DOYURMAQ

f.
1. Yedirmək, qarnını doydurmaq, aclığını rəf etmək.
Arvad məni inandırır ki, bir çox ac itlər və heyvanlar öz rizqlərini zibildə tapırlar; onları doyurmaq da savabdır. C.Məmmədquluzadə.
Bol nemətli, bərəkətli hövzəsi Nilin; Doydurmadı qarnını yoxsul misirlinin. O.Sarıvəlli.
Dənizdəki balıq ac adamı nə qədər doyurarsa, məhbuslara da bu ümid o qədər təsəlli verirdi. Mir Cəlal.

2. məc. Yalandan vədlər verərək xatircəm etmək.
…Mirzağa Bülluri Helmini və İbrahim Fövzini vədlərlə doyururdu. M.S.Ordubadi.

3. bax doydurmaq 2-ci mənada. Məhlulu doyurmaq.
DOYURMA
DOYUZDURMA

Значение слова в других словарях