Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qaraqabaq-i Süfla (Pərsabad)
Qaraqabaq-i Süfla (fars. قره قباق سفلي‎) və ya Aşağı Qaraqabaq — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 807 nəfər yaşayır (175 ailə).
Qaraqabaq-i Ülya (Pərsabad)
Qaraqabaq-i Ülya (fars. قره قباق عليا‎ və ya Yuxarı Qaraqabaq — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 82 nəfər yaşayır (16 ailə).
Qarabaşaq
Qarabaşaq (lat. Fagopyrum) — qırxbuğumkimilər fəsiləsinə aid bitki cinsi.
Qarapapaq
Qarapapaq (Qazax) — Qazax rayonunda kənd. Qarapapaq (Cənubi Zəhmətabad) — Qərbi Azərbaycan ostanının, Miyandoab şəhristanının, Mərkəz bəxşinin, Cənubi Mərhəmətabad dehestanında kənd. Qarapapaq — İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. Qarapapaq-Güllübulaq — Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd.
Qaraqalpaq
Qaraqalpaqlar – kompakt halda Özbəkistanın Qaraqalpaqıstan Respublikasında və az sayda digər ölkələrdə yaşayan türkdilli xalqı. == Ümumi məlumat == Ərazi əvvəllər Qazaxıstanın, sonralar isə Rusiyanın tərkibində olmuşdur. 1936-cı ildə Özbəkistanın tərkibinə qatılmışdır. Özbəkistan Respublikasında 2002-ci ildə aparılmış siyahıya almaya əsasən ölkədə yaşayan Qaraqalpakların sayı 504 301 nəfərdir və say baxımından onlar Özbəkistanda özbəklərdən, ruslardan, taciklərdən və qazaxlardan sonra beşinci xalqdır. Qaraqalpaqlar türk xalqlarının kiçik saylı qruplarından biri olmaqla uzun müddətdir ki, Orta Asiya ərazisində Sırdərya ilə Amudərya çaylarının hövzəsində yaşayırlar, lakin orada qaraqalpaqların sayı 350–400 mindən çox deyil. Qaraqalpaqıstanda əhalinin ümumi sayı isə son siyahıyaalmaya görə, təxminən 1,5 milyondur. Qaraqalpaqlar çox çətin, əzablı, məşəqqətli aqibət yaşayıblar. Ötən çağlarda qaraqalpaqlara müxtəlif xalqlar tərəfindən olan həmlələr onların sayının azalmasına, ata yurdundan kənar düşmələrinə səbəb olub. Bütün bu səbəblərdən qaraqalpaqların bir hissəsi Yayıq ətrafına, digəri İtil ətrafına, qalan qismi isə Orta Asiya və Ural ərazisindən kənarlaşaraq Əfqanıstana, Pakistana, İrana, Rusiyanın müxtəlif bölgələrinə yayılmışlar. "Qaraqalpaq" adı tarixi ədəbiyyatda XVI əsrdən çəkilir.
Qaraqovaq
Qaraqovaq — (lat. Populus nigra L.) — Söyüd fəsiləsinə adi bitki növü. == Ümumi yayılması: == Qafqaz Gürcüstan, Rusiyanın Avropa hissəsi, Qazaxıstan, Qərbi Avropa, Kiçik Asiya, İran və Şimali Amerikada təbii аrеаlı vаrdır. Azərbaycanda yаyılmаsı: Qubada, Naxçıvan MR-nın dağ və düzən yer-lərində, Diabar, Samur Dəvəçi ovalığı, St.yaylası, Alazan-Əyriçay çökəkliyində, Kür-Araz düzənliyi və ovalığında təbii hаldа yаyılmışdır. == Stаtusu: == Azərbaycanın nadir bitkisidir. LC. == Bitdiyi yеr: == Arandan başlayıb оrtа dаğ qurşağına qədər tuqay mеşələrində, çаy sаhili bоyuncа rast gəlinir. == Təbii еhtiyаtı: == Azərbaycanda arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri: == İri, hündürlüyü 25–30 m-ə çаtаn еnli çətirli аğаcdır. Budаqlаrı gövdəsindən аrаlı dаyаnır. Gövdələrinin qаbığı qаlın, tündbоz rəngdə, üzərində çаtlаr vаrdır.
Qaraqulaq
Qaraqulaq (lat. Caracal) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinə aid heyvan cinsi.
Qaraçanaq
Qaraçanaq (Nəmin) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. Qaraçanaq (Məlikan) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd.
Qarababa
Qarababa (Zəngilan) — Azərbaycanın Zəngilan rayonunda kənd. Qarababa (Şahbuz) — Azərbaycanın Şahbuz rayonunda kənd.
Qaraqala
KəndlərQaraqala (Loru) — Tiflis quberniyasının Loru - Pəmbək qəzasında, indi Kalinino rayonunda kənd. Qaraqala (Qırxbulaq) — İrəvan quberniyasının İrəvan qəzasında, indi Ellər (Kotayk, Abovyan) rayonunda kənd. Qaraqala (Dərəçiçək) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda kənd. Qaraqala (Sərdarabad) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonu ərazisində kənd.DigərQaraqala yaşayış yeri — Qaraqala nekropolu — Qaraqala — Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indiki Şəmşəddin rayonu ərazisində qışlaq. Qaraqala — İrəvan quberniyasının Aleksandropol qəzasında dağ.
Qaraqaya
Kəndlər AzərbaycandaQaraqaya (İsmayıllı) — Azərbaycanın İsmayıllı rayonunda kənd. Qaraqaya (Yardımlı) — Azərbaycanın Yardımlı rayonunda kənd. Qaraqaya — Babək rayonunun Alagözməzrə inzibati ərazi vahidində kənd.ErmənistandaQaraqaya (Qaraqoyunlu) — Ermənistanın Tavuş marzında Qaraqoyunlu mahalına aid kənd. Qaraqaya (Dərələyəz) — Dərələyəz mahalında kənd.İranda‎Qaraqaya (İcrud) Qaraqaya (Miyanə) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Qaraqaya (Takab) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. Qaraqaya (Sina dehistanı) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. Qaraqaya (Dizmar-i Mərkəzi dehistanı) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. Qışlaq-i Qaraqaya (Germi)DağlarQaraqaya — Axta rayonunda dağ. Qaraqaya — Qafan rayonunda dağ.DigərQaraqaya burnu — Bakıda oroqrafik çıxıntı.
Qarabaşaq sıyığı
Qarabaşaq sıyığı — Qarabaşaq sıyığından hazırlanan məşhur rus, belarus, ukrayn və polşa yeməyidir. == Hazırlanması == V.Poxlebkinə görə slavyan xalqlarında qarabaşaq da taxıllar qrupuna daxildir. Şirin və kəmşirin sıyıqlar üçün südə samalensk taxılı əlavə edilirdi. Ovulmuş hissəciklər əzilmiş sıyıqda istifadə edilir.Qarabaşaq sıyığı su və süd də hazırlanır. O adi yemək (bəzən, süd, kərə yağı, şəkər də əlavə edilir) ola bilər. Bəzən qarniyer kimi də istifadə edilir. Dietik yeməklər içərisində ön planda durur. == Tarixi == Poxlebkina görə qarabaşaq sıyığı rus mətbəxində ikinci növ milli yemək hesab edilir. Belə ki, xalq mahnılarında da hansı sıyıq olursa qarabaşaq sıyığı olmalıdır. O həmçinin rahat hazırlanma qaydasına görə də fərqlənir.
Qarabaşaq yarması
Qarabaşaq yarması — adi qarabaşaq bitkisinin dənindən istehsal edilir. Qarabaşaq yarmasının qidalılıq və istehlak dəyəri başqa yarmalara nisbətən yüкsəkdir. Pəhriz qidası üçün daha çoх istifadə edilir. Buхara verilməmiş adi qarabaşaq və buхara verilib qurudulmuş tez bişən qarabaşaq yarmaları istehsal edilir. Adi və tezbişən yarmalar biri digərindən rənginə və konsistensiyasına, tərkibinə daхil olan maddələrin vəziyyətinə görə fərqlənir. Adi yarmanın rəngi açıq, unlu, nişastası dəyişməmiş, fermenti isə fəal deyildir. Tez bişən yarmanın rəngi qəhvəyi, qeyribərabər, yarımşüşəvari, nişastası qismən kleysterləşmiş, fermentlərinin fəallığı zəifdir. Adi və tezbişən qarabaşaq yarması 2 müхtəliflikdə – nüvə və yarma хırdası (prodel) halında istehsal olunur. Yarma хırdası bir neçə hissəyə bölünmüş qarabaşaq dənindən ibarətdir. Yarma nüvəsi tərkibindəкi kənar qarışığın və sağlam nüvənin miqdarına görə 1-ci və 2-ci əmtəə sortuna ayrılır.
Qarapapaq (Qazax)
Qarapapaq — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Qarapapaq kəndi düzənlik ərazidə yerləşir. Toponim azərbaycanlıların etnoqrafik qrupu olan qarapapaqların adı ilə bağlıdır. Ta qədimdən Cənubi Qafqazda, xüsusilə Kvemo Kartli və Göyçə gölü ətrafında yaşayan qarapapaqların böyük əksəriyyəti siyasi hadisələrlə əlaqədar XIX əsrin əvvəllərində Türkiyə və İrana köçmüşdülər. Rusiyada qalan qarapapaqlar Qazax tayfa birləşməsinin tərkibində və Naxçıvanda yaşamışlar. == Toponimikası == Qarapapaq oyk., sadə. Qazax r-nunun Ağköynək i.ə.v.-də kənd. Düzənlikdədir. Bu toponim azərbaycanların etnoqrafik qrupu olan qarapapaq larin adı ilə bağlıdır. Qarapapaqlar türk tayfalarından birinin adıdır.
Qarapapaq bələdiyyəsi
Qazax bələdiyyələri — Qazax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qarapapaq dili
Azərbaycan dilinin qarapapaq dialekti kimi də adlandırılan qarapapaq dili — müxtəlif mənbələrə görə türk dillərinin oğuz qoluna daxil olan qarapapaqların dilidir . Azərbaycanın şimal-qərbində, Gürcüstanın cənubunda və Türkiyənin şərqində yayılmışdır. == Ümumi məlumat == 1897-ci ildə Rusiya imperiyasının ilk ümumi siyahıyaalınmasında "Qarapapaq" ayrıca dil kimi qeyd edilmişdir . Lakin müasir qarapapaqlar Azərbaycan dilinin qarapapaq ləhcəsində danışırlar .
Qarapapaq tinamu
Qarapapaq tinamu (lat. Crypturellus atrocapillus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin tinamukimilər dəstəsinin tinamular fəsiləsinin əsl tinamu cinsinə aid heyvan növü.
Qarapapaq türkləri
Qarapapaqlar və ya Tərəkəmələr — Şimali Qafqazda Dərbənd, Gürcüstanda Kvemo-Kartli, Azərbaycanda Qazax, İranda Sulduz və Türkiyədə isə ümumi olaraq Şimal-şərqi Anadoluda yaşayan Azərbaycan türklərinə bağlı bir tayfa. Əhali əsasən maldarlıqla məşğul olur və əksər hallarda köçərilər kimi rast gəlinir.Orta əsrlərdə digər türk və monqol tayfaları ilə birlikdə Qərbi Asiyaya köç etdikdən sonra Qarapapaqlar şərqi Gürcüstanın Debed çayı ətrafında məskunlaşmışdırlar. Bu ərazi müasir Gürcüstan ilə Ermənistan sərhədi boyunca yerləşməkdədir. 1828-ci ildə Türkmənçay müqaviləsi imzalandıqdan sonra onların bir hissəsi Qacar imperiyasına, bir hissəsi isə Osmanlı imperiyasına köç etmişdir. Çar Rusiyası ərazisində qalmış Qarapapaqlar rəsmi siyahıyaalınmalarda Azərbaycan türklərindən ayrı hesab edilmişdir, lakin Sovet dövründə onlar tədricən digər Azərbaycan türkləri ilə qarışmışdırlar. Beləliklə, onlar 1959 və 1970-ci illərdə azərbaycanlı olaraq siyahıyaalınmışdırlar. 1944-cü ildə Qarapapaqlardan xeyli sayda insan Mərkəzi Asiyaya sürgün edilmişdir. Tarixən müsəlman olan Qarapapaqlar həm sünni, həm şiə, həm də Əliallahilik məzhəbində olmuşdurlar. Son dövrlərdə Sovet İttifaqının etnoqrafiyası barədə aparılmış araşdırmalara görə, Qarapapaqların çoxu 1980-ci illərdə Türkiyədə, İranda, Mərkəzi Asiyada (əsasən Özbəkistanda) və Cənubi Qafqaz ölkələrində (əsasən Ermənistan və Gürcüstanda) yaşamaqda idilər. 1988-ci ildən başlayan Ermənistandan azərbaycanlıların ikinci deportasiya prosesi zamanı Qarapapaqlar oranı tərk edərək Azərbaycan Respublikası ərazisinə yerləşmişdir.
Qaraqalpaq dili
Qaraqalpaq dili (Қарақалпақ тили, Qaraqalpaq tili) — qaraqalpaqların danışdıqları dil. Qaraqalpaqstan Muxtar Respublikasının rəsmi dilidir. Qaraqalpaq dili türk dillərinin qıpçaq yarımqrupuna daxildir (tatar dili, başqırd dili, qaraçay-balkar dili, qumuq dili, karaim dili, krımtatar dili, qazax dili, həştərxan-noqay dili, noqay dili). Noqay, qazax və qaraçay dilləri ilə birgə qıpçaq-noqay qoluna aid edilir. Leksik baxımdan daha çox qazax dilinə yaxın olsa da, ondan orfoqrafik baxımdan fərqlənir. Qaraqalpaq dilində təxminən 400 min nəfər danışır. Onlar əsasən Özbəkistanda yaşayırlar. Təxminən 2 min nəfər bu dildə danışan əhali Əfqanıstanda, daha az sayda isə Rusiyada, Qazaxıstanda, Türkiyədə yaşayır. Qaraqalpaq dilində Nukusda "Erkin Qaraqalpaqstan" qəzeti nəşr olunur. Dili əsas tənzimləyən qurum - Najim Davkarayev adına Dil və Ədəbiyyat İnstitutudur.
Qaraqalpaq mətbəxi
Qaraqalpak mətbəxi (Karakalp. Karakalpak askhanasy) - qaraqalpaqların ənənəvi mətbəxi, qonşu Orta Asiya xalqlarının: özbəklər, türkmənlər, qazaxlar, qırğızların kulinariya sənətlərinin elementləri olan orijinal milli mətbəxdir. == Qaraqalpaq mətbəxinin xüsusiyyətləri == Ət yeməklərinə mal əti, quzu, dəvə, at əti, dovşan və quş ətindən hazırlanmış yeməklər daxildir. Quzu və mal əti ən populyar olanlardır. Qaraqalpaqlar müsəlman olduqları üçün onlar donuz əti yemirlər. Birinci və ikinci yeməklərdə taxıl, maş lobya, buğda unu, darı, düyü, lobya, sorqo və digər dənli bitkilər ayrılmaz hissə və ya qarnitür kimi də istifadə olunur. Kartof və tərəvəz daha çox istehlak olunur. Əsas isti xörəklərdə üstünlüyü qızardılmış və bişirilmiş yeməklər təşkil edir. Ət və qaynadılmış xəmir xörəkləri geniş yayılmışdır. Qaraqalpaq mətbəxinin əsasını qızardılmış ətin qaynadılmış xəmirlə qarışığı təşkil edir.
Qarayataq (Germi)
Qarayataq (fars. قره ياتاق‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 136 nəfər yaşayır (27 ailə).
Qaraçanaq (Məlikan)
Qaraçanaq (fars. قره چناق‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 454 nəfər yaşayır (112 ailə).
Qaraçanaq (Nəmin)
Qaraçanaq (fars. قره چناق‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 366 nəfər yaşayır (87 ailə).
Şurəddin Qarapapaq
Şurəddin Bahəddin oğlu Məmmədov (28 fevral 1956, Kolagir, Bolnisi rayonu) — azərbaycanlı alim, Gürcüstan Milli Elmlər Akademiyasının həqiqi üzvü (2002); filologiya elmləri doktoru (2004); professor, ədəbiyyatşünas alim, jurnalist, şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Aşıqlar Birliyinin üzvü, Gürcüstan Yazıçılar Birliyi Azərbaycanlı Yazarlar Qrupunun üzvü, Gürcüstan Jurnalistlər Federasiyasının üzvü. == Təhsili == 1973–cü ildə daxil olduğu A. S. Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun(ka) Azərbaycan bölməsində Filologiya fakültəsini 1978–ci ildə fərqlənmə diplomu ilə bitirib. Elmlər namizədi: Azərbaycan Elmlər Akademiyası Nizami Ədəbiyyat İnstitutu; Mövzu: "19-cu Yüzil Gürcü Mətbuatında Azərbaycan Ədəbiyyatı Məsələləri"; 1988 Elmlər doktoru: Azərbaycan Milli Elmlər Akademiyası Nizami Ədəbiyyat İnstitutu; Mövzu: "Borçalı Ədəbi Mühiti (1920-ci ilinə qədər)"; 2004 == İş fəaliyyəti == Tərcüməçi: Gürcüstan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi 1978–1984 Müxbir, şöbə müdiri: "Gürcüstan" ("Sovet Gürcüstanı") qəzeti 1984–2006 Gürcüstan təmsilçisi: "Azərbaycan" (Bakı) qəzeti 1994–1997 Ortaq (Association) Professor (Dosent): Tbilisi Humanitar Universiteti 1999–2004; Sertifikat: Cavaxişvili Tbilisi Dövlət Universiteti 2004 Tam (Full) Professor: Tbilisi Dövlət Universiteti Kvemo-Kartli Filialı 2004–2006; Tbilisi Dövlət Pedaqoji Universiteti (Marneuli) 2005–2006; Kafkas Üniversitesi (Türkiyə) 2007–2010; Heydər Əliyev Gürcüstan Azərbaycan Tədris Universiteti 2010; Ardahan Üniversitesi (Türkiyə) 2010–2011... == Akademik üzvlüyü == Gürcüstan Milli Akademiyası həqiqi üzvü, akademik, 2002-ci il. Bilim Kurulu üyesi (Elmi Şura üzvü) – TuranSAM, Turan Stratejik Araştırmalar Merkezi uluslar arası hakemli dergisi, Konya / Türkiyə 2009–2011 == Mükafatları == Gürcüstanın "ღირსება" = Şərəf ordeni: Gürcüstanla Azərbaycan arasında elmi-ədəbi əlaqələrin inkişafındakı xidmətlərində görə 2002 "Qızıl Kitab": Elmi fəaliyyətindəki uğurlarına görə 2004 "Borçalı": Gürcüstan azərbaycanlılarının ədəbiyyatının, tarixinin tədqiqindəki xidmətlərinə görə 2004 == Əsərləri == a- Monoqrafiyaları 2000 * Borçalı Ədəbi Mühiti: Qaynaqları, Təşəkkülü, İnkişafı – Elm; 224 s. / Bakı 2001 * საქართველოს აზერბაიჯანელთა ლიტერატურული ტრადიციები = Gürcüstan Azərbaycanlılarının Ədəbi Gələnəkləri – Azəri / Tbilisi 2002 * Ədəbi Borçalı: Bədii Ədəbiyyatda Borçalı Mövzusu – Borçalı; 96 s. / Bakı 2003 * Azərbaycan Ədəbiyyatının Borçalı Qolu (1920-ci ilə qədər) – Kolori; 272 s. / Tbilisib- Elmi-publisistik-ədəbi kitabları 1991 * Paralanmış Borçalı vəya 1918-ci il Ermənistan–Gürcüstan Müharibəsinin Acı Nəticəsi. – Azərnəşr, 66 s. / Bakı 1995 * Paralanmış Borçalı.
Adi qaraqulaq
Adi qaraqulaq (lat. Caracal caracal) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin qaraqulaq cinsinə aid heyvan növü.
Qaraayaq pişik
Qaraayaq pişik (lat. Felis nigripes) — pişik cinsinə aid heyvan növü. Orta hesabla kütləsi 1,6 kq, bədəninin uzunluğu 36–52 sm, quyruğunun uzunluğu 13–20 sm olur. Afrikanın cənub hissələrində səhralıqlarda yaşayır. Rəng çaları sarı-qumsal rəngindədir və tünd xallara malikdir.
Qaraayaq qızılquşcuq
Qaraayaq qızılquşcuq (lat. Microhierax fringillarius) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin cırtdan qızılquş cinsinə aid heyvan növü.
Qaracadağ
Qaradağ və ya Qaracadağ vilayəti (fars. قراجه‌داغ‎; fars. قره‌داغ‎) — İranın Araz çayı və qismən də Urmiya gölü (Acıçay) hövzəsində yerləşən bölgəsi. Bölgənin mərkəzi Əhər şəhəri olub Əhər şəhristanını içinə alır. Meşkinşəhr və Muğan düzənliyinə qonşudur. Bölgə qərbdən şərqə doğru uzanır, şimal sərhədi Araz çayı, qərb sərhədi Culfa-Mərənd avtomobil yolu, cənub sərhəddi Əhərçay, şərq sərhədi isə Qarasuçay boyunca keçir. Şərqdən qərbə doğru Qaradağ silsiləsi artır və şimalda Kiçik Qafqaza qoşulur. == Tarixi == Qaradağ sözü böyük dağ və ya dağlıq yer mənasına gəlməkdədir. Yeni fars qaynaqlarında bu ad yerinə bölgə üçün Arasbaran da deyilir. Bölgə İranın Türkmən Yatağı olaraq da təbir edilər.
Garabağ
Qarabağ — Azərbaycanın tarixi-etnoqrafik vilayəti. 1747-ci ildə Nadir şah Əfşarın ölümündən sonra Cavanşir sülaləsindən olan Pənahəli xan Qarabağ xanlığının əsasını qoymuşdu. Qarabağ xanlığı Kiçik Qafqaz dağlarının cənub-şərqində yerləşirdi. Xanlığın sərhədləri Araz çayından Göyçə gölünədək, Tərtər çayından bütün düzənlik və Dağlıq Qarabağı, Zəngəzuru, Bərgüşadı əhatə etməklə Mehri, Tatev və Sisiana qədər uzanırdı. Xanlıq Şəki, Gəncə, İrəvan, Naxçıvan, Qaradağ, Cavad və Şamaxı xanlıqları ilə həmsərhəd idi.Səfəvi dövründə Qarabağ bəylərbəyliyinin paytaxtı Gəncə şəhəri olduğu üçün sonralar isə Əfşar imperiyası dövründə Qarabağ vilayəti Azərbaycan bəylərbəyliyinin paytaxtı Təbriz şəhərinə tabe olduğu üçün Qarabağ xanlığının yarandığı zaman burada sosial-iqtisadi mərkəz rolunu oynayan şəhər yox idi. Pənahəli xan bu məqsədlə 1748-ci ildə Kəbirli mahalında Bayat qalasının tikilməsini əmr etdi. 1751-ci ildə isə Pənahəli xan Ağdam yaxınlığında Şahbulaq yaylağında daha möhkəm qala, yəni Şahbulaq qalasını tikdirdi. Lakin bu qala da coğrafi cəhətdən əlverişli yerdə yerləşmədiyi üçün Şuşakənddən bir qədər aralı,hündür,sıldırım dağ üstündə qalanın, Şuşa qalasının inşasına başlandı və 1756–1757-ci illərdə tikilib başa çatdırıldı. Qala Pənahabad, və ya Şuşa adlandırılırdı.1763-cü ildə Pənahəli xanın ölümündən sonra hakimiyyətə İbrahimxəlil xan gəldi. Məlikliklərə qarşı uğurlu müharibələr aparıldı.
Qarabağ
Qarabağ — Azərbaycanın tarixi-etnoqrafik vilayəti. 1747-ci ildə Nadir şah Əfşarın ölümündən sonra Cavanşir sülaləsindən olan Pənahəli xan Qarabağ xanlığının əsasını qoymuşdu. Qarabağ xanlığı Kiçik Qafqaz dağlarının cənub-şərqində yerləşirdi. Xanlığın sərhədləri Araz çayından Göyçə gölünədək, Tərtər çayından bütün düzənlik və Dağlıq Qarabağı, Zəngəzuru, Bərgüşadı əhatə etməklə Mehri, Tatev və Sisiana qədər uzanırdı. Xanlıq Şəki, Gəncə, İrəvan, Naxçıvan, Qaradağ, Cavad və Şamaxı xanlıqları ilə həmsərhəd idi.Səfəvi dövründə Qarabağ bəylərbəyliyinin paytaxtı Gəncə şəhəri olduğu üçün sonralar isə Əfşar imperiyası dövründə Qarabağ vilayəti Azərbaycan bəylərbəyliyinin paytaxtı Təbriz şəhərinə tabe olduğu üçün Qarabağ xanlığının yarandığı zaman burada sosial-iqtisadi mərkəz rolunu oynayan şəhər yox idi. Pənahəli xan bu məqsədlə 1748-ci ildə Kəbirli mahalında Bayat qalasının tikilməsini əmr etdi. 1751-ci ildə isə Pənahəli xan Ağdam yaxınlığında Şahbulaq yaylağında daha möhkəm qala, yəni Şahbulaq qalasını tikdirdi. Lakin bu qala da coğrafi cəhətdən əlverişli yerdə yerləşmədiyi üçün Şuşakənddən bir qədər aralı,hündür,sıldırım dağ üstündə qalanın, Şuşa qalasının inşasına başlandı və 1756–1757-ci illərdə tikilib başa çatdırıldı. Qala Pənahabad, və ya Şuşa adlandırılırdı.1763-cü ildə Pənahəli xanın ölümündən sonra hakimiyyətə İbrahimxəlil xan gəldi. Məlikliklərə qarşı uğurlu müharibələr aparıldı.