DİZAR

Bax: didar. (“Kitabi-Dədə Qorqud” leksikası)

DİVŞİRMƏK
DO1
OBASTAN VİKİ
Dizartriya
Dizartriya — nitq aparatı inneversiyasının üzvi çatışmazlığı ilə şərtlənən nitqin səs tələffüzü tərəfinin pozuntusudur. Dizartriya yunan sözü olub iki söz və hissəciyin birləşməsindən əmələ gəlir (dis-pozulmanı bildirən hissəcik arton- isə birləşmə deməkdir). Səslərin artikulyasiyasının pozulması səs yaranmanın eyni zamanda nitqin tempi, ritmi və intonasiyanın pozulması dizartriyanın əsas əlamətlərini təşkil edir. Bu müxtəlif mənfi amillərin ana bətnində və ya erkən inkişaf etməkdə beyninə təsiri nəticəsində mərkəzi sinir sisteminin üzvi zədələnməsi nəticəsində yaranır. Bətndaxili zədələnməyə səbəb kəskin xroniki infeksiyalar, oksigen çatışmazlığı, intoksikasiya, hamiləlik toksikozu və başqa doğuş travmasına şərait yaradan amillərdir. Dizartriya aşağıdakı növlərə ayrılır: Balbar dizartriya-uzunsov beynin xəstəliyi və ya şişi zamanı əmələ gəlir. Bu halda orada yerləşən kəllə-beyin hərəki sinirlərinin nüvəsi pozulur(dil-udlaq azan dilialtı üçlü sinirlər və üz sinirlər). Dizartriyanın bu forması üçün udlağın, qırtlağın, dilin, yumşaq damağın iflici səciyyəvidir. Bu, uşaqlarda bərk və yumşaq qidanı udmaq ,çeynəmək kimi hərəki funksiyaların pozulması ilə nəticələnə bilər. Qabıqaltı dizartriya- baş beynin qabıqaltı düyünlərinin zədələnməsi nəticəsində əmələ gəlir.