişdir.
Erməni dilinin Qarabağ dialekti
Erməni dilinin Qarabağ dialekti (erm. Ղարաբաղի բարբառ, Ğarabaği barbař) və ya Artsax dialekti (erm. Արցախի բարբառ, Artsakhi barbař), həmçinin bəzən Şuşa dialekti (erm. Շուշիի բարբառ, Šušii barbarř) — şərqi erməni dilinin Dağlıq Qarabağ erməniləri, eləcə də Ermənistan Respublikasının cənub və şimal-şərqində yaşayan ermənilər tərəfindən danışılan xüsusi fonetik və sintaktik quruluşa malik dialekti. Bu dialektdə Azərbaycan SSR-də, xüsusən də Bakı və Gəncə şəhərlərində yaşayan ermənilərin əksəriyyəti danışırdı. Birinci Qarabağ müharibəsi dövründə Azərbaycan erməniləri öz evlərini tərk etmək məcburiyyətində qalmışdılar. Bu gün Azərbaycandan olan erməni mühacir və qaçqınların əksəriyyəti Ermənistan və Rusiyada yaşayır, burada bəzən standart erməni və rus dilləri ilə yanaşı Qarabağ dialekti də danışılır. Dialekt ən geniş yayılmış erməni dialektlərindən biri hesab olunur. Daşıyıcıların sayı barədə dəqiq məlumat yoxdur. 1969-cu il siyahıyaalınmasına əsasən, SSRİ ərazisində Qarabağ dialektində danışan 1 milyona yaxın insan yaşayırdı ki, bu da Azərbaycan SSR ərazisindəki 484 min erməni əhalisinin demək olar ki, hamısını (Naxçıvan MSSR erməniləri istisna olmaqla) təşkil edirdi.
Ukrayna dilinin sıxışdırılması xronologiyası
Ukrayna dilinin sıxışdırılması xronologiyası Ukraynada Ukrayna dilinin təsirini və əhəmiyyətini məhdudlaşdırmağa yönəlmiş inzibati tədbirlərin siyahısını təşkil edir. Rusiya işğalından öncə Ukraynada bir neçə yazı dili mövcud idi. Dini mətnlərdə kilsə slavyan dilinin Ukrayna variantı üstünlük təşkil edirdi. 16–17-ci əsrlərdən bəri idarəetmə dili polyak dili ilə yanaşı, latın dili idi. Ukrayna elitasının əhəmiyyətli dərəcədə polonizasiyası ona gətirib çıxardı ki, polyak dili başqa sahələrdə də istifadə olunurdu və 17-ci əsrdə dini polemikaların əsas dilinə çevrildi. Dil polonizasiyasına məruz qalmayan ukraynalılar yüksək səviyyəli mətnlərdə (liturgik, teoloji, dramatik mətnlər, poeziya) kilsə slavyan dilindən və digər mətnlərdə (nağıllar, şəxsi sənədlər) ruten dilindən (həmçinin köhnə Ukrayna kimi tanınır) istifadə edirdilər. Bu cür formalaşan dil Kazak hetmanlığında idarə dilinə çevrilmiş, ədəbiyyat dili kimi də istifadə olunmağa başlamış, standartlaşmış və danışıq dilindən uzaqlaşmışdır. 18-ci əsrin sonlarında İvan Kotlyarevski (1769–1838) cənub-şərq dialektləri və prostamova əsasında müasir ədəbi Ukrayna dilinin formalaşması prosesini başlatdı. Rusiya hökumətinin tətbiq etdiyi məhdudiyyətlər səbəbindən Ukrayna dilinin inkişafı Qərbi Ukraynada davam edə bildi və bu dildə dəyişikliklərə səbəb oldu. 1620 — Moskva Patriarxı Filaret, Rusiya çarlığında mövcud praktiki olaraq yeganə dünyəvi kitablar olan "Litva çaplı kitablar" (Ukrayna və Belarusiya deməkdir) üzərində əsrin sonuna qədər davam edəcək bir lənət oxudu.