DİQQƏTLİ

sif.
1. Hər işində dəqiq və səliqəli olan, səhv və nöqsana yol verməməyə çalışan, diqqət, səy və qeyrət göstərən. Diqqətli adam. Diqqətli şagird. Diqqətli müşahidəçi. Diqqətli usta.
– Sarxan … çox diqqətli (z.) və olduqca sayıq davranırdı. M.Hüseyn.
O, qızının sağalmasını həkimin diqqətli müalicəsində görürdü. Ə.Abasov.

2. Diqqətlə görülmüş; yaxşı, səliqəli. Diqqətli iş. Diqqətli yazı.
3. Qayğı ilə yanaşan; həssas. O öz yoldaşlarına qarşı çox həssas və diqqətlidir.
4. Ehtiyatlı. Dənizdə çimərkən diqqətli (z.) olmalı!

Sinonimlər (yaxın mənalı sözlər)

  • DİQQƏTLİ həssas — qayğılı
  • DİQQƏTLİ səliqəli — təmizkar
  • DİQQƏTLİ ehtiyatlı

Antonimlər (əks mənalı sözlər)

  • DİQQƏTLİ DİQQƏTLİ – HUŞSUZ Aslan onu diqqətli və davamlı süzüb oturmaq üçün yer göstərdi (M.İbrahimov); Bayram balkonda durmasına baxmayaraq, sanki huşsuz, fik
DİQQƏTLƏ
DİQQƏTLİLİK

Digər lüğətlərdə