DOĞMAQ

f.
1. Dünyaya bala gətirmək; balalamaq. Uşaq doğmaq. Bala doğmaq.
– Sənin kimi oğlanı; Analar tək-tək doğar. (Bayatı).
…Bacım Fatma da hamilə idi və doğmağına bir neçə gün qalanda əri İsmayıl bəy də gəldi İrəvana. C.Məmmədquluzadə.
Bir il sonra Zeynəb bir oğlan doğdu. M.İbrahimov.

2. məc. Çıxmaq, görünmək, tülu etmək (göy cisimləri haqqında).
Ay doğdu, işıq verdi; Yara yaraşıq verdi. (Bayatı).
Səhər oldu, ay gizləndi, gün doğdu. Q.Zakir.
[Dursun:] Səlimqızı, bildirçinlər səhər günəş doğarkən, axşam günəş batarkən oxuyurlar. C.Cabbarlı.
Bu gecə doğmuş həqiqət günəşi; Parlamış üzlərə zəhmət günəşi. M.Müşfiq.

3. Meydana çıxmaq, ortaya çıxmaq, əmələ gəlmək, törəmək, irəli gəlmək, nəşət etmək, hasil olmaq.
Qələm tez-tez qələmdandakı davata batırılıb kağızın üzərində dolaşır, sətir-sətir dalınca doğur, qəmli şairin ürəyini yüngülləşdirirdi. Çəmənzəminli.

4. köhn. Doğulmaq.

Синонимы

  • DOĞMAQ 1. DOĞMAQ [Yasəmən:] Baba, dönmüş taleyim burada da məni ərimin yanında xəcil etdi, qız doğdu (S.S.Axundov); BALALAMAQ (heyvanlar haqqında) Keçi o vax
  • DOĞMAQ balalamaq — küçükləmək
  • DOĞMAQ çıxmaq — körünmək
  • DOĞMAQ törəmək

Антонимы

  • DOĞMAQ DOĞMAQ – BATMAQ Yenidən doğmaq üçün batdı. Gözlərdən itdi (S.Rüstəm). DOĞMAQ – ÖLMƏK Bir il sonra Zeynəb oğlan doğdu (M
DOĞMACA
DOĞRAM

Значение слова в других словарях

-няк- безала́берно дискине́зия за семеры́х исхищря́ться ка́рма кетовый ко́панка маха́н отря́ховка покры́ть сиг грэ́совский отдели́мость прилуни́ться ранжи́рование теоре́ма физио́лог что-л. не даёт спать два пепермент расшевелить сбить слабоумный спиться