Borçalı distansiyası
Borçalı distansiyası (rus. Борчалинская дистанция) — Rusiya imperiyası tərkibində mövcud olmuş inzibati-ərazi vahidi. Rusiya İmperiyasına daxil olan Gürcüstan quberniyasının Tiflis qəzası (1804–cü ilədək Loru qəzası adlanırdı) tərkibində 24 sentyabr (12 sentyabr Yuli təqvimi) 1801 – 22 sentyabr (10 sentyabr Yuli təqvimi) 1840-cı illərdə mövcud olmuşdur.
== Tarixi hadisələrin xronologiyası ==
== Ərazisi ==
Distansiyanın şimal, qərb və qismən cənub hissələrində kifayət qədər hündür dağlar yerləşir, şərq hissəsi isə çoxlu təpəlikləri olan geniş düzənliklərdən ibarət idi. Distansiyanın şimalında və qərbində yerləşən dağlar sıx meşələrlə örtülü idi.
Dağlar:
Babaqar dağları: Ləlvar kəndindən Sınıq körpüyədək uzanırdı.
Düzənliklər:
=== Sərhədləri ===
Məxəzlərdə Borçalı distansiyasının sərhədləri haqqında müəyyən qeyri-müəyyənlik vardır. Bu xüsusiylə distansiya haqqında geniş məlumatları əhatə edən 1836-cı ildə Sankt-Peterburq şəhərində nəşr edilmiş, 4 hissəli "Qafqaz arxasındakı rus mülklərinin statistik, etnoqrafik, topoqrafik və iqtisadi münasibətlərinin icmalı" əsərində özünü büruzə verir:
II hissə, 267-ci səhifədə verilən təsvirə əsasən: Borçalı distansiyası şimalda Tiflis və Qori qəzaları, şərqdə Sığnaq qəzası və Qazax distansiyası, cənubda Pəmbək-Şörəyel distansiyası, qərbdə isə Osmanlıya məxsus Qars paşalığı və Ahısqa paşalığı ilə həmsərhəd idi.
I hissə, 307-ci səhifədə verilən təsvirə əsasən: Sığnaq qəzası şimalda Car-Balakən vilayəti, şərqdə İlisu sultanlığı və Yelizavetpol dairəsi, cənubda Şəmşəddil distansiyası və Qazax distansiyası, qərbdə isə Telavi qəzası ilə həmsərhəd idi.
I hissə, 279-280-ci səhifələrdə verilən təsvirə əsasən: Tiflis qəzası (şimali-şərqdə) Duşeti qəzası, (şimali-şərqdə) Telavi qəzası, (qərbdə) Qori qəzası, (qərbdə) Borçalı distansiyası və Trialeti torpağı ilə həmsərhəd idi.