Displey – kineskoplu qurğu, cihaz; təsvir, nümayiş, sərgi, vitrin, tablo, ekran; daha geniş mənada – nümayiş vasitəsi, alət, kompüterlərdə maye-kristal ekran.
R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. “Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər”, Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Elektrolüminessent displey
Elektrolüminessent displey – yastı-ekran displeylərin lüminofor qatının üfüqi və şaquli elektrodların arasına salındığı növü. Üfüqi və şaquli elektrodların kəsişdiyi hər bir nöqtə bir pikseldir (PIXEL) ki, o da cərəyan uyğun elektrodlardan keçdikdə işıqlanır.
Qayıdış – rastr displeyində
Retrace ~ обратный ход ~ geri akma ~ qayıdış – rastr displeyində: elektron şüasının ekranda sağdan sol qırağa, yaxud aşağıdan yuxarı qırağa qayıdarkən getdiyi yol. Qayıdış elektron şüasını eninə daramanın yeni dövrəsi üçün başlanğıca, yaxud ekranın aşağısına yerləşdirir; bu müddətdə şüa ani olaraq sönür ki, onun ekranda izi görünməsin. Qayıdış hər saniyədə dəfələrlə yerinə yetirilir və həm də ciddi sinxronlaşdırılmış siqnallardan istifadə olunur ki, qaydış zamanı elektron şüasının sönməsi təmin edilsin.
Bax: HORIZONTAL RETRACE, VERTICAL RETRACE.
İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Qaz boşalma displeyi
Qaz boşalma displeyi -(ing.gas-discharge display, ru.газоразрядный дисплей) - çox kiçik neon lampalarının birləşməsindən ibarət olan yastı-ekran displey növü. Neon üfüqi və şaquli elektrod qrupları arasından keçir ki, onlar da hər bir elektrod cütünün kəsişməsindəki pikseli işıqlandırmaq üçün fərdi yüklənə bilər. Sin: GAS-PLASMA DISPLAY.
Qaz-plazma displeyi' - (ing. gas-plasma display, ru.плазменный дисплей)
İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Vektor displeyi
Vektor displeyi (vector display) – ekranda görüntünü yaratmaq üçün elektron şüasını x-koordinatı və y-koordinatı üzrə sapdıran elektron-şüa borusu. Məsələn, vektor displeyində xətt çəkmək üçün videoadapter siqnalları sapdıran qurğuya göndərir ki, elektron şüası xətt boyunca hərəkət etsin; darama sətirlərindən ibarət heç bir fon yoxdur, ona görə də ekrana çıxarılan xətt piksellərdən yaranmır. Vektor displeylərindən, adətən, ossilloskoplarda və DVST (DIRECT-VIEWING STORAGE TUBE) displeylərində istifadə olunur.
İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.