1. məch. Dirsəklə yavaşca vurulmaq.
2. qayıd. Dirsəyi ilə söykənmək. Dirsəkləndi, başını qoydu və yatdı.
– Dirsəkləndi yerində; Göz gəzdirdi otağa.
Kiçikxanım pəncərəyə dirsəklənib çənəsini ovcuna almış, həyətə baxırdı.
Yasavulbaşının altındakı döşək, dirsəkləndiyi balış və mütəkkələr yumşaq quzu yunundan, zərif qu tükündən idisə də, o yenə dincələ bilmirdi.