DOYMAQ

f.
1. Yeməyə olan ehtiyacı rəf olmaq, lazımınca yeyib tox hala gəlmək, qarnı tox olmaq. Bu xörəkdən doydum.
– Bozbaşdan doymaq istəyirsənsə, qonaqlarını tox hala salmaq istəyirsənsə, çölməyə çox ət sal. C.Məmmədquluzadə.
Başını xörəklərin xonçasına əymişdi, əlini nimçənin üzərində saxlayıb, mənim doymağımı gözləyirdi. M.S.Ordubadi.

2. kim. Öz içərisində çoxlu miqdarda başqa maddəni əritmək, həll etmək, canına çəkmək.
3. məc. Bezikmək, bıqmaq, təngə gəlmək, ürəyini vurmaq; soyumaq.
Yar məndən doyubdursa; Mən yardan doymamışam. Sarı Aşıq.
Gəncədə bir kişi övrətindən doyanda belə bəhanə eləyir ki, məsələn, “məlunə övrət mənim anamı söyür və məndən izin almamış həyətə çıxır”. C.Məmmədquluzadə.

◊ Cana doymaq – bax can.
[Mələk] cana doysa da, hələ qəti qərara gələ bilmirdi. İ.Şıxlı.

Синонимы

  • DOYMAQ bezikmək — bıqmaq — soyumaq

Антонимы

  • DOYMAQ DOYMAQ – ACMAQ Diş qurdalamaqla qarın doymaz (Ata. sözü); Cücələrim acdı, yemləmək vaxtıdır

Этимология

  • DOYMAQ Tox, dol, toy kəlmələri ilə qohumdur. Etimon do(to) feilidir. Ondan tox (doy­muş), toy (məclis), dol (çox olmaq) kimi sözlər əmələ gəlib
DOYMA
DOYMAMAZLIQ

Значение слова в других словарях

-атол- полузакры́ться пристрасти́ться прозва́ть униженность большегру́зный брю́чный драмати́ческий крёстная наве́тчик преумножа́ть реакти́вность вдова чум distillate museology ratification sleazy былой осот перестирывать подраздел тимиан утихать фотоконкурс