DÜŞÜNCƏLİ

sif.
1. Düşüncəsi olan, ağıllı, şüurlu, anlaqlı, qanacaqlı, dərrakəli, mərifətli, fərasətli. Düşüncəli uşaq.
– …Sizin Qətibə ilə olan rəftarınız düşüncəli bir hökmdarın rəftarı deyildi. M.S.Ordubadi.
Alnı düşüncəli, qolları sarqıq, Yetim baxışlarla boynunu burmuş. M.Müşfiq.

// Zərf mənasında.
Maral bülbül nəğmələrini dinləyərək məhzun və düşüncəli bir halda … gedir. H.Cavid.
Tahirin bu cür düşüncəli və ciddi danışmağı Lətifəni sevindirdi. M.Hüseyn.

2. Düşünmə nəticəsində fikrə dalmış, fikirli, qayğılı.
[Mirzə Əliməmməd:] Otur, – dedi və qələmi qələmdana qoyaraq Səfəri düşüncəli nəzərlə süzdü. Çəmənzəminli.
Düşüncəli gözlərində bir təbəssüm duyuram mən; Bəllidir ki, bir müjdədir o, gələcək nəsillərdən. M.Dilbazi.
Nərgiz bu gün sakit və düşüncəli idi. Ə.Vəliyev.

Синонимы

  • DÜŞÜNCƏLİ 1. DÜŞÜNCƏLİ (düşüncəsi olan) ..Sizin Qətibə ilə elan rəftarınız düşüncəli bir hökmdarın rəftarı deyildi (M
  • DÜŞÜNCƏLİ dalğın — fikirli — qayğılı
  • DÜŞÜNCƏLİ ağıllı — şüurlu — anlaqlı — dərrakəli — mərifətli — fərasətli

Антонимы

  • DÜŞÜNCƏLİ DÜŞÜNCƏLİ – FƏRSİZ Səttar xan olduqca düşüncəli və kədərli idi (M.S.Ordubadi); Ürəyində, o qocadan fərsiz övladına qalan karxana kimi uçulub-dağılıb,
DÜŞÜNCƏ
DÜŞÜNCƏLİLİK

Значение слова в других словарях