DÜRTMƏ


1.Dürtmək”dən f.is.
2. is. Əlini yumruq halına gətirərək barmaqlarının qatlanmış yeri ilə vurma. Onun qoluna bir dürtmə vurdu.
– Arvad onun ürəyinə bir dürtmə vurdu. Mir Cəlal.
Ərknazın gözləri yerə dikildi.
Əlyarov ona yavaşcadan dürtmə vurdu. M.Hüseyn.

// Ümumiyyətlə, bir şeyin ucu ilə vurmaq, itələmək. Buzovlar analarının yelininə burunları ilə dürtmə vura-vura əmirdilər.
– Şaban arvadını, uşağını görən tək qollarını açıb istədi balasını bağrına bassın, amma soldat mane olub daldan bir tüfəng dürtməsi vurdu. Ə.Haqverdiyev.

Синонимы

  • DÜRTMƏ soxma — yerləşdirmə
  • DÜRTMƏ dümsük — zoxma
DÜRTƏLƏMƏK
DÜRTMƏK

Значение слова в других словарях