Ağ ayı dustaqxanası
Ağ ayı dustaqxanası (ing. Polar bear jail) – Kanadanın Manitoba əyalətinin Çörçill qəsəbəsində yerləşən xüsusi tikili. Qəsəbə ətrafında tutulan təhlükəli ağ ayıları əvvəlcə bu yerə gətirirlər.
== Tarixi ==
Dustaqxana yaradılmamışdan öncə təhlükəli ağ ayıları vururdular. Dustaqxana 1982-ci ildə fəaliyyət göstərməyə başlamışdır. Bəzi mənbələrə görə isə 1983-cü ildə küçədə baş vermiş bir ağ ayı hücumundan sonra dustaqxana yaradılmışdır. Əvvəllər bu bina hərbi morq kimi fəaliyyət göstərirdi.
== Saxlanılma ==
Əvvəlcə tikilinin 20 kamerası var idi; 16 ağ ayının və 4 ağ ayı ailəsinin saxlanılması üçün şərait mövcud idi. Ağ ayılar 2–30 gün ərzində burada saxlanılırlar. Əgər ağ ayı bir çox dəfə tutulmuş ağ ayıdırsa, bu müddət uzana bilər.