DUMANLATMAQ f. 1. bax dumanlandırmaq. Arabanın boynunda çöməlmiş, domuşub oturan Əsgər çırt çubuğunu qurdalayıb tüstüsünü dumanladır, hey fikirləşirdi. Ə.Vəliyev. 2. məc. Qarışdırmaq, fikrini çaşdırmaq. Qızğın ehtiraslar [Rüstəm kişinin] fikrini dumanlatmışdı. M.İbrahimov.