DÖVLƏTLİ

sif. Böyük mülk və sərvətə sahib olan, çox varlı; sərvətdar, zəngin.
Nəinki Naməlsəm məhəlləsində, bəlkə bütün kənddə, uyezddə dəxi bundan dövlətli, zəngin adam tapılmazdı. N.Nərimanov.

// İs. mənasında.
Dövlətliyə yaltaqlana bilmərəm; Qəmli ikən yalan yerə gülmərəm. M.Ə.Sabir.
[Sitarənin] mərhum atası Bakının məruf və tanınmış bir dövlətlisi idi. S.Hüseyn.

Синонимы

  • DÖVLƏTLİ varlı — pullu — sərvətdar — zəngin
  • DÖVLƏTLİ dövlətli bax varlı

Антонимы

  • DÖVLƏTLİ DÖVLƏTLİ – GƏDA O deyəndə bir dövlətli xanım, mən gədanın birisi (Ə.Haqverdiyev)
DÖVLƏTLƏNMƏK
DÖVLƏTLİLİK
OBASTAN VİKİ
İsgəndər Dövlətli
İskəndər Dövlətli
Aliyə Dövlətli
Aliyə Dövlətli (29 sentyabr 2000, Sumqayıt, Azərbaycan) — azərbaycanlı peşəkar qadın futbolçu. "Sumqayıt" klubunun yarımmüdafiəçisi. Aliyə Dövlətli futbol ictimaiyyətində həmçinin Aliyə Hüseynova olaraq tanınır. == Həyatı və Karyerası == "Sumqayıt" klubunun yetirməsidir. 2009-cu ildən 2011-ci ilə qədər uşaq yaş qrupu üzrə, "Sumqayıt" formasını geyinib. 2011-ci ildə, peşəkar futbola başladı. 2013/2014 mövsümündə, "Sumqayıt" klubu ilə, çempionluq əldə etdi. 2014/2015-ci illərdə, çempionluğun ardından 3-cülük əldə etdi. 2016/2017-ci illərdə isə, bu nailiyyət təkrarlandı, yenidən 3-cülük əldə etdi. Çox keçmədən, 2017/2018-ci illər yenə də, "Sumqayıt"la birlikdə çempionluq əldə etdi.

Значение слова в других словарях