1. Hər işində dəqiq və səliqəli olan, səhv və nöqsana yol verməməyə çalışan, diqqət, səy və qeyrət göstərən. Diqqətli adam. Diqqətli şagird. Diqqətli müşahidəçi. Diqqətli usta.
– Sarxan … çox diqqətli (z.) və olduqca sayıq davranırdı.
O, qızının sağalmasını həkimin diqqətli müalicəsində görürdü.
2. Diqqətlə görülmüş; yaxşı, səliqəli. Diqqətli iş. Diqqətli yazı.
3. Qayğı ilə yanaşan; həssas. O öz yoldaşlarına qarşı çox həssas və diqqətlidir.
4. Ehtiyatlı. Dənizdə çimərkən diqqətli (z.) olmalı!