Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ekvivalent doza
Ekvivalent doza – orqan və ya toxumada udulan dozaların məlum şüalanma növü üçün uyğun keyfiyyət əmsalına hasilidir. Fotonlar (rentgen və qamma şüaları) və beta şüalar üçün bu əmsal 1-ə, alfa şüalar üçün isə 20-yə bərabərdir, bu o deməkdir ki, eyni miqdarda enerji ötürüldüyü halda alfa şüalanmanın bioloji effekt yaratma qabiliyyəti beta şüalanma ilə müqayisədə 20 dəfə çoxdur. Bu əmsallar müxtəlif növ şüalanmaların bioloji effekt yaratmaq qabiliyyətinin foton şüalanması ilə müqayisəsidir və ya 1Qrey verilmiş şüalanmadan (alfa, beta, neytron şüalanması) alınmış dozanın bioloji effekt yaratma qabiliyyətinə görə neçə Qrey foton şüalanmasından (rentgen, qamma şüalanması) alınan dozaya ekvivalent olduğunu göstərir. Ekvivalent dozanın ölçü vahidi Zivertdir (Zv).
Şüalanma dozası
Şüalanma dozası — Şüalanmanın canlı orqanizmə verdiyi zərər onun toxumaya ötürdüyü enerjinin miqdarından və bu enerjinin toxumada paylanması xüsusiyyətlərindən asılıdır. Maddənin vahid kütləsi tərəfindən udulan şüalanma enerjisinə udulan doza deyilir. Udulan dozanın vahidi Qreydir. 1Qrey(Qr) – 1kq kütlə tərəfindən 1Coul enerjinin udulduğu dozadır. Müxtəlif növ şüalanma növlərinin insan orqanizminə və toxumalara təsiri fərqlidir. İonlaşdırıcı şüalanma növlərindən asılı olaraq eyni qədər udulan dozanın təsirindən əmələ gələn radiobioloji effektlər fərqli olur. Bu ionlaşdırıcı müxtəlif şüalanmaların hissəciklərinin toxuma ilə qarşılıqlı təsiri zamanı enerjinin ötürülməsi mexanizminin fərqli olması ilə əlaqədardır. Müxtəlif şüalanma növlərinin radiobioloji effekt yaratma qabiliyyətlərinin fərqini əks etdirmək üçün ekvivalent doza adlanan kəmiyyət daxil edilir.
Şüalanmanın udulma dozası
Şüalanmanın udulma dozası — ionlaşdırıcı şüalanmanın E udulmuş enerjisinin şüalanan maddənin m kütləsinə nisbətinə deyilir,D=E/m.BS-də şüalanmanın udulma dozası vahidi Qrey (Qr)-dir və əsas vahidlərin siyahısına daxildir.Şüalanmanın udulma dozası vahidi 1Qr-1kq şüalanan maddə ionlaşdırıcı şüalanma ilə 1C enerji alan şüalanmadır,1Qr=1C/kq.Şüalanmanın təbii fonu norması-(kosmik şüalar, ətraf mühitin və insan bədəninin radioaktivliyi) hər adam üçün 1 ildə 2·10−3Qr şüalanma dozasına yaxındır.Şüalanmanın 1 ildə yol verilən limit dozası-Şüalanmadan beynəlxalq müdafiə komissiyasının təyin etdiyi normadır və0,05Qr-dir.Ölümcül şüalanma dozası-qısa müddətdə alınmış 3-10Qr-dir.Rentgen-şüalanmanın ionlaşdırıcı dozası üçün sistemdənkənar vahiddir.Bu vahid rentgen və qamma şüalanmanın ionlaşdırıcı qabiliyyətinin ölçüsüdür.Praktik dozimetriyada hesab etmək olar ki,1R,təxminən,şüalanmanın udulma dozasının 0,01Qr-yə ekvivalentdir.
Boza
Boza — darı, su və şəkərdən hazırlanan bir qış içkisi. Bilinən ən qədim türk içkilərindən biridir. Boza adətən qış aylarında içilir. Bozanın mövsümü 15 iyul-15 maydır. Düzgün şərtlərdə saxlanılsa boza 6-7 gün öz dadını olduğu kimi qoruyub saxlaya bilir. == Tarixi == Türkiyədə əsasən darıdan hazırlanan bu içki lakin digər ölkələrdə əraziyə spesifik olan qarğıdalı, arpa, çovdar, yulaf, buğda, arnavut darısı kimi bitkilərin unundan və bəzən düyü və çörək unu mayalandırılaraq hazırlanır. Boza Misir və Şimali Afrika sahilləri yolu ilə Aralıq dənizi tacirləri vasitəsilə qərbə, Xəzər Dənizinin cənubundan şərqə, Asiyaya və Çinə, İrana, Əfqanıstana, Qafqaza, Volqa hövzəsinə yayılmışdır. İbn Battuta adlı bir ərəb səyyahı on dördüncü əsrin əvvəllərində yazdığı səyahətnaməsində türklərin yaşadığı Deşt Qıpçaq ərazisindən bəhs edərkən, türklərin içdiyi bir şirənin bozanın adını çəkmişdir: “Dadarkən bir turşməzəlik hiss etdiyimçün dərhal içməyi dayandırdım. Yeməkdən sonra bunun nə olduğunu soruşdum, bildirdilər ki, Duki (düğ=incə bulqur) dənələrindən hazırlanan bir içkidir. Onalr dikidən hazırlanan bu içkiyə “buza” (boza) deyirdilər”.
Doha
Doha — Qətərin paytaxtı. == Coğrafiyası == Başqa ölkələrdə olduğu kimi Qətərdə də paytaxt bir növ ölkənin simasını müəyyən edir. Doha ölkənin qədim şəhəri olub, yarımadanın şərqində dayaz buxta sahilində yerləşir. Dəniz sahilindən başlayan Doha İran körfəzi boyunca 7 km məsafədə uzanır. Bura şəhərin ən cazibəli yeridir. Palmalar və güllər sahilə xüsusi yaraşıq verir. == Tarixi == Əvvəllər şəhərin yerində əl-Bida adlanan kiçik yaşayış məntəqəsi olmuş, XVIII əsrdən etibarən bu məntəqə böyüməyə başlamışdır. Ötən əsrin 50-ci illərinin əvvəllərinə kimi şəhər nizamsız düzülmüş gil daxmalardan ibarət idi. 1960-cı illərdən başlayaraq qısa müddət ərzində ölkənin paytaxtı "neft dollarları" hesabına əsaslı surətdə dəyişmişdir. İndi nəinki köhnə şəhərdən, hətta onun keçmişi barədə təsəvvür yarada biləcək heç bir qədim tikili qalmamışdır.
Dona
Dona (Дона) — Makedoniyanın 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Dza
Ձ, ձ (Adı: dza, erm. ձա) — erməni əlifbasının 17-ci hərfi. Transkripsiya "j". Tələffüzü "dz". Rəqəm işarəsi "80".Mesrop Maştots tərəfindən 405-406-cı illərdə yaradılıb. Orta əsrlərdə "yerkatagir", "qrçagir", "notrgir", "şhagir" yazı növləri istifadə olunub.
Doga Kobo
Doga Kobo (株式会社動画工房, Kabushiki-gaisha Dōga Kōbō) — Tokio şəhərinin Nerima xüsusi rayonunda yerləşən Yaponiya animasiya studiyası. 11 iyul 1973-cü ildə Toei Animation studiyasının keçmiş əməkdaşı Hideo Furusava tərəfindən qurulmuşdur. Studiya illərlə bir çox animelərin istehsalında iştirak etmişdir.
Doha şəhəri
Doha — Qətərin paytaxtı. == Coğrafiyası == Başqa ölkələrdə olduğu kimi Qətərdə də paytaxt bir növ ölkənin simasını müəyyən edir. Doha ölkənin qədim şəhəri olub, yarımadanın şərqində dayaz buxta sahilində yerləşir. Dəniz sahilindən başlayan Doha İran körfəzi boyunca 7 km məsafədə uzanır. Bura şəhərin ən cazibəli yeridir. Palmalar və güllər sahilə xüsusi yaraşıq verir. == Tarixi == Əvvəllər şəhərin yerində əl-Bida adlanan kiçik yaşayış məntəqəsi olmuş, XVIII əsrdən etibarən bu məntəqə böyüməyə başlamışdır. Ötən əsrin 50-ci illərinin əvvəllərinə kimi şəhər nizamsız düzülmüş gil daxmalardan ibarət idi. 1960-cı illərdən başlayaraq qısa müddət ərzində ölkənin paytaxtı "neft dollarları" hesabına əsaslı surətdə dəyişmişdir. İndi nəinki köhnə şəhərdən, hətta onun keçmişi barədə təsəvvür yarada biləcək heç bir qədim tikili qalmamışdır.
Doka Umarov
Əbu Osman Doka Xamadi oğlu Umarov (çeç. Iумаров Хьамади кIант Докка Абу Усман) — Çeçenistanın Rusiyadan ayrılması üçün silahlı mübarizə aparan səhra komandanlarından biri, Qafqaz Əmirliyi adlı qurumun rəhbəri. Doku Osman Xamat oğlu Umarov 1964-cü il aprelin 13-də Çeçenistanda, Şatoy rayonunun Xarsen kəndində doğulub. Qroznı Neft İnstitutununun Memarlıq fakültəsini bitirib. Çeçenistanın Rusiyadan ayrılması üçün silahlı mübarizə aparan səhra komandanlarından biridir. Şəxsiyyət xarakteri dostu və silhdaşı olmuş Şamil Basayevə yaxındır. Birinci çeçen müharibəsi ərəfəsində Ruslan Gelayevin başçılıq etdiyi “Borz” (azərbaycanca: "canavar") polkunda qulluq edib. 1994-cü ildən Rusiya qoşunlarına qarşı vuruşan dəstələrdən birinin başında dayanıb. 1996-cı ildə briqada generalı rütbəsi alıb. Aslan Məshədovun prezidentliyi dövründə tanınmamış İçkeriya Respublikasının Təhlükəsizlik Şurasının katibi olub, daha sonra Cinayətkarlığa Qarşı Mübarizə Qərargahına başçılıq edib.
Dora Antal
Dora Antal (d. 9 sentyabr 1993) — Macarıstanı təmsil edən su poloçusu. == Karyerası == Dora Antal, Macarıstan yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:14 hesabı ilə məğlub olan Macarıstan yığması, London Olimpiadasını dördüncü pillədə başa vurdu. Daha sonra Dora Antal, Macarıstan yığmasının heyətində 2016-cı ildə Braziliyanın ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Rusiya yığmasına 18:20 hesabı ilə məğlub olan Macarıstan yığması, Rio-de-Janeyro Olimpiadasını dördüncü pillədə başa vurdu.
Dora Kisteleki
Dora Kisteleki (11 may 1983, Budapeşt) — Macarıstanı təmsil edən su poloçusu. == Karyerası == Dora Kisteleki, Macarıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Rusiya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, Afina Olimpiadasını altıncı pillədə başa vurdu. Daha sonra Dora Kisteleki, Macarıstan yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, XXIX Yay Olimpiya Oyunlarını dördüncü pillədə başa vurdu.
Dora Vass
Dora Vass — 1991-ci ildə anadan olmuşdur. Macarıstanlı bədii gimnastdır. Macarıstanı 2015 Avropa Oyunlarında təmsil etmişdir. == Həyatı == Dora Vass 1991-ci ildə anadan olmuşdur. == Karyerası == Dora Vass 2015-ci ildə Macarıstanı 2015 Avropa Oyunlarında təmsil etdi.
Dora Çabay
Dora Çabay (d. 20 aprel 1989) — Macarıstanı təmsil edən su poloçusu. == Karyerası == Dora Çabay, Macarıstan yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:14 hesabı ilə məğlub olan Macarıstan yığması, London Olimpiadasını dördüncü pillədə başa vurdu. Daha sonra Dora Çabay, Macarıstan yığmasının heyətində 2016-cı ildə Braziliyanın ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Rusiya yığmasına 18:20 hesabı ilə məğlub olan Macarıstan yığması, Rio-de-Janeyro Olimpiadasını dördüncü pillədə başa vurdu.
Dora Çiqanyi
Dora Çiqanyi (d. 23 sentyabr 1992) — Macarıstanı təmsil edən su poloçusu. == Karyerası == Dora Çiqanyi, Macarıstan yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:14 hesabı ilə məğlub olan Macarıstan yığması, London Olimpiadasını dördüncü pillədə başa vurdu. Daha sonra Dora Çiqanyi, Macarıstan yığmasının heyətində 2016-cı ildə Braziliyanın ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Rusiya yığmasına 18:20 hesabı ilə məğlub olan Macarıstan yığması, Rio-de-Janeyro Olimpiadasını dördüncü pillədə başa vurdu.
Dota 2
Dota 2 (ing. Defence of the Ancients 2 - "Qədimlərin Qorunması 2") — Valve tərəfindən yayımlanan (Steam vasitəsilə) və IceFrog tərəfindən hazırlanan RTS (real vaxt strategiya) oyunudur. Oyunun orijinalı "Eul" tərəfindən 2003-cü ildə World of Warcraft xəritəsi olaraq yayınlanıb. İnkişaf etdirilməsi / yenilənməsi Warcraft III: Frozen Throne üzərindən edilmişdir. Oyun MOBA (Online çoxnəfərlik döyüş arenası) janrının ilk nümunəsidir. Dota 2 çox oyunçulu onlayn savaş arenası videooyundu. Bu oyunda əsas məqsəd, 5 nəfərdən təşkil olunmuş komandalar bir-birilərin “Ancient” deyilən qalaları dağıtmalıdılar. Burada xəritə 2D funksiyasında təbliğ olunur və bu oyunda 116 karakter mövcuddur, hansında oyunçular qarşıdakı komandanın seçdiyi oyunçuya uygun oyuçu seçir. == Oyun == 9 iyul 2013 tarixində çıxan "Dota 2" oynaması pulsuz bir oyundur və Steam üzərindən oynanılır. == Qəhrəmanlar == Qəhrəman - oyun içərisində oyunçu tərəfindən idarə edilən xarakterlərə verilən addır.
Dova (mahal)
Dova (ing. Dowa) — Malavinin 28 mahalından biri. Mərkəz bölgəsinə aiddir. == Coğrafiya == Dova ölkənin üç bölgəsindən biri olsan Mərkəz bölgəsinə aiddir. Mahalın mərkəz şəhəri mahalla eyni adı daşıyan Dova şəhəridir. Mahal şərqdə Salima mahalı, şimalda Ntçisi mahalı və Kasunqu mahalı cənub-qərbdə Lilonqve mahalı ilə qonşudur. == Əhali == Dova mahalında 556,678 nəfər yaşayır.
Dova dairəsi
Dova (ing. Dowa) — Malavinin 28 mahalından biri. Mərkəz bölgəsinə aiddir. == Coğrafiya == Dova ölkənin üç bölgəsindən biri olsan Mərkəz bölgəsinə aiddir. Mahalın mərkəz şəhəri mahalla eyni adı daşıyan Dova şəhəridir. Mahal şərqdə Salima mahalı, şimalda Ntçisi mahalı və Kasunqu mahalı cənub-qərbdə Lilonqve mahalı ilə qonşudur. == Əhali == Dova mahalında 556,678 nəfər yaşayır.
Jan Doma
Jan Doma (fr. Jean Domat; 30 noyabr 1625[…], Klermon-Feran – 14 mart 1696[…], Paris) — fransız hüquqşünası.
Koza Mostra
Koza Mostra — 2011-ci ildə qurulmuş Yunan musiqi qrupu. Koza Mostra Yunanıstanı 2013 Avroviziya Mahnı Müsabiqəsində Aqafon İakovidis ilə birlikdə "Alcohol Is Free" mahnısı ilə təmsil edib.
Koza Nostra
Koza nostra (it. Cosa nostra ) — Siciliyada yaranmış, 1930-cı illərdən Nyu-Yorkda iri İtaliyan-Amerikan mafiya qruplaşması. 1930-cu illərdən fəaliyyət göstərən Nyu-Yorkun 5 cinayət ailəsi Amerikada ən təhlükəli cinayət qruplaşması olmuşdur. Koza nostra yarandığı gündən Laki Luçianonun təsis etdiyi "Komissiya" tərəfindən idarə olunmuş və onilliklərlə toxunulmazlığını qorumuşdur. Ailələrə qarşı mübarizə göstərməkdə dövlət qurumları da gücsüz qalmış, hətta bəzən onlara kömək üçün müraciət etmişdir. İkinci dünya müharibəsində Nyu-Yorkdakı təxribatların qarşısını almaq üçün Strateji Xidmətlər Bürosu (OSS) Luçianodan qeyri-könüllü xidmət görür. 1960-cı ildə Mərkəzi Kəşfiyyat Agentliyi Kuba lideri Fidel Kastronun həyatına qəsd etmək üçün İtalyan mafiyasından kömək istəyir. Lakin onlar dövlətlə işləməkdən boyun qaçırırlar. 2007-ci ildə vəfat etmiş keçmiş MKİ agenti Edvard Hant isə ölümündən qabaq ABŞ-nin 35-ci prezidenti Con Kennedinin qətlində agentlik və mafiyanın əlbir olduğunu etiraf etmişdir. Koza nostra 1980-cı illərin sonlarına kimi ən güclü mütəşəkkil cinayət forması qalmışdır, lakin son 20 ildə ailədaxili çəkişmələr və xəyanət nəticəsində qismən zəifləmişdir.
Mesila Doda
Mesila Doda (alb. Mesila Doda; 6 fevral 1971, Kukes) — alban siyasətçi, 2001-ci ildən Albaniya Xalq məclisinin deputatı, Albaniya Demokrat partiyasının yaradıcılarından biri. == Bioqrafiya == 6 fevral 1971-ci ildə Kukes şəhərində anadan olub. Mesila Doda Tirana universitetində iqtisadiyyatı, Roma universitetində isə fəlsəfəsini öyrənirdi. Siyasət karyerasına 1991-ci ildə tələbə etirazları zamanı başladı, bu etirazlar alban əmək partiyasının hakimiyyətdən getməsi ilə nəticələndi. Doda müxtəlif siyasi mövqelərdən çıxış edərək jurnalist və teleaparıcı kimi işləmişdi. O, Albaniya Demokrat partiyasını təsis etdi, 2001-ci ildə Albaniya Parlamentinə daxil oldu. 2016-ci ildə o, partiyanı tərk etdi və açıq məktub yazaraq bildirdi ki, 25 il bundan əvvəl yaratdığı partiyadan getməyinə təəssüflənir. 2016-ci ildən o, İnteqrasiya, ədalət və birlik uğrunda partiyasının üzvüdü və Çameriya albanlarının hüquqlarını qoruyur. Doda dindar katolikdi və ənənəvi dəyərlərin müdafiəçisidi.
Monte-Roza
Monte-Roza (it. massiccio del Monte Rosa, alm. Monte Rosa-Massiv‎, fr. massif du Mont Rose) — Pennin Alp dağlarında, İtaliya və İsveçrə sərhədində dağ massivi. Qranit və qneyslərdən təşkil olunmuşdur. Maksimum hündürlüyü 4634 metrdir (Düfur dağı; hündürlüyünə görə Alp dağlarının ikinci zirvəsi). Buzlaqlar (ən böyüyü Qorner; uzunluğu təqribən 14 kilometrdir), alp və subalp çəmənlik və kolluqları, iynəyarpaqlı meşələr var. == İstinadlar == == Xarici keçidlər == Video and photos of a climb up to Capanna Margherita Gressoney Monterosa - www.gressoneyonline.it Rifugi Monterosa - Mountain Huts on Monte Rosa Tour Monte Rosa - Matterhorn Photos of Monte Rosa, Italian side Monte Rosa, some Photos, incl.
Roza Arazova
Roza Baqlanova
Roza Tajibay qızı Baqlanova (qaz. Роза Тәжібайқызы Бағланова; 1 yanvar 1922, Kazalinsk, Qırğızıstan MSSR – 8 fevral 2011, Almatı) — Sovet, Qazaxıstan operası və pop müğənnisi (soprano). SSRİ xalq artisti olub (1967). Qazaxıstan Xalq Qəhrəmanı ordeni ilə təltif olunub. == Həyatı == === Erkən illəri === 1 yanvar 1922-ci ildə Kazalinskdə (indi - Qazaxıstanın Qızılorda vilayəti) anadan olub. Kiçik juzun Jıtırı qəbiləsinin jaqalbəyli soyundandır.Məktəbi bitirdikdən sonra Roza Baqlanova 1939-1941-ci illərdə Qızılorda Pedaqoji Unioversitetində təhsil alır. Atasının ölümündən sonra, ailənin dolanışığı üçün, Daşkənd Tekstil və Yüngül Sənaye İnstitutuna daxil olur, çünki orada bir yataqxanada mənzil, pulsuz yemək verirdilər və toxucu olaraq əlavə pul qazanmaq mümkün mümkün idi. Daşkənddə onun oxuması təsadüfən Daşkənd Opera Evinin solisti və eyni zamanda Filarmoniya Cəmiyyətinin direktoru Muhitdin Qara-Yaqubov tərəfindən eşidilir. Roza Baqlanova 1941-ci ildən Səmərqənddə, Özbəkistan SSR Dövlət Qadın Mahnı və Rəqs Ansamblında, Özbəkistan Filarmoniyasında işləyir. 1941-ci ilin yazında Moskva Dövlət Konservatoriyasına dəvət alır, ancaq müharibə başladığı üçün ansamblla birlikdə cəbhəyə gedir.
Roza Camali
Roza Camali (fars. رزا جمالی‎‎) - Əslən İran azərbaycanlılarından olan şair, tərcüməçi və dramaturq. == Həyatı == Roza Camali 1977-ci ildə Təbriz şəhərində anadan olmuşdur. === Təhsili === Roza Camali Tehran İncəsənət Universitetində dramaturgiya üzrə təhsil almışdır. == Yaradıcılığı == Onun ilk şerlər külliyatı "Bu ölmüş oğlan alma deyil, o ya xiyar, ya da armuddur" adlanır. Bu əsər 1997-ci ildə İran poeziyasında yeni bir üslubun əsasını qoyan əsər kimi çap edilmişdir. Bu əsər İran poeziyasında yeni yaradıcı imkanlar yaratmışdır. Həmin ildə onun ikinci şerlər kitabı nəşr edilmişdir. "Üz düzəltmək" adlanan bu şerlər kitabı tənqidçilər tərəfindən müsbət rəy almışdır. Onun üçüncü şerlər kitabı "Cinayət hekayəsi üçün kofe düzəltmək" adlanır.
Roza Camanova
Roza Ümbetqızı Camanova (16 aprel 1928, Aqtöbe, Qazaxıstan MSSR – 27 dekabr 2013, Almatı) — Qazaxıstan opera müğənnisi (soprano), SSRİ Xalq Artisti (1959). == Həyatı == Roza Camanova 1928-ci ildə Aqtöbe şəhərində anadan olub. 1954-cü ildə Almatı konservatoriyasını bitirmişdir. 1953-cü ildən Qazaxıstan Opera və Balet Teatrının solisti olmuşdur. 1962–1980-cı illərdə Qazaxıstan Teatr Cəmiyyətinin sədri, 1968-ci ildə isə Beynəlxalq Teatr İnstitutunun vitse-prezidenti olmuşdur. 1977-ci ildən Qazaxıstan Milli Konservatoriyasında dərs demişdir. Roza Camanova 27 dekabr 2013-cü ildə Almatıda vəfat etmişdir. == Yaradıcılığı == === Partiyalar === Sara – "Birjan və Sara", M.Tölebayev Nazıqum – "Nazıqum", K.Kojamiyarov Tatyana – "Yevgeni Onegin", Pyotr Çaykovski Çio-Çio san – "Çio Çio san", J.Puççini Marqarita – "Faust", Ş.Quno Aysulu – "Aysulu", S.Məhəmmədcanov Ajar – "Abay", Ə. Jubanov və L.Həmidi == Mükafatları == Qazaxıstan SSR Əməkdar artisti (1957) SSRİ xalq artisti (1959) "Qırmızı əmək bayrağı" ordeni (1971) Qazaxıstan SSR Dövlət mükafatı (1972) "Xalqlar Dostluğu" ordeni (1978) "Lenin" ordeni (1986) == Ailəsi == Əri – Baxıtbəy Koşmuhambetov — təqaüdçü, Qazaxıstan SSR Əməkdar artisti (1957) == Diskoqrafiya == 2005 – CD "Qazaxıstan incəsənətinin dahi vokal ustası" == İstinadlar == == Ədəbiyyat == Azərbaycan Milli Ensiklopediyası. 5-ci cild. Bakı 2014.
Coca-Cola
Koka-Kola (ing. Coca-Cola) — 6 may 1886-cı ildə ABŞ- da yaradılmış sərinləşdirici içkilər istehsal edən The Coca-Cola Company şirkəti tərəfindən satışa çıxarılan qazlı sərinləşdirici içkidir. == İstehsalı == Coca-Cola, Amerika Birləşmiş Ştatları mənşəli, karamelize şəkərlə dadlandırılmış, spirtsiz içki markası. Coca-Cola və müxtəlif spirtsiz içki markalarının sahibi, mərkəzi ABŞ- ın Georgia əyalətində, Atlanta şəhərində olan çox millətli şirkətdir. 1886-cı ildə qurulan şirkətin səhmləri, Nyu York Birjasında KO qısaltması ilə əməliyyat göstərilir İkinci Dünya Müharibəsindən sonra Amerika həyat tərzinin bir simvolu olaraq əvvəl Avropada, sonra bütün dünyada məşhur reklam kampaniyaları ilə böyük bazar payı qazandı. Soyuq Döyüşün ardından Sovetlər Birliyi torpaqlarında və Şərqi Avropada istehsal və satışa başladı, bu bölgələrdə də spirtsiz içki bazarında güclü vəziyyətə gəldi. İdarə heyəti Başçısı (CEO) Türk iş adamı Muxtar Kentdir. Coca Cola və Pepsi- nin istehsal edən şirkətlər, Kaliforniya qanunlarına görə, məhsullarına xərçəng xəstəliyinin qonmaması üçün bu içkilərin tərkibini dəyişdirir. Yeni tərkibə görə, içkilərə karamel rəngini verən 4 — metilimidazol maddəsindən daha az istifadə ediləcək. 4 — metilimidazol, Kaliforniya əyalətinin xərçəngə gətirib çıxardığı düşünülən maddələr siyahısında iştirak edir.
Coca-Cola Cherry
Coca-Cola Cherry (orijinal satış adı və hələ də tanındığı adı ilə Cherry Coke) — Koka-Kolanın albalı dadlı versiyası. İçki The Coca-Cola Company tərəfindən istehsal olunur. == Tarixi == Bir çox restoran, kinoteatr və apteklər içki 1985-ci ildə mağazalarda rəsmi olaraq təqdim edilməzdən çox əvvəl Koka-Kolaya albalı siropu əlavə edərək onun qeyri-rəsmi versiyasını təqdim etmişdilər. The Coca-Cola Company ilk dəfə 1982-ci ildə Tennessi ştatının Noksvill şəhərində keçirilən Ümumdünya Sərgisinə gələn tamaşaçılara digər dadlarla birlikdə Kola-nın rəsmi albalı dadlı versiyasını da təqdim edərək içkinin sınaqdan keçirməyə başladı. "Cherry Coke" 1985-ci ilin yayında ABŞ-də əsas istehsala daxil oldu. 2007-ci ilə qədər ABŞ-də və bəzi digər ölkələrdə Coca-Cola Cherry olaraq adlandırılan Cherry Coke, o dövrdə Coca-Cola-nın üçüncü variasiyası idi. == Beynəlxalq paylanma == Coca-Cola Cherry bir sıra müxtəlif ölkələrdə paylanmışdır. İçki hal-hazırda ABŞ-dən başqa İsveç, Albaniya, Çin, Ukrayna, Böyük Britaniya, İrlandiya Respublikası, Finlandiya, Almaniya, Belçika, Danimarka, Fransa, Macarıstan, Çexiya, Hollandiya, Polşa, Slovakiya, Xorvatiya, Latviya, Litva, Cənubi Afrika, Cənubi Koreya, Bolqarıstan, Yunanıstan, Rumıniya və Peruda mövcudur. İçki Yaponiyada da mövcuddur və burada hələ də "Cherry Coke" kimi tanınır. Coca-Cola Cherry Yeni Zelandiyada bəzi supermarketlərdə tapıla bilər (adətən Böyük Britaniya və ya ABŞ-dən gətirilir).